Məhkəmə qərarları › İş №2(021)-175/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-175/2024

08.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-175/2024 08.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Abbasova Afət Ağarza qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası ƏMDK-sı yanında DƏDRXnin 7 saylı Ərazi İdarəsinə qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin bölünməsi, paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bərdə rayonu Körpüsındıran kəndində yerləşən Cavabdeh ilə ümumi birgə mülkiyyətlərində olan 0.975 ha torpaq sahəsinin ailələrinə məxsus olan həmin torpaq sahəsinin 5/1 hissəsinin torpağın naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bərdə rayonu Körpüsındıran kəndində anadan olmuşdur. Həmin kənddə qeydiyyatda olduğu üçün Aqrar İslahat Komitəsi tərəfindən ona pay torpağı verilmişdir. Həmin torpaq hal-hazırda Bərdə rayonu Körpüsındıran kəndi ərazisində yerləşir. ünvan 1 ünvanına gəlin köçmüşdür. Ailəsi ilə birlikdə uzun müddət Bərdə rayonu Körpüsındıran kəndində yaşamışlar. Yaşadıqları Bərdə rayonu Körpüsındıran kəndində ailəsinə məxsus ümumi birgə mülkiyyətində olan 0.975 ha pay torpağı olmuşdur. Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.2018-ci il tarixli qərarı əsasında verilmiş KOD **********6 olan torpağın təsərrüfat başçısı atası, Cavabdeh isə dövlət aktında təsərrüfat başçısıdır, onların münasibətləri pozulduğu üçün torpaqdan istifadə edə bilmirlər. Ailə vəziyyətləri ağırdır. Ona görə də məhkəmədən Bərdə rayonu Körpüsındıran kəndində yerləşən Cavabdeh ümumi birgə mülkiyyətlərində olan 0.975 ha torpaq sahəsinin ailələrinə məxsus olan həmin torpaq sahəsinin 5/1 hissəsinin torpağın naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 22 avqust 2023-cü il tarixli 2(021)-3134/2023 saylı qərardadı ilə RX seriyalı ******* saylı Çıxarışa əsasən Bərdə rayonu, Körpüsındıran kəndində yerləşən 0,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləri olan X13, X8 və X11 məhkəmə tərəfindən iş üzrə üçüncü şəxslər qismində işə cəlb edilmişlər. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxslər X13, X8 və X5 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını dinləyib iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarına əlavə olunmuş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. Mülki iş materiallarına əlavə olunmuş Bərdə rayonu Körpüsındıran Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 21 saylı arayışdan görünür ki, Bərdə rayonu Körpüsındıran kənd sakini İddiaçı atası X6 mülkiyyətinə verilmiş JN-150 nömrəli dövlət aktında olan və Körpüsındıran kəndi ərazisində yerləşən 0.98 ha torpaq sahəsində İddiaçı mülkiyyətinə aid 0.22 ha torpaq sahəsi var. Mülki iş materiallarına əlavə olunmuş Ağdam RİHB-nın Birinci Dördyol qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 535 nömrəli arayışdan görünür ki, İddiaçı Ağdam rayon İHB-nın X3 465 nömrəli evdə müvəqqəti qeydiyyatda olmaqla yaşayır. Mülki iş materiallarına əlavə olunmuş İN yanında ƏMDX DƏDKR phş-in 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məlumat vərəqəsindən görünür ki, Əmlak haqqında məlumatın təqdim edilməsi barədə müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X15 7 saylı Bərdə Ərazi İdarəsində baxılmışdır. X14iunun adına Bərdə rayonu Köpüsındıran kəndində 5 nəfər ailə üzvü ilə birlikdə 0.98 ha kənd təsərrüfatı təyinatlı topaq sahəsi xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülki iş materiallarına əlavə olunmuş ******* nömrəli çıxarışdan görünür ki, X6 xüsusi mülkiyyətində Bərdə rayonu Körpüsındıran kəndində 0.95 ha kənd təsərrüfatlı təyinatlı (kateqoriyalı) torpaq sahəsi X13,Cavabdeh, X12, X8, X2 ümumi birgə mülkiyyətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydə alınmışlar. Məlumat daşınmaz əmlakın dövlət reyestrində 109 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası torpağa mülkiyyət hüququna dair 61008068 nömrəli JN150 nömrəli dövlət aktından görünür ki, X13, Cavabdeh, X12, X9 0.98 ha torpaq sahəsi xx.xx.1998-ci il tarixdə aqrar islahat komissiyasının qərarı ilə verilmişdir. Mülki iş materiallarına əlavə olunmuş seriya AZE 17271931 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1966-cı il tarixdə Ağdərə rayonu, Çıldıran kəndində anadan olmuşdur. Bərdə rayonu Körpüqıran kəndində qeydiyyatda olmaqla yaşayır. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 2(021)-3134/2023 nömrəli qərardaddan görünür ki, İddiaçı Cavabdeh və 3–cü şəxs Azərbaycan respublikası ƏMDKsı yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsinə qarşı qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin bölünməsi, paylı mülkiyyəttdə olan əmlakın naturada ayrılması” tələbinə dair 2(021)-3134/2023 nömrəli mülki iş üzrə torpaqşunaslıq ekspertizası təyin edilmişdir. Mülki iş materiallarına əlavə olunmuş ƏMDX DƏDKR phş 7 saylı Bərdə ərazi idarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən və ƏN Məhkəmə Ekpspertiza Mərkəzinin 27 iyun 2024-cü il tarixli 3-16-16/2-10/3736 saylı rəyindən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)-3134/2023 saylı, 25 sentyabr 2023-cü il tarixli mülki işi üzrə İddiaçı, Cavabdeh, üçüncü şəxslər X13, X8 və X11 və iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Ərazi idarəsinə qarşı “paylı mülkiyyətdə olan torpaq sahələrinin bölünməsi, paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması” tələbinə dair mülki iş üzrə Bərdə rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli 2(021 )-3134/2023 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasinin keçirilməsini təmin edib mütəxəssis rəyinin verilməsi ilə əlaqədar araşdırma aparılmışdır. Məlumat üçün bildirilir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılmışdır. Vətəndaşların mülkiyyətində olan torpaq sahələri torpaq islahatı zamanı texniki, qüsurlu hazırlanmış, naturaya uyğun gəlməyən DWG fayllarında olan uyğunsuzluqlar aradan qaldırılaraq faktiki istifadə vəziyyətinə uyğun olaraq torpaqların elektron kadastrı uçotu məlumat bazasına yerləşdirilmişdir. Qeyd edilənləri nəzərə alaraq Bərdə rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli 2(021 )-3134/2023 nömrəli qərardadı ilə mübahisəli torpaq sahələrinə dair rəy, elektron kadastr məlumat bazasında mövcud olan Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən hazırlanmışdır. Cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinin koordinatları naturada təyin edilərək TEKUİS məlumat bazasına əsasən müqaisə edilmişdir. Sual: ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət Reyestri xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən X13, Cavabdeh, X10, X8 və X2 ümumi paylı mülkiyyətində olan Bərdə rayonu, Körpüsındıran kəndində yerləşən 0.975 ha torpaq sahəsinin İddiaçı və digər mülkiyyətçilərə məxsus payların naturada bölünməsi mümkündürmü? Cavab: TEKUİS məlumat bazasına əsasən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli çıxarışla X13, Cavabdeh, X10 və Gülrabə Arif qızı və X2 ümumi paylı mülkiyyətində Bərdə rayonu Körpüsındıran kəndində yerləşən 0.98 hektar nəzərdə tutulan torpaq sahəsi, İddiaçı və digər mülkiyyətçilərə məxsus payların naturada bölünməsi mümkündür. Sual: Əgər mübahisəli torpaq sahəsinin naturada bölünməsi mümkündürsə həmin torpaq sahəsinin İddiaçı düşən payının sərhədləri müəyyən edilsin. Cavab: iddiaçı və cavabdehlərin ümumi paylı mülkiyyətində 0.98 ha pay torpaq sahəsinin hər birinə 0.196 hektar olmaqla 5 (beş) hissəyə bölünməsinə dair sxem hazırlanmışdır. Mübahisəli torpaq sahəsi, suvarma istiqaməti nəzərə alınmaqla şimaldan yaxud cənubdan naturada bölünməsi mümkündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə görə, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə görə, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə görə, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İşin hallarından görünür ki, iddiaçının mülkiyyətdə olan payının naturada ayrılmasını tələb etmək hüququ vardır. İş materiallarında olan mütəxəssis və ekspert rəyindən görünür ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli çıxarışla X13, Cavabdeh, Cəfərova (Hüseynova) İfadə Arif qızı və X8 və X2 ümumi birgə mülkiyyətində Bərdə rayonu Körpüsındıran kəndində yerləşən 0.98 hektar nəzərdə tutulan torpaq sahəsinin hər birinə 0.196 hektar olmaqla 5 (beş) hissəyə bölünməsinə dair sxem üzrə mübahisəli torpaq sahəsinin suvarma istiqaməti nəzərə alınmaqla şimaldan yaxud cənubdan naturada bölünməsi mümkündür. Belə olduğu təqdirdə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqlarının və X4 X1 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ona görə də məhkəmə hesab edir ki, Bərdə rayonu Körpüsındıran kəndində yerləşən Cavabdeh ümumi birgə mülkiyyətlərində olan 0.975 ha torpaq sahəsinin ailələrinə məxsus olan həmin torpaq sahəsinin 5/1 hissəsinin torpağın iddiaçının payı müəyyən edilməli və naturada ayrılmalıdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, iddiaçı Fatma Əsədova öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödəmişdir. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı 100 manat dövlət rüsumunun ödənilməsini tələb etmədiyindən həmin xərc ona aid edilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə aparılmış ekspertiza xərci olan 100 manat Cavabdeh tutularaq ekspertiza müəssisəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh və üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK-sı yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi, X13, X8 və X5 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin bölünməsi, paylı mülkiyyəttdə olan əmlakın naturada ayrılması” tələbinə dair iddiası təmin edilsin. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli çıxarışla X13, Cavabdeh, Cəfərova (Hüseynova) İfadə Arif qızı, X7 və X2 ümumi birgə mülkiyyətində olan Bərdə rayonu Körpüsındıran kəndində yerləşən 0.98 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyətçilərin hər birinə 0.196 hektar olmaqla 5 (beş) hissəyə bölünsün (1/5 hissədə payları tanınsın), naturada bölünmə (naturada ayrılma) ekspert və mütəxəssis rəyində göstərilən sxem üzrə torpaq sahəsinin suvarma istiqaməti nəzərə alınmaqla şimaldan yaxud cənubdan həyata keçirilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar