Məhkəmə qərarları › İş №2(021)-1665/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1665/2021

25.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1665/2021 25.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X9 iclas kаtibliyi, İddiaçı, vəkili X28, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və vəkil X13 iştirakı ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X24, X25 və X37 qızına qarşı “miras əmlaka payının müəyyən edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı“Miras əmlakdan payların müəyyən edilməsi, tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun vərəsəlik hüququnun tanınmasına,Bərdə rayon Samux kəndində yerləşən 0,21 ha həyətyani torpaq sahəsindən atası X18 və anası X1 miras qalmış pay torpaq sahəsindən miras əmlakdan payların müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(021) 1665/2021 nömrəli qərardadına əsasən X24,X25 və X37 qızı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayonu Samux kəndində valideyinlərinə məxsus fərdi yaşayış evində doğulmuş, valideyinlərinin sağlığında həmin həyətuani torpaq sahəsində özünə ev tikdirmişdir.Hal-hazırda ailəsi ilə birlikdə həmin evdə yaşayır.Ailədə 4 bacı 2 qardaş olmuşlar. Ataları X29, anaları isə X5 olmuşdur.X40 20.12.2018-ci ildə,anası Münubə Məmmədova isə 16.02.1992-ci ildə vəfat etmişdir. Valideyinlərinin ölümündən sonra həmin həyətyani torpaq sahəsində o, və cavabdehlər qardaşıı Cavabdeh1 və bacısı Cavabdeh2 qalmış,digər bacı və qardaşı isə ayrıca təsərrüfatlarda yaşayırlar. Valideyinlərindən miras qalmış fərdi yaşayış evinin sənədi olmamış, həyətyani torpaq sahəsinə görə JN-083A saylı şəhadətnamə verilmişdir. Şəhadətnamədə payçılar atası X29, o, bacısı Cavabdeh2 və qardaşı Cavabdeh1dur. Son vaxtlar cavabdehlər əsassız söz söhbət salaraq onu həyətyani torpaq sahəsindən çıxarmaqla hədələyir eyni zamanda valideyinlərindən miras qalmış əmlakdan paylarının müəyyən edilib ayrıılmasından imtina edirlər. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı və vəkili X28 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və vəkil X30 iddianı qəbul etməyərək rədd edilməsini xahiş etdi. Üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəfləri, dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildə Bərdə rayonu Lelinabad kəndində doğulmuş, Bərdə rayonu Samux kəndində qeydiyyatdadır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27 mart 2012-ci il tarixli, AZ-İ 748881 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X31 arasında 27 mart 2012-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 27.03.2012-ci il tarixdə 132 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. Bərdə rayon İcra Hakimiyyəti başçısının Samux rayon İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 09.04.2021-ci il tarixli, 96 nömrəli arayışdan görünür ki,X2 rayonu Samux kəndində yaşamaqla X15,Məmmədova minubə Elxan qızı və X10 ibarət ailə üzvləri vardır. X4 şəhəri Sabir küçəsi ev 15-də yaşayır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06.04.2021-ci il tarixli arayışdan görünür ki, X5 16.02.1992-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 17.02.1992-ci il tarixdə 01 nömrə ilə qeyd edilmişdir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06.04.2021-ci il tarixli arayışdan görünür ki, X26 20.12.2018-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 04.01.2019-cu il tarixdə 01 nömrə ilə qeyd edilmişdir. JN-083A KOD61000058 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli 14 saylı qərarı ilə ayrılmış, Bərdə rayonu Samux kəndində yerləşən 0,21 ha həyətyani torpaq sahəsinin mülkiyyətçiləri X26,Cavabdeh2, X19,X14 və X27 qeyd edilmişdir. Bərdə rayon İcra Hakimiyyəti başçısının Samux rayon İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 09.04.2021-ci il tarixli, 97 nömrəli arayışdan görünür ki,X26 ölənə qədər Bərdə rayonu Samux kəndində yaşamış, vəfat etdikdən sonra onun övladları X20,Cavabdeh2,X25, İddiaçı, X16 və X21 qalmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bərdə rayonu Samux kəndində yerləşən 0,21 ha həyətyani torpaq sahəsi X26,Cavabdeh2, X19,X14 və X11 ümumi paylı mülkiyyətində olmuşdur. X22 20.12.2018-ci ildə tarixdə ölmüşdür. İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı“Miras əmlakdan payların müəyyən edilməsi, tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun vərəsəlik hüququnun tanınmasına, Bərdə rayon Samux kəndində yerləşən 0,21 ha həyətyani torpaq sahəsindən atası X18 və anası X1 miras qalmış pay torpaq sahəsindən miras əmlakdan payların müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, vərəsələrdən Cavabdeh1 və Cavabdeh2 əsassız söz söhbət salaraq onu həyətyani torpaq sahəsindən çıxarmaqla hədələyir eyni zamanda valideyinlərindən miras qalmış əmlakdan paylarının müəyyən edilib ayrıılmasından imtina edirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi deyilir”. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bundаn bаşqа, mirаs qаnunun tələbinə əsаsən qəbul оlunmuşsа, lаkin vərəsəlik şəhаdətnаməsi vаxtındа rəsmiləşdirilməmişsə, bu mirаsа qаrşı hüququn itirilməsi üçün əsаs hesаb edilə bilməz. Vərəsə mirаsа sаhiblik, оndаn istifаdə və оnа sərəncаm verməsi sаhəsində müvаfiq işlər görmüşsə-binаnın təmiri, həyətyаnı tоrpаq sаhəsini becərmək, məhsulu yığmаq və s. yаxud sığоrtа tədiyəsini və ev üçün vergini ödəmişsə, kirаyənişinlərdən mənzil pulunu yığmışsа və b. hаllаr vərəsənin mirаsı fаktiki surətdə idаrə etməyə bаşlаmаsını və mirаsа yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. İşin faktiki hallarından müəyyən olunur ki: X12 ölümündən sonra onun birinci növbə vərəsələri olan övladları X20, Cavabdeh2, X25, İddiaçı, X16 və X21 qalmışdır. Bundan başqa işdən müəyyən edilir ki, hazırki iş üzrə İddiaçı, X6 miras qalmış əmlaka sahiblik etməyə, onu idarə etməyə faktik başlamış, bununla da ondan miras qalmış əmlakı qəbul etdiklərini şəksiz nümayiş etdirmişdir. Belə ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İddiaçı atası X22 20.12.2018-ci il tarixdə ölmüş, ölməzdən əvvəl heç bir vəsiyyətnamə qoymamış və o, öldüyü vaxt onun birinci növbə vərəsələri olan beş övladı sağ olmuşlar. Həmçinin işdən müəyyən edilir ki, iddiaçı mübahisəli həyətyani torpaq sahəsində yaşamaqda davam edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının mərhum atası X3 rayonu Samux kəndində yerləşən 0,21 ha həyətyani torpaq sahəsinin 1/5 hissədə mülkiyyətçisi olduğundan onun mirası üzərində olan paylar həmin hissədə müəyyən edilməlidir. İşdən müəyyən edilir ki, X26 ölümündən əvvəl heç bir vəsiyyətnamə qoymamışdır. Həmçinin, o öldüyü vaxt onun birinci növbə vərəsələri olan oğlu - iş üzrə İddiaçı, iş üzrə cavabdehlər oğlu Cavabdeh1 və qızı Cavabdeh2 və iş üzrə üçüncü şəxslər olan digər üç uşağı sağ olmuşdur. X7 oğlu öldüyü zaman onun altı birinci növbə vərəsəsi olmuşdur. Məhkəmə həmin birinci növbə vərəsələrdən olan mərhumun oğlu - İddiaçı nəzərinə xüsusi çatdırır ki, 0,21 ha torpaq sahəsi ümumi birgə mülkiyyətdə olduğundan mərhum X12 payı olan torpaq sahəsinin 1/5 hissəsinin1/6 hissəsi şəklində müəyyən edilməlidir. X12 digər birinci növbə vərəsələri olan cavabdehlər və üçüncü şəxslər miras əmlak üzərində paylarının müəyyən edilməsi ilə bağlı müstəqil tələb irəli sürmədiklərindən məhkəmə onların paylarına heç bir münasibət bildirmir. Məhkəmə son olaraq qeyd edir ki, iddiaçının anası X5 1992-ci ildə ölmüşdür və onun adına hər hansı torpaq sahəsinin olması müəyyən edilmir. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Bərdə rayonu Samux kəndində yerləşən 0,21 ha torpaq sahəsinin mərhum X17 məxsus 1/5 hissəsinə İddiaçı 1/6 hissədə payı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Sədrlik edən: imza var Əsli ilə düzdür. Hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar