Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1158/2023 13.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X7 iclas kаtibliyi, İddiaçı və onun vəkili X19, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qаrşı “uşağın atanın himayəsinə verilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək cavabdehlə birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X20 onun himayəsinə verilməsi və iddia olunan 860 (səkkiz yüz altmış) manat məbləğində aliment borcunun adından silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh X13 arasında xx.xx.2011-ci il tarixdə Bərdə RİH-nin Xanərəb kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 23 saylı aktla rəsmi nikah qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X16, xx.xx.2011- ci il təvəllüdlü X26 və xx.xx.2013-cü il təvəllüdlü X28 dünyaya gəlmişdir. Xasiyyəti uyğun gəlmədiyinə görə cavabdehlə bir yerdə yaşamaqları baş tutmamış və aralarında olan nikaha Bərdə Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(021)- 486/2021 saylı qətnaməsi ilə xitam verilmişdir. Bərdə Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(021)-486/2021 saylı qətnaməsinə əsasən birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2009-cu il təvəllüdlü X16 və xx.xx.2013-cü il təvəllüdlü X28 anasının himayəsinə verilmiş, yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq ondan hər ay hər uşaq üçün 110 (yüz on) manat olmaqla ümumilikdə 220 (iki yüz iyrimi) manat sabit pul məbləğində aliment tutularaq X9 ödənilir. Birgə nikahlarından dünyaya gəlmiş digər övladı xx.xx.2011-ci il təvəllüdlü X26 isə Bərdə Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(021)-486/2021 saylı qətnaməsinə əsasən onun himayəsinə verilmiş, yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq cavabdeh X4 hər ay 110 (yüz on) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qərar qəbul olunsa da, cavabdeh bu günədək heç bir məbləğ ödəməmişdir. Qeyd etmişdir ki, sözügedən qətnamə ilə 2 uşaq, xx.xx.2009-cu il təvəllüdlü X16 və xx.xx.2013-cü il təvəllüdlü X28 cavabdehin himayəsinə verilsə də, cavabdeh uşaqların qeydinə qalmamış, onlara lazımi qayğı göstərməmiş, bir ana olaraq mənəvi ehtiyacları ilə maraqlanmamış və uşaqlarla daima kobud rəftar etmişdir. Bu səbəbdən də uşaqlar cavabdehin yaşadığı evə getmək və onunla birlikdə yaşamaq istəmirlər. Övladları artıq hər şeyi dərk etdikləri üçün analarının yanında qalmaq istəmirlər. Anasının himayəsində qalmalı olan uşaqlar 10 aydır ki, faktiki olaraq onun himayəsində yaşayırlar. Və həmin müddətdən etibarən övladlarının bütün maddi ehtiyaclarını da o tək başına qarşılayır. Buna görə də, cavabdehin onunla bağlı guya 860 (səkkiz yüz altmış) manat məbləğində aliment borcunun olması da həqiqəti əks etdirmir. Qeyd olunan aliment borcunun da silinməsini məqsədəuyğun hesab edir. Bundan sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, X17 onun himayəsinə verilməsi və iddia olunan 860 manat məbləğində aliment borcunun onun adından silinməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili X19 iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X5 nümayəndəsi X6 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən uşaqlar cavabdehin himayəsində saxlanmışdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçı, iddiaçının vəkilini və cavabdehin nümayəndəsini dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu ildə anadan olmuşdur. İş materiallarında olan ********** nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması üçün 50 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı ödəmişdir. İş materiallarında olan Mediasiya Şurasının Bakı 6 saylı Mediasiya təşkilatının xx.xx.2022-ci il tarixli MŞB/6-7486 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, mediasiya sessiyasında İddiaçı iştirak etmiş, X13 isə iştirak etməyən tərəfdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X13 xx.xx.1988-ci il tarixdə Ağdam rayonunda İmamqulubəyli kəndində anadan olmuş, Bərdə rayonu Xanərəb kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İİ 196632 nömrəli arayışdan görünür ki, X28 xx.xx.2013-cü il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Atası İddiaçı, anası X10r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 34 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01 noyabr 2022-ci il tarixli, AZ-İİ 811223 nömrəli arayışdan görünür ki, X24 05 oktyabr 2011-ci il tarixdə doğulmuş, atası X32, anası isə X13 olmaqla bu barədə doğum akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 01 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(021) 486/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, X13 ilə İddiaçı arasında xx.xx.2011ci il tarixdə Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Xanərəb kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində 23 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X16 və xx.xx.2013-cü il təvəllüdlü X28 anaları X5, xx.xx.2011-ci il təvəllüdlü X17 atası İddiaçı yanında saxlanması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X16 və xx.xx.2013-cü il təvəllüdlü X20 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq İddiaçı hər ay hər uşağa 110 manat olmaqla cəmi 220 manat alimentin tutulub X9 verilməsi, xx.xx.2011-ci il təvəllüdlü X17 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 110 manat alimentin X4 tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)- 2789/2022 nömrəli qətnamənin surətindən görünür ki, İddiаçı İddiaçı cavabdeh X9 qаrşı “uşaq” tələbinə dаir iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(104)-3674/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bərdə Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(021)-486/2021 nömrəli qətnaməsi qismən tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X17 atası X21 yanında saxlanılması və onun yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq iddiaçı X4 hər ay bir uşaq üçün 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilməsi və ləğv edilmiş həmin hissədə yeni qətnamənin çıxarılmasını, İddiaçı ilə X13 arasındakı nikah pozulduqdan sonra xx.xx.2011-ci il təvəllüdlü X17 anası X11 himayəsində saxlanılması, X17 atası İddiaçı alınıb anası X9 verilməsi, xx.xx.2011-ci il təvəllüdlü X17 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh İddiaçı hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin tutulması və iddiaçı X9 verilməsi, xx.xx.2011-ci il təvəllüdlü X1 üçün alimentin tutulmasının əvvəli X26 cavabdehdən alınıb iddiaçıya verildiyi vaxtdan hesab edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-1757/2022 nömrəli qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(104)-3674/2021 nömrəli qətnaməsi mübahisələndirilən, yəni 05 noyabr 2011-ci il təvəllüdlü X14 iddiaçının himayəsində saxlanılması və həmin uşağa görə alimentin tutulması hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 2(021)-1158/2023 nömrəli qərardaddan görünür ki, Bərdə rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası və Ağdam rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi işə cəlb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş 28 aprel 2023cü il tarixli, 3/333 nömrəli rəydən görünür ki, Bərdə rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(021)-1158/2023 nömrəli qərardadına əsasən Bərdə rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının iclasında İddiaçı Cavabdeh qarşı "uşağın atanın himayəsinə verilməsi" tələbinə dair mülki iş üzrə qərardad və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilərək xx.xx.2009-cu il təvəllüdlü X16, xx.xx.2011-ci il təvəllüdlü X26 və xx.xx.2013-cü il təvəllüdlü X20 valideyinlərindən hansının himayəsində qalib yaşamalarının onların mənafeyinə uyğunluğu barədə rəy verilməsi məsələsinə baxılmışdır. Müəyyən olunmuşdur ki, İddiaçı yaşadığı ev onun özünə məxsusdur, birmərtəbəlidir, iki otaqlıdır, təmirsizdir, orta kommunal şərait vardır, həmin evdə İddiaçı və övladı İlqar Əlili yaşayırlar. Cavabdeh yaşadığı ev isə onun atası X3 məxsus xüsusi fərdi yaşayış evidir, birmərtəbəlidir, dörd otaqlıdır, təmirlidir, normal kommunal şəraiti vardır, həmin evdə Cavabdeh, övladları Firəngiz Əlili, Ömər Əlili, atası İlqar Məmmədsoy və anası Familə Məmmədova yaşayırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1ci maddəsində göstərilmişdir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəlləsinin 52-ci maddəsində isə göstərilmişdir ki, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallar da məhkəmə və ya qǝyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. X23 Əlilinin 2009-cu il təvəllüdlü, İlqar Əlilinin 2011-ci il təvəllüdlü və Ömər Əlilinin 2013-cü il təvəllüdlü olduğlarını nəzərə alaraq valideynlərindən hansının himayəsində qalıb yaşamaq istədiklərini öyrənmək məqsədi ilə söhbətlər aparılmış, söhbətlər zamanı İlqar Əlili atası İddiaçı himayəsində, Firəngiz Əlili və Ömər Əlili isə anaları Cavabdeh himayəsində qalıb yaşamaq istədiklərini. bildirmişlər. Belə olduğu halada İlqar Əlilinin atası İddiaçı, Firəngiz Əlili və Ömər Əlilinin isə anaları Cavabdeh himayəsində qalıb yaşamaları onların mənafeyinə uyğun və məqsədǝmüvafiqdir. Yuxarıda göstərilənlərə əsaslanıb Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 73.2. maddəsini rəhbər tutaraq Qəyyumluq və Himayəçilik Komissiyası İlqar Əlilinin atası İddiaçı himayəsində, Firəngiz Əlili və Ömər Əlilinin isə anaları Cavabdeh himayəsində qalıb yaşamalarını uşaqların mənafeyinə uyğun, məqsədǝmüvafiq və qanunamüvafiq hesab edir. İş materiallarında olan 20 aprel 2023-cü il tarixli Yaşayış yeri üzrə həyat şəraitinin müayinəsi barədə aktdan görünür ki, Bərdə rayon İcra Hakimiyyətinin başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi, Qəyyumluq və Himayəçilik Komissiyasının üzvü N.Q.Səfərov tərtib etmişdir həmin aktı ondan ötəri ki, Bərdə rayon Məhkəməsində baxılan İddiaçı Cavabdeh qarşı uşağın atanın himayəsinə verilməsi tələbinə dair mülki iş üzrə məhkəmənin 15 fevral 2023-cü tarixli, 2(021)-1158/2023 nömrəli qərardadına əsasən Bərdə rayon İcra Hakimiyyətinin başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin böyük məsləhətçisi (mühəndis) E.H.Qurbanov və Bərdə rayonunun Xanərəb kəndində yaşayan iş üzrə İddiaçı yaşayış yeri üzrə mənzil-məişət şəraitinə baxış keçirmişdir. Müəyyən olunmuşdur ki, İddiaçı yaşadığı ev onun özünə məxsusdur, bir mərtəbəlidir, kubik daşla hörülülüb tikilmişdir, dam örtüyü şiferdəndir, iki otaqlıdır, təmirsizdir, orta komunal şərait vardır, həmin evdə İddiaçı və övladı İlqar Əlili yaşayırlar. İş materiallarında olan 13 aprel 2023-cü il tarixli Yaşayış yeri üzrə həyat şəraitinin müayinəsi barədə aktdan görünür ki, Bərdə rayon İcra Hakimiyyətinin başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi, Qəyyumluq və Himayəçilik Komissiyasının üzvü N.Q.Səfərov tərtib etmişdir həmin aktı ondan ötəri ki, Bərdə rayon Məhkəməsində baxılan İddiaçı Cavabdeh qarşı uşağın atanın himayəsinə verilməsi tələbinə dair mülki iş üzrə məhkəmənin 15 fevral 2023-cü il tarixli, 2(021)-1158/2023 nömrəli qərardadına əsasən Bərdə rayon İcra Hakimiyyətinin başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin böyük məsləhətçisi (mühəndis) E.H.Qurbanov və Bərdə rayonunun Xanǝrǝb kəndində yaşayan iş üzrə Cavabdeh yaşayış yeri üzrə mənzil-məişət şəraitinə baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, Cavabdeh yaşadığı ev onun atası X3 məxsus xüsusi fərdi yaşayış evidir, kürsülü bir mərtəbəlidir, kubik daşla hörülülüb tikilmişdir, dam örtüyü ağ dəmirdəndir, dörd otaqlıdır, təmirlidir, normal komunal şəraiti vardır, həyətyanı torpaq sahəsi, 28 sotdur, həmin evdə Cavabdeh, övladları Firəngiz Əlili, Ömər Əlili, atası İlqar Məmmədsoy və anası Familə Məmmədova yaşayırlar. İş materiallarında olan Bərdə rayon Q.Quliyev adına Xanərəb kənd orta məktəbinin direktoru R.Mikayılov və həmin məktəbin Vİb sinifinin sinif rəhbəri M.Mehparə tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, verilir 05 oktyabr 2010-cu il təvəllüdlü, azərbaycanlı, hal-hazırda Bərdə rayon Q.Quliyev adına Xanərəb kənd tam orta məktəbin Vİb sinifində Azərbaycan bölməsində təhsil alan X22 ondan ötrü ki, o məktəbdə oxuduğu müddət ərzində məktəbin daxili nizam-intizamına və şagird qaydalarına səylə riayət etmiş, məktəb ənənələrini qorumuş və özünü nümunəvi bir şagird kimi tanıtmışdır. Əməksevər şagirddir, tapşırılan işə məsuliyyətlə yanaşır, vaxtında və tez bir zamanda yerinə yetirir. İlqar özünü yoldaşlar arasında sakit, təmkinli, cəsur və tərbiyəli bir şagird kimi aparır, məktəbin qaydalarına həmişə əməl edir. Dərsə davamiyyəti yüksəkdir, müntəzəm olaraq dərslərinə davam edir, məktəbdaxili tədbirlərdə yaxından iştirak edir. Çalışqan şagirddir, qavrama qabiliyyəti yaxşıdır. Yaradıcılıq qabiliyyəti var. İş materiallarında olan qiymət cədvəlindən görünür ki, Bərdə rayon Xanərəb kənd tam orta məktəbində təhsil alan X26 dərslərini yaxşı oxuyur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə X12 arasında olan nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2009-cu il təvəllüdlü X16 və xx.xx.2013cü il təvəllüdlü X28 və xx.xx.2011-ci il təvəllüdlü X26 anasının himayəsinə verilmişdir. Lakin, sonradan X26 atasının yanına gələrək onunla yaşamağa başlamışdır. Bundan sonra İddiaçı cavabdeh X9 qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək 05 oktyabr 2011-ci il təvəllüdlü X17 onun himayəsinə verilməsinə və 860 manat aliment borcunun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Аzərbаycаn Respublikаsının Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən, uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Dövlət siyasəti milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla yaradılmış məqsədli uşaq sosial proqramları əsasında həyata keçirilir. Bu proqramların yerinə yetirilməsində dövlət orqanları ilə yanaşı digər hüquqi və fiziki şəxslər də iştirak edə bilərlər. Həmin Qanunun 4-cü maddəsinə görə, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Avropa İnsan Hüquqları Məhkəməsi “Şahin Almaniyaya qarşı” iş üzrə 8 iyul 2003-cü il tarixli qərarında (66-cı bənd) qeyd etmişdir ki, 8-ci maddə tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir. Həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən, valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin 07 avqust 1996-cı il tarixli “Yohansen Norveçə qarşı” işi üzrə qərarına əsasən, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 8-ci maddəsi çərçivəsində ailə həyatına hörmət hüququ dövlətin üzərinə valideynlərlə uşaqların qovuşmasının təmin edilməsinə dair pozitiv öhdəlik qoyur. “Elşolts Almaniyaya qarşı” işi üzrə isə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir. Həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən, valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Eyni zamanda “Bronda İtaliyaya” qarşı işdə qeyd etmişdir ki, “Şübhəsiz ki, hər bir işdə uşağın daha üstün maraqlarına cavab verən hallar həlledici rol oynamalıdır”. “Maumousseau və Washington Fransaya qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 06 dekabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, uşağın və valideynlərin hər ikisinin maraqları arasında ədalətli tarazlıq gözlənilməlidir. “Neulinger and Shuruk İsveçrəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsi 06 iyul 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə uşaqla görüş, yaşayış yeri və səyahət etmək ilə əlaqəli mübahisələri tənzimləyən dövlət hakimiyyət orqanlarını əvəz etməməlidir; O, Konvensiyaya əsasən həmin orqanların öz səlahiyyətlərini yerinə yetirərkən qəbul etdiyi qərarları nəzərdən keçirməlidir. Məhkəmə bu qərarları qiymətləndirərkən, milli məhkəmələrin, xüsusilə, faktiki, emosional, psixoloji, maddi və tibbi xarakterində bütün faktorlar ilə ailənin vəziyyətinin və digər faktorların hərtərəfli araşdırılması ilə əlaqədar uşağın maraqlarının üstün tutulması halını nəzərə alaraq, həmin faktorların hər bir şəxsin maraqlarına münasibətdə əsaslı qiymətləndirilmə və tarazlama aparıla bilməməsinə daha çox diqqət yetirməlidir. “Pençevi Bolqarıstana qarşı”, eləcədə “Nazarenko Rusiyaya qarşı” iş üzrə də Avropa Məhkəməsi uşaqların maraqlarının üstün tutulmasını qeyd etmişdir. “Olsson İsveçə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsi 24 mart 1988-ci il tarixli qərarında göstərmişdir ki, İsveçin dövlət orqanları eyni valideynlərə malik olan uşaqları biri-birindən ayrı yaşamağa məhkum etmişlər. Avropa İnsan Hüquqları Məhkəməsi həmin iş üzrə qərarında qeyd etmişdir ki, doğma bacı və qardaşlar uşaqlarla valideynlər arasında münasibətdən asılı olmayaraq öz aralarındakı münasibətlər çərçivəsində ailə həyatı hüququna malikdirlər və İsveç hökuməti üç qardaşı biri-birindən ayrı saldığına görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” üzrə Avropa Konvensiyasının şəxsi və ailə həyatına hörmət hüququnu nəzərdə tutan 8-ci maddəsinin tələblərini pozmuşdur. Bundan əlavə “Mustafa və Armağan Türkiyəyə qarşı” işdə məhkəmə qeyd etmişdir ki, uşaqlar arasında ailə bağlarının mühafizəsi olduqca mühüm vəzifədir və bu vəzifəni yalnız valideynlərin öhdəsinə buraxmaq olmaz (xüsusən valideynlərdən birinin hərəkətlərində bu təmaslara açıq-aydın mane olma əlamətləri görünürsə). Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1 və 58-ci maddələri, “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsi və “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 27-ci maddəsi də eyni mətləbdən bəhs edir. Həmin normaların tələbinə görə valideynlər öz uşaqlarının təlim-tərbiyəsinin və inkişafının təmin olunmasında bərabər hüquq və vəzifələrə malikdirlər. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarının 7.1-ci bəndində məhkəmələrə tövsiyə etmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, məhkəmələrə izah olunsun ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. İddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etməmişdirsə, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-nin 153.2, 153.2.2-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin Qərarın 7.4-cü bəndində qeyd edilmişdir ki, uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Qərarın 7.5-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(104) 3674/2021 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahında doğulmuş uşaqları anaları Cavabdeh himayəsində saxlansa da iş üzrə qəyyumluq və himayəçilik komissiyasının rəyindən görünür ki, hazırda xx.xx.2009-cu il təvəllüdlü X16 və xx.xx.2013-cü il təvəllüdlü X28 anaları Cavabdeh, xx.xx.2011-ci il təvəllüdlü X26 isə atası olan iş üzrə İddiaçı himayəsində və yanında qalır və atası ilə yaşamaq istədiyini bildirir. Buna görə qəyyumluq və himayəçilik orqanı X17 atasının himayəsində qalıb yaşamasını uşağın maraq və mənafeyinə uyğun hesab etmişdir. Məhkəmə onu da qeyd edir ki, X17 10 yaşına çatmasına və məhkəmə iclasında dindirilməli olmasına baxmayaraq onun məhkəmə iclasında dindirilməsi mümkün olmamışdır. Belə ki, iddiaçıya İlqar Əlilinin məhkəmə iclasına gətirilməsi ilə bağlı tapşırıq verilsə də iddiaçı oğlunun artıq məhkəmə iclaslarında iştirak etməkdən bezdiyini və buna görə də gəlmək istəmədiyini, uşağı gəlməyə isə məcbur edə bilmədiyini məhkəməyə bildirdi. Buna görə də məhkəmə tərəfindən İlqar Əlilinin dindirilməsi və onun fikrinin öyrənilməsi mümkün olmamışdır. Məhkəmə qəyyumluq və himayəçilik orqanının rəyini, həmçinin X17 hazırda atasının yanında və himayəsində yaşamasını və atası ilə qalıb yaşamaq istədiyini bildirməsini, uşağın dərslərini yaxşı oxumasını və dərsə davamiyyətinin yaxşı olmasını, şagird kimi nizam-intizamlı olmasını, İddiaçı məxsus fərdi yaşayış evinin normal kommunal şəraitinin olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi uşağın himayəyə verilməsi hissəsində təmin edilərək xx.xx.2011-ci il təvəllüdlü X26 iddiaçı (ata) İddiaçı himayəsinə verilməlidir. Məhkəmə iddia tələbinin 860 manat məbləğində aliment borcunun silinməsi hissəsi ilə bağlı qeyd edir ki, Kоnstitusiyаnın 17-cı mаddəsinin İİ bəndinə əsаsən, uşаqlаrın qаyğısınа qаlmаq və оnlаrı tərbiyə etmək vаlideynlərin bоrcudur. Bu bоrcun yerinə yetirilməsinə dövlət nəzаrət edir. Kоnstitusiyаnın 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər iki uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Azərbaycan Respublikasının Ailə Məcəllənin (bundan sonra AM) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair”Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarda daha sonra göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarda daha sonra göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, qanunvericiliyin tələbindən və Plenum qərarından da məlum olur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablandığından məhkəmə 860 manat aliment borcunun silinməsi hissəsində iddia tələbinin rədd edilməli olması qənaətinə gəlir və hesab edir ki, hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixdən İddiaçı Gəncə Apellyasiya Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(104)-3674/2021 nömrəli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X17 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay ondan 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin tutulmasından (aliment ödənilməsindən) azad edilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və mediasiya xərci cavabdehdən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiаçı İddiaçı Cavabdeh qаrşı “uşağın atanın himayəsinə verilməsi” tələbinə dаir iddiası qismən təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X26 atası İddiaçı himayəsinə verilsin. Hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixdən İddiaçı Gəncə Apellyasiya Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(104)-3674/2021 nömrəli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X17 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay ondan 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin tutulmasından (aliment ödənilməsindən) azad edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu və mediasiya xərci iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-1158/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1158/2023
13.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver