Məhkəmə qərarları › İş №2(020)-952/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-952/2025

12.05.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-952/2025 12.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, X1 ilə, Ərizəçi- 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nümayəndə Maraqlı şəxs- Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək vergi ödəyicisi olan fiziki şəxslər tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 3608,23 manat, İşsizlikdən sığorta fonduna olan 136,68 manat, İcbari Tibbi Sığorta Fonduna olan 550,03 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün ABİŞOV MEHMAN BAYRAM OĞLU barəsində ( Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin vəkalətli nümayəndəsi Nümayəndə ərizəni müdafiə etdi və göstərdi ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Beyləqan rayon Qarallar bələdiyyəsinin Dövlət Sosial Müdafiə Fonduna 3608,23 manat, İşsizlikdən sığorta fonduna 136,68 manat, İcbari Tibbi Sığorta Fonduna 549,44 manat, Maraqlı şəxs İcbari Tibbi Sığorta Fonduna 59 manat olmaqla, ümumilikdə 4294,94 manat borcu vardır. Qarallar bələdiyyəsinin borcu olduğundan bələdiyyə sədrinə ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. Qarallar bələdiyyəsi ilə Binnətli bələdiyyəsi birləşdiyinə görə vərəsə kimi Qarallar bələdiyyəsinin borcları Binnətli bələdiyyəsinə keçməlidir. Lakin bu barədə 8 saylı Vergilər idarəsinə müraciət olunmamışdır. Qarallar bələdiyyəsinin qeydiyyatı ləğv olunmamışdır. Dövlət sosial ödənişlər ödənilməmişdir. Bunun da məsuluyyəti Qarallar bələdiyyəsinin üzərindədir. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********431300, xx.xx.2025-ci il tarixli **********195300, xx.xx.2025-ci il tarixli ******************.07.2024-cü il tarixli **********362500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Ona görə də, vergi ödəyicisi olan fiziki şəxslər tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 3608,23 manat, İşsizlikdən sığorta fonduna olan 136,68 manat, İcbari Tibbi Sığorta Fonduna olan 550,03 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün ABİŞOV MEHMAN BAYRAM OĞLU barəsində ( Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Maraqlı şəxs göstərdi ki, o, Beyəqan rayon Qarallar bələdiyyəsinin sədri olmuşdur. Bələdiyyənin ona əmək haqqı kimi 13000 manat borcu vardır. Əmək haqqı verilmədiyindən ödəniş edilməmişdir. Qaralılar bələdiyyəsi hazırda ləğv olunmuş, yəni Bünyadlı bələdiyyəsinə birləşdirilməklə hazırda Bünyadlı bələdiyyəsi adlanır. Artıq o, bələdiyyə sədri deyildir. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırkı borcun ona aidiyyəti yoxdur. Borc bələdiyyəyə aiddir. Hazırda o, yeni yaradılmış bələdiyyə sədri olmadığına görə vergi borcuna görə məsuliyyət daşımır. Ona görə də ərizənin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə rədd olunmalıdır. Belə ki, işdə olan Beyləqan rayon Qaralılar bələdiyyəsinin 12 sentyabr 2024-cü il tarixli 11 saylı iclas protokolundan görünür ki, Qaralılar bələdiyyəsinin Bünyadlı və Gödəklər bələdiyyələri ilə birləşdirilməsi və yeni yaranan bələdiyyənin Bünyadlı bələdiyyəsi adlandırılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2025-ci il tarixli əmrlə Beyləqan rayonunun Qaralılar bələdiyyəsinin sədri kənd Maraqlı şəxs əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən xitam verilmiş, əsas kimi müəssisənin ləğv edilməsi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5-ci maddəsinə əsasən Vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüququ şəxslərin icra orqanın rəhbərinin ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüququ şəxslərin icra orqanın rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Məhkəmə iclasında müəyyən edildi ki, hazırkı ərizə Beyləqan rayon Qaralılar bələdiyyəsinin vergi borcuna görə həmin bələdiyyənin sədri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı verilmişdir. Həmin ərizə 17 aprel 2025-ci il tarixdə imzalanmış və məhkəməyə 24 aprel 2025-ci il tarixdə daxil olmuşdur. İş materialları ilə müəyyən olunmuşdur ki, “bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin ikinci və üçüncü hissələrinin və 2-ci maddəsinin 2-ci və 3-cü hissələrinin tələblərinə əsasən Beyləqan rayonu Qaralılar bələdiyyəsinin Bünyadlı və Gödəklər bələdiyyəsi ilə birləşdirilməsi məsələsinə Qaralılar bələdiyyəsinin 12 sentyabr 2024-cü il tarixli 11 saylı iclasında baxılmış, Qaralılar bələdiyyəsinin Bünyadlı və Gödəklər bələdiyyəsi ilə birləşdirilməsi və yeni yaradılan bələdiyyənin Bünyadlı bələdiyyəsi adlandırılması haqqında qərar qəbul edilmişdir. Bundan sonra Maraqlı şəxs yeni yaradılan bələdiyyə sədri seçilməsi müəyyən olunmadan onunla bağlanmış əmək müqaviləsinə Qaralılar bələdiyyəsinin ləğv edilməsi ilə bağlı xitam verilmişdir. Maraqlı şəxs hazırda bələdiyyə sədri deyildir. Belə olan halda onun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırlıması əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Konstitutsiyasının 71-ci maddəsinə görə konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitutsiyasının 28-ci maddəsinə görə qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Hazırda Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün heç bir əsaslar müəyyən edilməmişdir. Belə ki, hazırda o, yeni yaradılmış bələdiyyənin sədri seçilməmişdir. Qaralılar bələdiyyəsinin vergi orqanından qeydiyyatdan çıxmaması hazırda bələdiyyə sədri olmayan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması üçün əsas ola bilməz. Ona görə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsininbu barədə olan ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilməsin. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi rədd edilsin. Qətnamədən apellyasiya şikayəti məhkəmə qətnaməsinin surətini rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar