Məhkəmə qərarları › İş №2(021)-1353/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1353/2022

17.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1353/2022 17.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X28, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət reystir Xidmətinin 7 saylı Bərdə Ərazi idaərisnə, X45 Xidmət Mərkəzində Notariat ofisinə və X9 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında 22 may 2020ci il tarixli şəhadətnamənin, 30 may 2020-ci il tarixli çıxarışın və onun bütün digər hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 22 may 2020-ci il tarixdə aldıqları 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X23 adına verilmiş 30 may 2020-ci il tarixli 182**10649 qeydiyyat nömrə nişanlı çıxarış və onun hüquqi nəticələrinin etibarsız hesab olunması, valideynlərindən miras qalmış Bərdə şəhəri, Füzuli küçəsi 16 ünvanında yerləşən, ümumi sahəsi 280 kv.m-dən ibarət fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinin miras əmlak kimi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun və digər qardaşlarının böyüyüb boya başa çatdığı Bərdə şəhəri, Füzuli küçəsi ev 16 ünvanında yerləşən ev mərhum valideynləri X30 və X10 məxsus olmuşdur. Valideynlərinin birgə nikahından o, Mürşüd, Rəşid və Maarif doğulmuşdur. X7 30 iyul 1974-cü il tarixdə, anası X18 12 mart 2**1-ci ildə vəfat etmişlər. QardaşlarıX20, X15 və X24 da vəfat etmişlər. Qanun üzrə yeganə vərəsə o, olduğu halda Bərdə şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən təqvim ayı bilinməyən, 2020-ci il tarixli, 2345 saylı arayış verilmişdir ki, anası Xanım Təhməzova vəfat etdikdən sonra, guya onunla bir təsərrüfatda yaşamış hazırkı iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qanun üzrə vərəsə qalmışlar. Bundan sonra cavabdehlər mərhum anası X3 adına Bərdə şəhəri ünvan 1 ünvanının mülkiyyətinə keçirilməsi barədə 22 may 2020-ci il tarixli qeydiyyat nömrəsi 182**09362 saylı çıxarış almış və həmin çıxarış əsasında 30 may 2020-ci il tarixdə mülkiyyət hüquqlarını təsdiq edərək 182**10649 saylı çıxarış almışlar. Hansı ki, yuxarıda qeyd etdiyi kimi valideynlərinin qanun üzrə birinci növbə vərəsəsi yalnız odur. Miras əmlak üzərində mülkiyyət hüquqları valideynlərinin adına olduğunu bilmişdir. Bu gündərdə təsadüf nəticəsində ona məlum olmuşdur ki, hazırkı iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 saxta yollarla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və onun əsasında çıxarışla mülkiyyət hüquqlarını öz adlarına rəsmiləşdirmişlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. İddiasının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, rədd edilməsini xahiş etmişdir. Cavabdehlər X19, Cavabdeh3, Cavabdeh4, üçüncü şəxslər Bərdə “Asan Xidmət” Reginal Mərkəzinin Notariat kontoruna, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə və X11 məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmənin tələbi ilə məhkəmə iclasında dindirilmiş icra nümayəndəsi X25 izahatında göstərdi ki, Bərdə şəhəri, Füzuli küçəsi 16 üvandanda iki yaşayış evi vardır, 16 və 16A nömrəli evlərdir. İş üzrə notariat kontoruna arayışların yazılıb verilməsini o, icra etmiş, Bərdə şəhər İƏD üzrə icra nümayəndəsi Əli Fərzəliyev də imzası və möhürü ilə təsdiq etmişdir. Əli Baxşəliyev əlavə olaraq bildirdi ki, birinci arayışda İddiaçı adı yazılmayıb. Onun vərəsə olduqlarını və adının təsərrüfat baş kitabında olmasını bilirdi. Birinci arayışın əsasında cavabdehlər qanun üzrə vərəsəlik şəhadətnaməsini alıblar. Məhkəmə sorğu verdikdən sonra isə ümumi arayış verilmişdir. Mülki iş üzrə mübahisəli ünvana baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, miras qalmış torpaq sahəsi üzərində 2 yaşayış evi mövcuddur və onların ünvanları Bərdə şəhəri, ünvan 2 ünvana baxış keçirib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxx 1948-ci ildə doğulmuşdur. İş materiallarına əlavə olunmuş Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən X45 Xidmət Mərkəzində Notariat Kontoruna verilmiş ərizələrdən müəyyən olunur ki, Bərdə şəhəri, ünvan 3 ünvanında yerləşən miras əmlak üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş 22 may 2020-ci il tarixli 182**09362 qeydiyyat nömrəli Dövlət reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, X3 mülkiyyətinə Bərdə şəhəri, Füzuli küçəsi ev 16 ünvanında 0.06 ha torpaq sahəsində yaşayış evi qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Elektron notariat avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan müəyyən olunur ki, Cavabdeh1 19 mart 1972-ci ildə, Cavabdeh3 13 iyun 1999-cu ildə, Cavabdeh4 20 may 2**5-ci ildə, Cavabdeh2 28 iyul 11995-ci ildə doğulmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş, X45 Xidmət Mərkəzində Notariat Kontoruna təqdim edilmiş 2345 saylı, 2020-ci il tarixli arayışdan müəyyən olunur ki, mərhum X18 vəfat edənə kimi Bərdə şəhəri ünvan 4 ünvanda yaşayıb, vəfatından sonra təsərrüfatda onlarla birgə yaşayan ailə üzvləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qalmışdır. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08 may 2020-ci il tarixli 751-05/69 nömrəli arayışdan müəyyən olunur ki, X18 12 mart 2**1-ci ildə ölmüşdür. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 15 may 2020-ci il tarixli 790-05/69 nömrəli arayışdan müəyyən olunur ki, X30 30 iyul 1974-cü ildə ölmüşdür. İş materiallarına əlavə olunmuş Bərdə rayon Dövlət Arxivi tərəfindən verilmiş 15 may 2020-ci il tarixli, 74 nömrəli arayışdan müəyyən olunur ki, Bərdə rayon Dövlət Arxivindən 241 saylı fondda mühafizə edilən Bərdə rayon Qeydiyyat Şöbəsinin fond sənədləri yoxlanılmış və müəyyən edilmişdir ki, X30 - ata, X18 – ana, X24 - oğul olduğu və 16 noyabr 1941-ci ildə Bərdə şəhərində anadan olduğu qeyd olunub. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08 may 2020-ci il tarixli 752-05/69 nömrəli arayışdan müəyyən olunur ki, X24 28 may 2012-ci ildə ölmüşdür. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 15 may 2020-ci il tarixli, 789-05/69 nömrəli arayışdan müəyyən olunur ki, X31 22 aprel 1967-ci ildə doğulmuşdur, atası X24, anası X12r. İş materiallarına əlavə olunmuş AZ-İ 256850 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X31 04 oktyabr 2**7-ci ildə ölmüşdür. İş materiallarına əlavə olunmuş 22 may 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 vərəsəsi X31, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3dır. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 2091 saylı, 03 mart 2022-ci il tarixli məktubdan müəyyən olunur ki, Cavabdeh1 adına Bərdə rayonu, Füzuli küçəsində yerləşən 16 saylı fərdi yaşayış evi 4 nəfər ailə üzvü ilə birlikdə 30 may 2020-ci il tarixli, 182**10649 qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh1 adına Bərdə rayonu, Füzuli küçəsində yerləşən döngə 7 və 11 D saylı fərdi yaşayış evi 02 sentyabr 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X30 və X3 adına daşınmaz əmlakın dövlət reyestrində əmlak qeydiyyata alınmamışdır. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestir Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 1850 saylı, 09 fevral 2022-ci il tarixli məktubdan müəyyən olunur ki, Bərdə şəhəri Füzui küçəsi 16 saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. O cümlədən, X30, X3 adına daşınmaz əmlakın dövlət reyestrində əmlak qeydiyyata alınmamışdır. İş materiallarına əlavə olunmuş Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 1497 saylı 15 mart 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh1 Bərdə şəhəri ünvan 7 evdə yaşayır ailə üzvləri Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 ibarətdir. İş materiallarına əlavə olunmuş 10 yanvar 2022-ci il tarixli, V505054 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı 01 sentyabr 1946-cı ildə doğulmuşdur, X7, anası X13r. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 482322 nömrəli arayışdan müəyyən olunur ki, X20 29 sentyabr 1989-cu ildə ölmüşdür. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 288239 nömrəli arayışdan müəyyən olunur ki, X30 30 iyul 1974-cü ildə ölmüşdür. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 556620 nömrəli arayışdan müəyyən olunur ki, X24 28 may 2012-ci ildə ölmüşdür. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 42751 nömrəli arayışdan müəyyən olunur ki, X18 12 avqust 2**1-ci ildə ölmüşdür. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 may 2022-ci il tarixli, 275-05/13 nömrəli məktubdan müəyyən olunur ki, X21 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 71 nömrəli 23 avqust 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, mərhumə X18 (vəfat edib 12 mart 2**1) vəfat edən günə qədər Bərdə şəhəri Füzuli küçəsi 16 ünvanında gəlini X16 və nəvəsi X4 ilə birgə yaşamışdır. X18 vəfat etdikdən sonra halhazıradək Füzuli küçəsi 16 ünvanında X16 və onun qızı X4 yaşayırlar. X1 yaşadığı dövrdə Füzuli küçəsi 16 ünvanındakı həyətyanı sahədə ayrılmış 2 sot torpaq sahəsində tikilmiş evdə (ünvan 5 X3 nəvəsi mərhum X31 ailəsi - Cavabdeh1 (arvadı), Təhməzzadə (Hüseynzadə) Xanım Rza qızı (qızı), Cavabdeh3 (qızı), Cavabdeh4 (oğlu) yaşamışdır. X31 2**7-ci ildə vəfat etdikdən sonra Füzuli küçəsi 16 a ünvanında onun ailəsi yaşamışdır. Hal-hazırda Cavabdeh1, Təhməzzadə (Hüseynzadə) Xanım Rza qızı, Cavabdeh3, Təhməzzadə X14 16 a ünvanında qeydiyyatda olmalarına baxmayaraq 2019-cu ildən həmin ünvanda yaşamırlar. İş materiallarına əlavə olunmuş Vİ-JQ 327991 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X31 ilə X5 31 avqust 1994-cü ildə rısmi nikah qeydiyyatından keçməklə evlənmişlər. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 23 avqust 2022-ci il tarixli, 22462**03621 nömrəli məktubdan müəyyən olunur ki, Bərdə şəhəri, Füzuli küçəsi 16 A ünvanında yerləşən fərdi yaşayış evi mərhum X3 adına 22 may 2020-ci il tarixli, 182**09362 qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmışdır. 22 may 2020-ci il tarixli, reyestrdə 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhumun vərəsəsi oğlu-X31 olmuşdur, lakin 2**7-ci il tarixdə vəfat etməsi ilə əlaqədar miras onun təmsilçiləri - gəlini Cavabdeh1, nəvələri - Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 miras əmlakdan ¼ hissədə pay almışlar. Həmçinin 30 may 2020-ci il tarixli 182**10649 saylı qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına 4 nəfər ailə üzvü ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 04 iyun 2020-ci il tarixli 4Ə-945 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X6 adına özgəninkiləşdirilmiş və 11 aprel 2022-ci il tarixli, 1822**8753 qeydiyyat nömrəsi ilə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallaınra əlavə olunmuş 30 may 2020-ci il tarixli, 182**10649 qeydiyyat nömrəli Dövlət reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh1 mülkiyyətinə Bərdə şəhəri, Füzuli küçəsi ev 16 ünvanında 0.06 ha torpaq sahəsi və 280.1 kv.m sahəsi olan ev qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş X18 tərəfindən verilmiş 10 avqust 1990-cı il tarixli vəsiyyətnamənin surətindən müəyyən olunur ki, özünə məxsus bütün əmlakını harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, həmçinin Bərdə şəhəri ünvan 7 ünvanda saman kərpicdən tikilmiş iki otaqlı yaşayış evini oğlu X17 vəsiyyət etmişdir. İş materiallarına əlavə olunmuş AZE 15539538 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh3 13 iyun 1999-cu ildə Bərdə şəhərində doğulmuşdur, Bərdə şəhəri, Füzuli küçəsi 16 A ünvanında qeydiyyatdadır. İş materiallarıa əlavə olunmuş AZE 15989912 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh2 28 iyul 1995-ci ildə Bərdə şəhərində doğulmuşdur, Bərdə şəhəri, Füzuli küçəsi 16 A ünvanında qeydiyyatdadır. İş materiallarıa əlavə olunmuş AZE 06806995 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh1 Rza qızı 19 mart 1972-ci ildə Bərdə şəhərində doğulmuşdur, Bərdə şəhəri, Füzuli küçəsi 16 A ünvanında qeydiyyatdadır. İş materiallaınra əlavə olunmuş 30 may 2020-ci il tarixli, 182**10649 qeydiyyat nömrəli Dövlət reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh1 mülkiyyətinə Bərdə şəhəri, ünvan 3 ünvanında 0.06 ha torpaq sahəsi və 280.1 kv.m sahəsi olan ev qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1502 saylı, 23 avqust 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, mərhum X2 şəhəri, Füzuli küçəsi 16 A nömrəli evdə yaşayıb, ailə üzvləri Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Təhməzzadə-Cavabdeh2 ibarət olmuşdur. İş materiallarına əlavə olunmuş 10 avqust 1990-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X21 vərəsəsi X13r, miras əmlak Bərdə şəhəri Füzuli küçəsi 16 ünvanında yerləşən yaşayış evindən və torpaq sahəsindən ibarətdir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Polis Şöbəsi tərəfindən verilmiş 11 may 2020-ci il tarixli 138-11471-1220 saylı məktubdan müəyyən olunur ki, Bərdə şəhəri ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinin 1626 saylı qeydiyyat vəsiqəsinin naməlum şəraitdə itməsi ilə əlaqədar rayonlararası axtarış verilmiş, lakin qeyd olunan sənədlərin tapılması mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1159.1.1.-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1274-ci maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1276-ci maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə olduğu məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində qismən o səbəbdən haqlıdır ki, qeyd edilən miras əmlakla bağlı əldə edilmiş sənədlərdən də görünür ki, mərhumə X18 (vəfat edib 12 mart 2**1) vəfat edən günə qədər Bərdə şəhəri Füzuli küçəsi 16 ünvanında gəlini X16 və nəvəsi X4 ilə birgə yaşamışdır. X18 vəfat etdikdən sonra hal-hazıradək Füzuli küçəsi 16 ünvanında X16 və onun qızı X4 yaşayırlar. X1 yaşadığı dövrdə Füzuli küçəsi 16 ünvanındakı həyətyanı sahədə ayrılmış 2 sot torpaq sahəsində tikilmiş evdə (ünvan 5 X3 nəvəsi mərhum X31 ailəsi - Cavabdeh1 (arvadı), Təhməzzadə (Hüseynzadə) Xanım Rza qızı (qızı), Cavabdeh3 (qızı), Cavabdeh4 (oğlu) yaşamışdır. X31 2**7-ci ildə vəfat etdikdən sonra Füzuli küçəsi 16 a ünvanında onun ailəsi yaşamışdır. Hal-hazırda Cavabdeh1, Təhməzzadə (Hüseynzadə) Xanım Rza qızı, Cavabdeh3, Təhməzzadə X14 16 a ünvanında qeydiyyatda olmalarına baxmayaraq 2019-cu ildən həmin ünvanda yaşamırlar. Miras əmlakla bağlı iki ünvanın qeyd edilməsi və rəsmi sənədlərin bir qismində mübahisəli evin Bərdə şəhəri Füzuli küçəsi ev 16, bəzi sənədlərdə isə Bərdə şəhəri füzuli küçəsi ev 16 A kimi göstərilməsi vərəsələr arasında qeyri-müəyyənlik hallarını yaratmışdır ki, bu da öz növbəsində məhkəmə mübahisəsi predmetinə çevrilmişdir. Belə olduğu halda məhkəmə qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 22 may 2020-ci il tarixdə aldıqları 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X23 adına verilmiş 30 may 2020-ci il tarixli 182**10649 qeydiyyat nömrə nişanlı çıxarış və onun hüquqi nəticələrinin etibarsız hesab olunmasına dair hissədə iddiası təmin edilməli, valideynlərindən miras qalmış Bərdə şəhəri, Füzuli küçəsi 16 ünvanında yerləşən, ümumi sahəsi 280 kv.m-dən ibarət fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinin miras əmlak kimi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair hissədə isə iddia tələbi təmin edilməməlidir. Belə ki, İddiaçı valideynlərindən miras qalmış Bərdə şəhəri, Füzuli küçəsi 16 ünvanında yerləşən, ümumi sahəsi 280 kv.m-dən ibarət fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinin miras əmlak kimi tərəfindən qəbul edilməsi faktı məhkəmə iclasında müəyyən edilmədi. Miras əmlak faktiki olaraq Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X16 və X4 tərəfindən qəbul edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 22 may 2020-ci il tarixdə aldıqları 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X23 adına verilmiş 30 may 2020-ci il tarixli 182**10649 qeydiyyat nömrə nişanlı çıxarış və onun hüquqi nəticələri etibarsız hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar