Məhkəmə qərarları › İş №2(021)-1265/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1265/2022

04.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1265/2022 04.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X4 oğlunun iclas katibliyi ilə, İddiaçı cavabdehlər "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinə, Bərdə rayon İcra və Probasiya şöbəsinə, "xxxx" ASC-yə qarşı əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Bərdə şəhər C.Cabbarlı küçəsində 0.065 ha torpaq sahəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 162.7 kv.m olan 44 saylı fərdi yaşayış evinin və X1 mülkiyyətində olan Bərdə şəhəri Təbriz küçəsi 0.05 ha torpaq sahəsində yerləşən 3 otaqlı, **3.2 kv.m yaşayış, 23 kv.m köməkçi sahədən ibarət 94 saylı fərdi yaşayış evinin yenidən qiymətləndirilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə işdə olan sənədləri araşdırıb, belə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddələrinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. İddiaçıya həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçı cavabdehlər "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinə, Bərdə rayon İcra və Probasiya şöbəsinə, "xxxx" ASC-yə qarşı əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar