Məhkəmə qərarları › İş №2(021)-1306/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1306/2021

05.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1306/2021 05.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, Cavabdeh4, Cavabdeh Cavabdeh1 BOKT MMC-nin nümayəndəsi Hacıyev Pərviz Akif oğlunun iştirakı ilə, İddiaçı Quliyeva Ziyafət Məhəmməd qızının cavabdehlər Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı MMC-nə, Cavabdeh2nə, Bərdə regional Asan Xidmət Mərkəzinin notariat kontoruna, Məmmədov Pərviz Qabil oğluna qarşı 11 oktyabr 2020-ci il tarixli 8İ-14709 saylı İcra qeydinin ləğvi və borcun tam silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Məhəmməd qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı MMC-nə, Cavabdeh2nə, Bərdə regional Asan Xidmət Mərkəzinin notariat kontoruna, Məmmədov Pərviz Qabil oğluna qarşı 11 oktyabr 2020-ci il tarixli 8İ-14709 saylı İcra qeydinin ləğvi və borcun tam silinməsi nə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Məhəmməd qızı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə cavabdeh Məmmədov Pərviz Qabil oğlu 2014-cü il tarixdə Cavabdeh1 Bank olmayan Kredit təşkilatı MMC-nin Bərdə Rayon Fialalından kredit müqaviləsinə əsasən 78 manatla 6300 ABŞ dolları kredit götürmüşdür. O, isə cavabdehə kredit götürməsi üçün zamin durmuşdur. Cavabdeh4 həmin kredit müqaviləsinə əsasən götürdüyü kredit borcunu müəyyən bir vaxta qədər ödəmişdir. Daha sonra dollar bahalaşıb 105 manat olduğu zaman Pərviz kredit borcunun davamını 78 manatla ödəyib bitirdi. Bundan sonra Pərvizin götürdüyü kredit Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanının təsir dairəsinə düşdü. Fərmanın təsir dairəsinə düşən bütün problemli krediti olan vətəndaşlar kimi onlar da bu güzəştə çox sevinmiş, Kred Aqro cavabdehə kredit borcundan artıq ödədiyi üçün əlavə ödədiyi 400 manatı geri verməli idi. Cavabdeh4 400 manat pulunu bank əməkdaşlarından tələb etdikdə, birldiriblər ki, cavabdehin Nikoil banka borcu olduğu üçün 400 manat dövlət tərəfindən digər banka olan borcuna ödənilmişdir. Cavabdeh4 kredit borcunun tamamını ödədiyi üçün 2015-ci il tarixli məhkəmə qərarına əsasən kredit borcu xitama getmişdir. Lakin daha sonra Bərdə regional “Asan xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusunun 11 yanvar 2020-ci il tarixli, 8İ-14709 saylı icra qeydi sənədinə əsasən ondan 140608 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1755 manat 42 qəpik tutulması bildirilmişdir. İcra qeydinə əsasən ondan 1755, 42 manat borcun tutulması Sumqayıt şəhər İcra və probasiya şöbəsinə yönəldilmişdir və onun əmək haqqından pul tutulmağa başlanılmışdır. İcra qeydinə əsasən onun əmək haqqından 300 manat pul tutulubdur. Halbuki, Pərviz Məmmədov kredit borcunu tam ödəyib bitirmişdir. Cavabdeh4 banka heç bir borcu qalmamışdır. Cavabdehin borcu qalmadığı halda 11 otkyabr 2020-ci il tarixli 8İ-14709 saylı icra qeydinin ləğv edilməsini və müəyyən olunmuş 1755 manat 42 qəpik məbləğində borcun silinməsi üçün məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə hazırlıq iclasında İddiaçı Məhəmməd qızı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Cavabdeh4 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 BOKT MMC-nin nümayəndəsi Hacıyev Pərviz Akif oğlu izahatında iddianı qəbul etməyərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Bərdə Regional Asan Xidmət Mərkəzində notariat kontorunun nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə digər cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh1 BOKT MMC-nin nümayəndəsinin izahatını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Belə ki, mülki işə əlavə olunmuş, AZE 0******* nömrəli şəxsiyyət vvəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı Məhəmməd qızı Kəlbəcər rayonunda doğulmuş, Bərdə şəhəri, Təbriz küçəsi ev 94-də qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş 11 oktyabr 2020-ci il tarixli icra qeydində borclu İddiaçı Məhəmməd qızından 140608 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1755 manat 42 qəpik və 20.00 manat dövlət rüsumu tutulması qeyd edilmişdir. İş materialarına əlavə olunmuş Sumqayıt şəhəri üzrə icra idarəsinin Cavabdeh4 Qabil oğluna ünvanlanmış 29 yanvar 2021-ci il tarixli 163434-2020/36 nömrəli bildirişin surətindən müəyyən olunur ki, borclu Cavabdeh4 X9 Xidmət Mərkəzində notariat ofisinin 8İ-14708 nömrəli, 11 oktyabr 2020-ci il tarixli icra qeydinə əsasən 1755,42 manat borc və 20 manat dövlət rüsumunun Cavabdeh1 BOKT MMC-yə könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh1 BOKT MMC tərəfindən Bərdə rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış ərizədən müyyən olunur ki, Cavabdeh4, İddiaçı və X2 müştərək qaydada ödəməli olduğu 1804.22 ABŞ dolları məbləğində kredit borcu və 30 manat dövlət rüsumu Azərbaycan Respublikası Prezidnetinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq restruktrizasiya edilərək, yeni kredit müqaviləsi bağlanılmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh2 tərəfindən Gəncə şəhər 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə ünvanlanmış 163435/-03 nömrəli 14 dekabr 2020-ci il tarixli məktubundan müəyyən olunur ki, borclu İddiaçı Məmməd qızının əmək haqqısının 50% pulun tələbkar "xxxx" MMC-nin hesabına ödənilməsi, ümumi borcun 7%-i həcmində icra ödənişi olan 125 manat pul vəsaitinin isə Cavabdeh2 depozit hesabına köçürülməsinin təmin olunması və tutulmalar barədə Bərdə rayon İcra və probasiya Şöbəsinə rəsmi məlumat verilməsi bildirilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh1 BOKT MMC tərəfindən Gəncə şəhər 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə, Kəlbəcər rayon Təhsil Şöbəsinə, Cavabdeh2nə ünvanlanmış CAABar 14/21 nömrəli, 05 fevral 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, icra vərəqəsinin mərkəzə göndərildiyi 14 dekabr 2020-ci ill tarixdən ödənilməli olan vəsaitin təşkilatın hesabına ödənilməsinə və gələcəkdə məhkəmə qərarının icrasının təmin olunmasına göstəriş verilməsi bildirilmişdir. İş materiallarına əlavə olunmuş 26 dekabr 2019-cu il tarixli, CABar 140608/19 nömrəli güzəştli kredit müqaviləsindən müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq Məmmədov Pərviz Qabil oğlunun kredit borcu restrukturuzasiya edilmişdir. İş materiallarına əlavə olunmuş 26 dekabr 2019-cu il tarixli, CABar 140608/19 nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, 26 dekabr 2019-cu il tarixli, CABar 140608/19 nömrəli güzəştli kredit müqaviləsinin təminatı olaraq İddiaçı Məhəmməd qızı ilə Cavabdeh1 BOKT ASC arasında zaminlik müqaviləsi bağlanılmışdır. İş materiallarına əlavə olunmuş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı Quliyeva Ziyafət Məhəmməd qızının cavabdehlər Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı MMC-nə, Cavabdeh2nə, Bərdə regional Asan Xidmət Mərkəzinin notariat kontoruna, Məmmədov Pərviz Qabil oğluna qarşı 11 oktyabr 2020-ci il tarixli 8İ-14709 saylı İcra qeydinin ləğvi və borcun tam silinməsi tələbinə dair iddia tələbi təmin oluna bilməz. Belə ki, Cavabdeh4 kredit borcunu tam ödəyib bitirməsi, Cavabdeh4 banka heç bir borcunun qalmaması, cavabdehin borcu qalmadığı halda 11 otkyabr 2020-ci il tarixli 8İ-14709 saylı icra qeydinin ləğv edilməsini və müəyyən olunmuş 1755 manat 42 qəpik məbləğində borcun silinməsi təsdiq edəcək hər hansısa bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə Cavabdeh1 BOKT MMC-nin nümayəndəsi Hacıyev Pərviz Akif oğlunun məhkəmə təqdim etdiyi 26 dekabr 2019-cu il tarixli, CABar 140608/19 nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, 26 dekabr 2019-cu il tarixli, CABar 140608/19 nömrəli güzəştli kredit müqaviləsinin təminatı olaraq İddiaçı Məhəmməd qızı ilə Cavabdeh1 BOKT ASC arasında zaminlik müqaviləsi bağlanılmışdır. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu ona aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Quliyeva Ziyafət Məhəmməd qızının cavabdehlər Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı MMC-nə, Cavabdeh2nə, Bərdə regional Asan Xidmət Mərkəzinin notariat kontoruna, Məmmədov Pərviz Qabil oğluna qarşı 11 oktyabr 2020-ci il tarixli 8İ-14709 saylı İcra qeydinin ləğvi və borcun tam silinməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı Məhəmməd qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar