Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1448/2021 17.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X2 katibliyi Cavabdeh Cavabdeh1 QSC Bank olmayan kredit təşkilatının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 QSC Bank olmayan kredit təşkilatına və Cavabdeh1 QSC Bank olmayan kredit təşkilatının Bərdə rayon filialına qarşı əmlakın yüklülükdən azad olunması və borc məbləğinin azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 QSC bilərəkdən tutmanın ipotekaya yönəldilməsi vaxtını ötürdüyü üçün Cavabdeh1 QSC BOKT-nın Bərdə filialı ilə ipoteka qoyanlar X5 və İddiaçı arasında bağlanmış 24 dekabr 2013-cü il tarixli 117/13-k saylı, 15 aprel 2014-cü il tarixli 39/14-ky saylı, 19 fevral 2015-ci il tarixli 14/15-ky və 15/15 saylı ipoteka müqavilələrinə əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və X4 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi hər ikisi Cavabdeh1 QSC-nin xeyrinə olan yüklülükdən azad edilməsi, Azərbaycan Respublikası Prezidentinin imzaladığı 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin fərmanına əsasən Cavabdeh1 QSC BOKT-nın Bərdə filialının borclu hesab etdiyi fiziki şəxs İddiaçı öhdəsinə düşən 35000 manat kredit borcunun faiz hissəsi 16000 manat məbləğində azaldılması, qalan borcun isə 19000 manat məbləğində müəyyənləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək iddia ərizəsinin qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh1 QSC Bank olmayan kredit təşkilatının nümayəndəsi X3 məhkəməyə ərizə verərək iddia ərizəsinin baxılmamış qalmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb, iddiaçının ərizəsinə qiymət verib belə hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1 QSC Bank olmayan kredit təşkilatına və Cavabdeh1 QSC Bank olmayan kredit təşkilatının Bərdə rayon filialına qarşı əmlakın yüklülükdən azad olunması və borc məbləğinin azaldılması tələbinə dair ərizəsi baxılmamış saxlanılsın və sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1448/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1448/2021
17.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver