Məhkəmə qərarları › İş №2(020)-976/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-976/2023

07.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-976/2023 07.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə İddiaçı Cavabdeh1 qarşı Beyləqan rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli ,İş N- 2(0200-146/2019 saylı qətnaməsinin icra edilməsinin təmin olunması üçün, onun yəni İddiaçı, xx.xx.2006-cı il tarixində anadan olmuş X4, xx.xx.2007-ci il tarixində anadan olmuş X5 və xx.xx.2012-ci il tarixində anadan olmuş X2 Beyləqan rayonu Aşqallar kəndində yerləşən Cavabdeh1, Cavabdeh2 və mərhum X14 tərəfindən məqsədli şəkildə yararsız hala gətirilmiş yaşayış evinin yararlığının təmir olunması və ya onunvə uşaqkarının torpaq sahəsi əldə edib yaşayış evi ilə təmin olunmaqlarından ötrü 12.000 manat kompensasiya verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 qarşı Beyləqan rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli ,İş N- 2(0200-146/2019 saylı qətnaməsinin icra edilməsinin təmin olunması üçün ,yəni onun- İddiaçı, xx.xx.2006-cı il tarixində anda olmuş X4 , xx.xx.2007-ci il tarixində anadan olmuş X5 və xx.xx.2012-ci il tarixində anadan olmuş X2 Beyləqan rayonu Aşqallar kəmdində yerləşən Cavabdeh1. Cavabdeh2 və mərhum X6 tərəfindən məqsədli şəkildə yararsız hala gətirilmiş yaşayış evinin yararlığının təmir olunmasını və ya onun- İddiaçı, xx.xx.2006-cı il tarixində andan olmuş X10, xx.xx.2007-ci il tarixində anadan olmuş X3, xx.xx.2012-ci il tarixində anadan olmuş X2 yaşayış evi ilə təmin olunmaqlarından ötrü 12.000 manat kompensasiya verilməsini tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini əsaslandıraraq göstərdi ki, o, Beyləqan rayon Aşqallar kəndində yaşayır. O Cavabdeh1 ilə 2005-ci il tarixində faktiki nigah münasibətinə girərək ailə qurmuşlar. Həmin vaxtdan da onlar bir ailə kimi yaşamışlar və ümumi təsərrüfatı birgə idarə etmişlər, aralarında heç bir ayrı seçkilik məsələsi də olmamışdır. Faktiki nigahlarından onların xx.xx.2006-cı il tarixində Kərim adlı uşaqları anadan olmuşdur. Onların arasında olan nikah 14 dekabr 2006-cı il tarixində Beyləqn rayonu Əhmədli kənd ərazi icra: nümayəndəliyində qeyd edilmişdir.Birgə yaşadıqları müddət ərzində onların xx.xx.2007-ci tarixində Leyla adlı və xx.xx.2012-ci il tarixində Zeynəb adlı uşaqları qanadan olmuşdur. Uşaqları- xx.xx.2006-cı il tarixində andan olmuş X16, xx.xx.2007-ci tarixində anadan olmuş X15 və xx.xx.2012-ci il tarixində anadan olmuş X11 onun himayəsindədir. Cavabdeh1 və Cavabdeh2 onu və uşaqlarını X12, X7 və X11 2018-ci ilin avqust ayında yaşayış hüquqlarının olduğu yaşayış evindən məcburi surətdə çıxarmışlar. Buna görə də o, Beyləqan rayon məhkəməsində onun - İddiaçı. xx.xx.2006-cı tarixində andan olmuş X4, xx.xx.2007-ci il tarixində anadan olmuş X3 və xx.xx.2012-ci il tarixində anadan olmuş X2 cavabdehlərin - Cavabdeh1 və Cavabdeh2 Beyləqan rayonu Aşqallar kəmdində yerləşən fərdi yaşayış evinə köçürülməkləri və yardımçı tikililərdən istifadə etməkləri tələbinə dair iddia qaldırmışdır. Beyləqan rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli ,İş N-2(0200- 146/2019 saylı qətnaməsinə əsas* iddiası təmin olunmuşdur,yəni iddiaçı- İddiaçı və övladlarıxx.xx.2006-cı il tarixində anda olmuş X16 , xx.xx.2007-ci il tarixində anadan olmuş X15 və xx.xx.2012-ci il tarixində anadan olmuş X11 Beyləqan rayonun Aşqallar kəndində yerləşən Cavabdeh1, Cavabdeh2 və X13ma məxsus evə yaşayış hüququ verilməklə həmin evə köçürülməkləri qət edilmişdir. Beyləqan rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli ,İş N- 2(0200-146/2019 saylı qətnaməsində cavabdeh- Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya məhkəməsinin 19 may 2021-ci il tarixli, İş N- 29106)- 202/2021 saylı qətnaməsir əsasən cavabdeh- Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş Beyləqan rayon Məhkəməsinin 30 yanvar 2019-cıı il tarixli .İş N-2(0200-146/2019 saylı qətnaməsi cavabdel Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Buna baxmayaraq Cavabdeh1, Cavabdeh2 və Səlimova Ftiru/ İmamverdi qızı onun və üç uşaqlarının - X4, X5 və X2 Beyləqan rayonun Aşqallar kəndində yerləşən Cavabdeh1, Cavabdeh2 və X8ma məxsus evə yaşay hüququ verilməklə həmin evə köçürülməklərinin qət edildiyi qətnamənin icra edilməsinin qarşısını məqsəd şəkildə alaraq həmin evi yaşayış üçün yararsız hala salmışdılar. Bir sözlə yaşayış evinin arxa tərəfini vuru uçurdaraq onun və uşaqların həmin yaşayış evinə köçüb yaşamaqlarının qarşısını məəqsədli şəkildə almışdırlar. İcraçılar isə bunu onun və üç uşağının həmin yaşayış evinin yaşamaq üçün qəsdən yararsız vəziyyətə gətirilmsinə heç bir əhəmiyyət verməyərək həmin evə köçürülməkləri barədə olan qanuni qüvvəyə minmiş qətnamənin icrasız qalmasına biganə yanaşmışlar. Üstəlik də onun icra ilə bağlı gəlməməyini bəhanə gətirmişdirlər. xx.xx.2021-ci il tarixli Akt da tərtib etmişlər. Odur ki, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə cavabdeh qismində dindirilmiş Cavabdeh1 məhkəməyə verdiyi izahatında göstərdi ki, o, iddiaçının tələbini əsassız hesab edir. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, şərh edilənlərə obyektiv hüquqi qiymət verərək belə qərara gəlir ki, iddia rədd edilməlidir. İşdə olan Beyləqan rayon məhkəməsinin 30 yanvar 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı və övladları- xx.xx.2006-cı il tarixində anda olmuş X16 , xx.xx.2007-ci il tarixində anadan olmuş X15 və xx.xx.2012-ci il tarixində anadan olmuş X1 rayonun Aşqallar kəndində yerləşən Cavabdeh1, Cavabdeh2 və X13ma məxsus evə yaşayış hüququ verilməklə həmin evə köçürülməkləri qət edilmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinin tələbinə görə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinin tələbinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 80-ci maddəsinin tələbinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konistitutsiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67-ci maddəsinin 3-cü bəndinə əsasən Dövlət və Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərininvə etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülkiyyətçi qanunvericilikdə və ya başqa şəkildə, o cümədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istiadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə mülki işin məhkəmə iclasında tədqiq edilmiş və yuxarıda sadalanmış hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iddianın əsassız olması işin halları ilə kifayət qədər sübut olunmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi kifayət qədər sübuta yetmədiyindən rədd edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh1 qarşı Beyləqan rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli , İş N- 2(0200-146/2019 saylı qətnaməsinin icra edilməsinin təmin olunması üçün, onun yəni İddiaçı, xx.xx.2006-cı il tarixində anadan olmuş X4, xx.xx.2007-ci il tarixində anadan olmuş X5 və xx.xx.2012-ci il tarixində anadan olmuş X2 Beyləqan rayonu Aşqallar kəndində yerləşən Cavabdeh1, Cavabdeh2 və mərhum X14 tərəfindən məqsədli şəkildə yararsız hala gətirilmiş yaşayış evinin yararlığının təmir olunması və ya onunvə uşaqkarının torpaq sahəsi əldə edib yaşayış evi ilə təmin olunmaqlarından ötrü 12.000 manat kompensasiya verilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Köllegiyasına apellyasiay şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar