Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1722/2021 18.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı nümayəndəsi X1 və vəkili X8, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Salahov Sərxan İsmayıl oğlunun, Cavabdeh4, Cavabdeh5 Yaqub oğlunun, Cavabdeh6, Cavabdeh7, X4, Hüseynov Nəcəf Cavad oğlunun və nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdehlər Salahov Sahib İsmayıl oğluna, Cavabdeh2 oğluna, Cavabdeh3 İsmayıl oğluna, Cavabdeh4 Cəfər oğluna, İsgəndərov Rüfət Yaqub oğluna, Cavabdeh6 Əkbər oğluna, Cavabdeh7, Əliyev Əlizamin Muxtar oğluna, Hüseynov Nəcəf Cavad oğluna qarşı qanunsuz hərəkətlər nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı Məhərrəm oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.000 manat maddi ziyan və 5000 manat mənəvi zərər olmaqla, ümumilikdə 17.000 manat məbləğində pulun cavabdehlərdən alınıb onun xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Məhərrəm oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonu, Şatırlı Bələdiyyəsi ilə aralarında olan 10 sentyabr 2004-cü il tarixli icarə müqaviləsi əsasında 70 il müddətinə ümumilikdə 12 ha torpaq sahəsi ona icarəyə verilmişdir. Həmin torpaq sahələrinin müvafiq olaraq 10 sentyabr 2004-cü il tarixli, 01, 02 və 03 saylı icarə müqavilələri bağlayaraq 6 ha hissəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysit Xidməti tərəfindən Seriya RX ******* saylı çıxarış, 4 ha hissəsinə seriya RX ******* saylı çıxarış, 2 ha hissəsinə seriya RX ******* saylı çıxarış alaraq mülkiyyət hüquqlarını qeydə aldırmışdır. Həmin torpaq sahələrinin kolxoz dövründən bu günədək təyinatı əkin sahəsi olub. Sözügedən torpaq sahələrinə 17 ildir ki, taxıl və pambıq bitkisi əkir. Bu il isə 8 ha hissəsinə yonca əkmişdir. Biçilməsinə az qalan 8 ha yonca sahəsinə cavabdedhlər özlərinin və qohumlarının 200-dən çox mal-qarasını zorla salaraq otarıb məhv edublər. Hal-hazırda da otarırlar. Qeyd edir ki, bir hektar sahədən birinci il üçün 300 yonca bağlaması götürülür. Yonca bağlamasının bir kipi hal-hazırda 5 manatdır. Beləliklə ona cəmi 12 000 manat ziyan dəymişdir. Bundan başqa qeyd edir ki, əsəb gərginliyi keçirməkdən həyat yoldaşı və özü təzyiq və ürək xəstəliyi tapıblar, ona torpağın çıxarışının saxta olması barədə böhtan atırlar. Onları sahəyə gedərkən təhqiredici və böhtan sözlərlə davaya sövq edirlər. Ev-ev gəzərək camaatı onların əleyhinə qaldırırlar ki, islahatı yenidən aparacaqlar. Dövlət idarələri (polis, İH, prokurorluq) qarşısında 20-25 nəfərlik dəstə ilə ixtişaş törədərək onların haqqında mənfi rəy yaratmağa çalışırlar. Buna görə əlavə olaraq 5000 manat mənəvi ziyan istəyir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Bağırova Alidə Məhəmməd qızı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Bağırova Alidə Məhəmməd qızının vəkili X14 iddianı müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Salahov Sahib İsmayıl oğlu, Cavabdeh2 oğlu, Cavabdeh3, Cavabdeh4 Cəfər oğlu, Cavabdeh5 oğlu, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Hüseynov Nəcəf Cavad oğlu izahatlarında iddianı qəbul etməyərək, iddiaçıya heç bir maddi və mənəvi ziyan vurmadıqlarını, mal-hayvanlarını kəndin örüş yerində otardıqlarını göstərərək, iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh9, onun vəkili və nümayəndəsi X9 iddianın rədd edilməsini xahiş etdi. İş üzrə tərəflərin, nümayəndələrin və vəkillərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1986-cı ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Şatırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 251 saylı, 21 aprel 2021-ci il tarixli arayışından müəyyən olunur ki, İddiaçı ünvan 1 İƏD-nin Kürdborakı kəndində yaşayır. Mülki işə əlavə edilmiş Seriya RX ******* nömrəli dövlət reystirindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1ində yerləşən 6 ha torpaq sahəsi İddiaçı 70 il müddətinə icarəyə verilmişdir. Mülki işə əlavə edilmiş Seriya RX ******* nömrəli dövlət reystirindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1ində yerləşən 4 ha torpaq sahəsi İddiaçı 70 il müddətinə icarəyə verilmişdir. Mülki işə əlavə edilmiş Seriya RX ******* nömrəli dövlət reystirindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1ində yerləşən 2 ha torpaq sahəsi İddiaçı 70 il müddətinə icarəyə verilmişdir. Mülki işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(021)- 1722/2021 nömrəli qərardadından müəyyən olunur ki, İddiaçı işə baxılana qədər iddianın təmini tədbiri kimi cavabdehlər Salahov Sahib İsmayıl oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, İsgəndərov Rüfət Yaqub oğlu, Cavabdeh6 Əkbər oğlu, Cavabdeh7, Əliyev Əlizamin Muxtar oğlu, Cavabdeh9 Cavad oğlu tərəfindən iri və xırda buynuzlu mal-qara ilə otarılmasına qadağan qoyulması barədə ərizəsi təmin edilmişdir. Mülki işə əlavə edilmiş ünvan 1 sakinləri, iş üzrə cavabdehlər tərəfindən verilmiş iddiaya qarşı etirazda İddiaçı verdiyi iddianın əsassız olduğu, atasını müdafiə etmək üçün qabaqdan gəlmişlik etdiyi, onları susdurmaq istməsi üçün verilmişdir, iddiaçının örüş yerini zəbt etməsini göstərmişlər. Mülki işə əlavə edilmiş 01 may 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Bərdə Rayon Polis Şöbəsinin istintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı X3 qərarının surətindən müəyyən olunur ki, Bağırova Alidə Məhəmməd qızının müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.2-ci madəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Mülki işə əlavə edilmiş 19 may 20201-ci il tarixli, 079 saylı məktubundan müəyyən olunur ki, Bərdə rayonu, Şatırlı kəndi ərazisində 8 ha torpaq sahəsindən hər 1 hektardan 4 biçin biçib götürmək mümkündür. Hər 1 ha üçün orta hesabla 150 kip götürmək mümkündür. Odur ki, 1 il ərzində 1 hektar sahədən 600 yonca kipi götürmək olar. 8 ha torpaq sahəsindən 4800 yonca kipi götürmək olar. 2021-ci ildə yonca kipinin 1 ədədinin bazar qiyməti 2.50 manat olduğu üüçün 8 ha torpaq sahəsindən 1 il ərzində 12000 maanat gəlir əldə etmək olar. Toraq sahəsinin planirovkası, düzləşdirilməsi və meliorasiyası haqqında isə proqnoz verə bilmirlər, çünki bu onların səlahiyyətinə aid deyildir. Mülki işə əlavə olunmuş 25 may 2021-ci il tarixli 05 saylı məktubunun surətindən müəyyən olunur ki, ünvan 1 ünvanda yerləşən 6 ha seriya RX-08229131 saylı çıxarış, 2 ha seriya RX- 08229133 saylı çıxarış, 4 ha Seriya RX-08229132 saylı çıxarışı olan torpaq sahələri Bərdə rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 31 avqust tarixli 02 saylı qərarı ilə Şatırlı kənd bələdiyyəsinin ehtiyat əkin fonduna verilmişdir. Mülki işə əlavə olunmuş 01 mart 2021-ci il tarixli 03 nömrəli torpaq sahəsinin icrayə verilməsi haqqında müqaviləsindən müəyyən olunur ki, Şatırlı bələdiyyəsinin 10 sentyabr 2004-cü il tarixli 03 saylı qərarı ilə 4 ha torpaq sahəsi 70 il müddətinə İddiaçı Məhərrəm oğluna icarəyə verilmişdir. Mülki işə əlavə olunmuş 01 mart 2021-ci il tarixli 01 nömrəli torpaq sahəsinin icrayə verilməsi haqqında müqaviləsindən müəyyən olunur ki, Şatırlı bələdiyyəsinin 10 sentyabr 2004-cü il tarixli 02 saylı qərarı ilə 4 ha torpaq sahəsi 70 il müddətinə İddiaçı Məhərrəm oğluna icarəyə verilmişdir. Mülki işə əlavə olunmuş 01 mart 2021-ci il tarixli 02 nömrəli torpaq sahəsinin icrayə verilməsi haqqında müqaviləsindən müəyyən olunur ki, Şatırlı bələdiyyəsinin 10 sentyabr 2004-cü il tarixli 03 saylı qərarı ilə 2 ha torpaq sahəsi 70 il müddətinə İddiaçı Məhərrəm oğluna icarəyə verilmişdir. Mülki işə əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reystir Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 24 may 2021-ci il tarixli 199 nömrəli məktubdan müəyyən olunur ki, Bərdə rayonu Şatırlı kənd ərazisində yerləşən 6.0 ha torpaq sahəsi üzrə verilmiş seriya- RX-0829131 saylı, 4.0 ha torpaq sahəsi üzrə verilmiş seriya RX-0829132 saylı və 2.0 ha torpaq sahəsi üzrə verilmiş seriya RX-0829133 saylı çıxarışlara əsasən torpaq sahələrinin 1998-ci ildə islahat gedərkən hansı təyinat üzrə istifadəyə verilməsi barədə 24 may 2021-ci il tarixli 199 saylı Bərdə rayon Vəkil Bürosunun məktubuna Daşınmaz Əmlakın Dövlət reystir Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsində baxılmışdır. Bərdə rayonu Şatırlı kənd ərazisində yerləşən 6.0 ha torpaq sahəsi üzrə verilmiş seriya- RX-0829131 saylı, 4.0 ha torpaq sahəsi üzrə verilmiş seriya RX- 0829132 saylı və 2.0 ha torpaq sahəsi üzrə verilmiş seriya RX-0829133 saylı çıxarışlara əsasən icarə hüququ tanınmış torpaq sahəsi aqrar islahat zamnı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon Şöbəsi tərəfindən hazırlanmış elektron kadastr bazasında təyinatı bələdiyyənin ehtiyat fondu torpaqları kimi saxlanılmışdır. Mülki işə əlavə edilmiş Şatırlı kənd İƏD üzrə bələdiyyə mülkiyyətində olan Şatırlı bələdiyyəsi üzrə məlumatda 163.92 ha ümumi torpaq sahəsi, 33.80 ha torpaq sahəsi, 21.96 ha örüş sahəsi, 51.10 ha isə cəmi torpaqlardan icarəyə verilmiş torpaq sahəsi kimi qeyd edilmişdir. Mülki işə əlavə edilmiş ünvan 1 bələdiyyəsinin 04 sentyabr 2004-cü il tarixli 02 saylı iclas protokolunun surətindən müəyyən olunur ki, Kürdborakı kənd sakini Bağırov İsmayıl Məhərrəm oğlunun ərizəsinə əsasən Bələdiyyə mülkiyyətində olan əkinə yararlı sahədən kənd təsərrüfatı məhsulları istehsal etmək və heyvandarlığın inkişaf etdirmək məqsədi ilə 6.0 ha torpaq sahəsi ayrılılaraq Bağırov İsmayıl Məhərrəm oğluna icaryə verilmişdir. Mülki işə əlavə edilmiş Kürdborakı Bələdiyyəsi tərəfindən DT və XK-nin Bərdə Rayon Şöbəsinə ünvanlanmış məktubda bələdiyyə mülkiyyətində olan əkinə yararlı sahədən 6.0 ha torpaq sahəsi ayrılıb üznunmüddətli icarəyə verilməsi barədə qəbul edilmiş qərar əsasında həmin torpaq sahəsinin ilkin yerqurluşu və torpaq ayırma sənədlərinin hazırlanmasına razılıq verilməsi xahiş edilmişdir. Mülki işə əlavə edilmiş Kürdborakı kənd bələdiyyəsinin məktubundan müəyyən olunur ki, Şatırlı bələdiyyəsi 04 sentyabr 2004-cü il 3 saylı iclas protokolundan çıxarışdan görünür ki, Bələdiyyə mülkiyyətində olan əkinə yararlı sahədən 6.0 ha torpaq sahəsi İddiaçı oğluna uzun müddətli (70 illik) icaryəyə verilmişdir. İclas protokolunun çıxarışının əsli bələdiyyədədir, həmin protokolun əsli bələdiyyədə yoxdur. Kürdborakı bələdiyyəsi 06 sentyabr 2004-cü il 06 nömrəli DT və XK komitəsinə göndərdiyi məktubda Kürdborakı kənd sakini Bağırov İsmayıl Məhərrəm oğluna 6.0 ha torpaq sahəsi ayrılması və ona uzun müddətli icarəyə verilməsi barədə məktub var, ilkin icarə müqaviləsinin sənədləri bələdiyyədə yoxdur. Mülki işə əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 07 sentyabr 2005-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, cavabdeh Bərdə rayonu Şatırlı kənd bələdiyyəsinin hesabından 4.320.000 manat əmək haqqı alınıb iddiaçı Saahov Sahib İsmayıl oğluna verilməsi qət edilmişdir. Mülki işə əlavə olunmuş JN 1-1 KOD 61022018 olan torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən müəyyən olunur ki, Bərrdə Rayon Aqrar islahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 02 saylı qərarı ilə Bərdə rayon Şatırlı bələdiyyəsinin mülkiyyətinə 163.8 hektar torpaq sahəsi verilmişdir. Mülki işə əlavə olunmuş Bərdə rayon Prokurorluğunun 03 iyun 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarının ləğv edilməsi və əlavə araşdırma aparılması üçün göndərilməsi barədə qərarın surətindən müəyyən olunur ki, Bağırov ismayıl Məhərrəm oğlunun və Bağırova Alidə Məhəmməd qızının müraciəti əsasında toplanmış HK-1/1097 saylı material üzrə Bərdə rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis baş leytenentı Cəbrayılov Rəcəb Tahir oğlu tərəfindən qəbul edilmiş 01 may 2021-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərar əsassız olduğundan ləğv edilmiş və material əlavə araşdırma aparılması üçün Bərdə rayon X13 Bölməsinə göndərilmişdir. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra və probasiya Şöbəsinin 24 may 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1722 saylı, 22 aprel 2021-ci il tarixli icra sənədinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 Şura oğlu, Salahov Sərxan İsmayıl oğlu, Salahov Elçin Cəfər oğlu, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X12, Cavabdeh9 tərəfindən iri və xırda buynuzlu mal-qara ilə otarılmasına qadağa qoyulması barədə qərarı icra edilmiş, tələbkar Bərdə rayon İcra və probasiya Şöbəsinə tələbkar ərizə ilə müraciət edərək qadağa tətbiq edildiyi üçün Bərdə Rayon Məhkəməsinin 2(021)-1722 saylı 22 aprel 2021-ci il tarixli qərarına xitam verilməsini xahiş etmiş, Bərdə Rayon Məhkəməsinin 2(021)-1722 saylı, 22 aprel 2021-ci il tarixli qərarı əsasında icraata xitam verilmişdir. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsində faktiki laraq ona dəymiş ziyanın məhz cavabdehlər tərəfindən vurulması halı öz təsdiqini tapmamışdır. Belə ki, Bərdə rayon Prokurorluğunun 03 iyun 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarının ləğv edilməsi və əlavə araşdırma aparılması üçün göndərilməsi də bu faktı özü-özlüyündə təsdiq edir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddia ərizəsinin digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Salahov Sahib İsmayıl oğluna, Cavabdeh2 oğluna, Cavabdeh3 İsmayıl oğluna, Cavabdeh4 Cəfər oğluna, İsgəndərov Rüfət Yaqub oğluna, Cavabdeh6 Əkbər oğluna, Cavabdeh7, Əliyev Əlizamin Muxtar oğluna, Hüseynov Nəcəf Cavad oğluna qarşı qanunsuz hərəkətlər nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçılara aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddiaçı cavabdehlər Salahov Sahib İsmayıl oğluna, Cavabdeh2 oğluna, Cavabdeh3 İsmayıl oğluna, Cavabdeh4 Cəfər oğluna, Cavabdeh5 oğluna, Cavabdeh6 Əkbər oğluna, Cavabdeh7, Əliyev Əlizamin Muxtar oğluna, Hüseynov Nəcəf Cavad oğluna qarşı qanunsuz hərəkətlər nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1722/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1722/2021
18.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver