Məhkəmə qərarları › İş №2(021)-1603/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1603/2021

25.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1603/2021 25.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı iştirakı ilə, İddiaçı X1 Cavabdeh Həssən oğluna qarşı sənəd tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əliyev Qənbər Həsən oğlundan 12 iyun 2016-cı il təvəllüdlü övladının doğum haqqında şəhdətnaməsini almaq üçün doğum evindən verilmiş forma 103 arayışının alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Bəhruz qızı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Həsən oğlu ilə 205-ci ildə qeyri rəsmi olaraq ailə qurmuş, birgə yaşadıqları dövrdə 12 iyun 2016-cı il təvəllüdlü İsmayılova ----------- Qənbər qızı və 18 fevral 2020-ci il təvəllüdlü X4 doğulmuşdur. Aralarında yaranan narazılığa görə onlar cavabdehlə 08 mart 2021-ci il tarixdən ayrı yaşayırlar. Hal-hazırda 18 fevral 2020-ci il təvəllüdlü övladı ilə birlikdə valdeyinlərinin himayəsində yaşayır. 12 iyun 2016-cı il təvəllüdlü övladı isə hal-hazırda cavabdehin himayəsindədir. Cavabdeh Qənbər Əliyev onunla birlikdə Qeydiyyat Şöbəsinə getmədiyi üçün övladına doğum haqqında şəhadətnamə ala bilməmişdir. Cavabdeh 12 iyun 2016-cı il təvəllüdlü övladını onun əlindən zorla alıbdır. Cavabdeh ilə aralarında narazılıq yaranıb valideynlərinin evinə gələn zaman bütün sənədləri cavabdehin evində qalmışdır. 18 fevral 2020-ci il təvəllüdlü övladına doğum haqqında şəhadətnamə almaq üçün doğum evindən verilmiş forma 103 arayışı Cavabdeh olmuş və həmin sənədi cavabdehdən zorla almışdır. Lakin 12 iyun 2016-cı il təvəllüdlü övladının doğum haqqında şəhadətnaməsini almaq üçün doğum evindən verilmiş forma 103 arayışını cavabdehin evindən götürə bilməmişdir. Cavabdeh övladının doğum haqqında şəəhadətnaməsini almaq üçün doğum evindən verilmiş doğum haqında sənədi ala bilmir. Dəfələrlə həmin sənədin ona verilməsini tələb və xahiş etməyinə baxmayaraq cavabdeh həmin sənədi verməkdən imtina edir və hər səfərində onu və atası Bəhruz İsmayılovu təhqir edir. Məhkəmə iclasında iddiaçı İsmayıova Sevinc Qənbər qızı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə digər cavabdehlərin və nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş üzrə iddiaçının izahatını, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Müşlki işə əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxxxx 1996-cı ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş Ağcəbədi rayon, İcra Hakimiyyəti Başçısının Hüsülü kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 320 nömrəli, 01 aprel 2021-ci il tarixli arayışından müəyyən olunur ki, İddiaçı Ağcəbədi rayonu Hüsülü kəndində yaşayır. Mülki işə əlavə olunmuş Bərdə rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 87 nömrəli, 05 aprel 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İsmayılova Damla Qənbər qızı 18 fevral 2020-ci il tarixdə doğulmuşdur, anası İddiaçı Bəhruz qızı, atası X2r. Mülki işə əlavə olunmuş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı öz iddia tələbinin dəlillərini sübuta yetirə bilməmiş, 12 iyun 2016-cı il təvəllüdlü övladının doğum haqqında şəhadətnaməsini almaq üçün doğum evindən verilmiş forma 103 arayışının cavabdehdə olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa övladlarının birinin sənədinin cavabdehdən aldığını, digərini isə nə səbəbə cavabdehdə qaldığını əsaslandıra bilməmişdir. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu ona aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Əliyev Qənbər Həssən oğluna qarşı sənəd tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar