Məhkəmə qərarları › İş №2(020)-951/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-951/2023

17.04.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-951/2023 17.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- 8 saylı Ərazi Vergilər İdarəsinin vəkalətli nümayəndəsi X1, Maraqlı şəxs- Maraqlı şəxs iştirakı ilə, Ərizəçi 8 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması”na dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Ərizəçi 8 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək vergi ödəyicisi olan Beyləqan rayon Mil bələdiyyəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 3760,69 manat, İcbari Tibbi Sığorta Fonduna 0 manat, Maraqlı şəxs (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 0 manat, dövlət büdcəsinə 0 manat məbləğində, o cümlədən Dövlət Sosial Müdafiə Fonduna 0 manat olmaqla, ümumilikdə 3760,69 manat borcun, ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix-xx xxxx 1956-cı il, Doğulduğu yer- Azərbaycan, İmişli; Əliqulular k, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi -xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi 8 saylı Ərazi Vergilər İdarəsinin vəkalətli nümayəndəsi X3 ərizəni müdafiə etdi və izahatında göstərdi ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Beləqan rayon Mil bələdiyyəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 3760,69 manat, İcbari Tibbi Sığorta Fonduna 0 manat, Maraqlı şəxs (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 0 manat, dövlət büdcəsinə 0 manat məbləğində, o cümlədən Dövlət Sosial Müdafiə Fonduna 0 manat olmaqla, ümumilikdə 3760,69 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********074600, xx.xx.2023-cü il tarixli **********949800 xx.xx.2023-cü il tarixli **********079300, xx.xx.2016-cı il tarixli **********969900, xx.xx.2023-cü il tarixli **********710200 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Odur ki, vergi ödəyicisi olan Beyləqan rayon Mil bələdiyyəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 3760,69 manat, İcbari Tibbi Sığorta Fonduna 0 manat, Maraqlı şəxs (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 0 manat, dövlət büdcəsinə 0 manat məbləğində, o cümlədən Dövlət Sosial Müdafiə Fonduna 0 manat olmaqla, ümumilikdə 3760,69 manat borcun, ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix-xx xxxx 1956-cı il, Doğulduğu yer- Azərbaycan, İmişli; Əliqulular k, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi -xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs ərizəni qəbul etdi və izahatında göstərdi ki, Beyləqan rayon Mil bələdiyyəsinin sədri və VÖEN olmaqla vergi ödəyicisi olaraq Dövlət Sosial Müdafiə Fonduna 3760,69 manat borcu yaranmışdır. Borcunun ödənilməsi barədə ona bildirişlər göndərilmişdir. Lakin maddi vəziyyəti yaxşı olmadığından borcunu tam ödəyə bilməmişdir. Yaxın vaxtlarda bütün borclarını ödəyəcəkdir. Ərizənin təmin edilməsinə etirazı yoxdur. İşdə olan məlumatdan görünür ki, vergi ödəyicisi olan Mehdiyev X2 rayonunun Mil qəsəbəsində yaşayır. İşdə olan şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyicisi olan Maraqlı şəxs dövlət büdcəsinə ümumilikdə 3760,69 manat vergi borcu vardır. İşdə olan bildirişdən görünür ki, vergi ödəyicisi olan Maraqlı şəxs borcunun ödənilməsi barədə rəsmi xəbərdarlıq göndərilmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcimdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5-ci maddəsinə əsasən Vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüququ şəxslərin icra orqanın rəhbərinin ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüququ şəxslərin icra orqanın rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Vergi Məcəlləsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri və digər məcburi ödənişləri ödəmək vergi ödəmək geri ödəyicisinin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetrilməsi üçün cavabdehdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetrilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməlidir.Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamsından aslı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüququ şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Azərbaycan Respublikası MPM-nin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, vergi ödəyicisi olan Maraqlı şəxs vergi borcunu ödənilməsinin təmin etmək məqsədi ilə ölkədən getmək hüququ müvvəqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. Vergi ödəyicisi olan Beyləqan rayon Mil bələdiyyəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 3760,69 manat, İcbari Tibbi Sığorta Fonduna 0 manat, Maraqlı şəxs (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 0 manat, dövlət büdcəsinə 0 manat məbləğində, o cümlədən Dövlət Sosial Müdafiə Fonduna 0 manat olmaqla, ümumilikdə 3760,69 manat borc, ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix-xx xxxx 1956-cı il, Doğulduğu yer- Azərbaycan, İmişli; Əliqulular k, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi -xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılsın. Maraqlı şəxs 100 ( bir yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən apellyasiya şikayəti məhkəmə qətnaməsinin surətini rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Beyləqan rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar