Məhkəmə qərarları › İş №2(021)-178/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-178/2022

19.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-178/2022 19.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X26 oğlunun, İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi X4, İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Allahverdi oğlunun vəkili X15, İlkin iddia üzrə Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehin qeyri qanuni hərəkətlərinə son qoyulması, hasarın hörülməsi və vurulmuş ziyan tələbinə dair ilkin iddia üzrə, Cavabdeh1 İddiaçı qarşı qanunsuz tikilmiş hasarın sökülməsi, yolun açılması, sökülmə və yolun açılması xərclərinin qarşılıqlı iddia üzrə cavabdehin üzərinə qoyulması tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə Bərdə Rayon məhkəməsinin inizbati binasında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlərin qeyri-qanuni hərəkətlərinə son qoyulması, qanunsuz olaraq sökmüş olduqları hasarın hörülməsinə və vurmuş olduqları 500 manat maddi ziyanın ödənilməsi tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Cavabdeh1 Dilən oğlu qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı qarşı qanunsuz tikilmiş hasarın sökülməsi, yolun açılması, sökülmə və yolun açılması xərclərinin qarşılıqlı iddia üzrə cavabdehin üzərinə qoyulması tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında 2016-cı il tarixdə dövlətin mülkiyyətində olan mənzil almışdır. Həmin mənzilə isə 08 noyabr 2016-cı il tarixdə Seriya RX ******* saylı çıxarışı da almışlar. Daha sonra isə Bərdə şəhəri Təbriz küçəsi 5 A ünvanında xüsusi mülkiyyətində olan 0.03 ha torpaq sahəsi alaraq ümumi sahəsi 207.1 olan fərdi yaşayış evi tikdirmişdir. Fərdi yaşayış evinə 11 mart 2017-ci il tarixdə Seriya RX ******* saylı çıxarışı da almışdır. Bərdə şəhəri Təbriz küçəsi ev 11 mənzil 8 ünvanında yerləşən mənzili alan zaman mənzilin sahibi həmin evi bir neçə hissəyə bölərək satmışdır. Onlardan başqa həmin evin bir hissəsini hazırkı Cavabdeh1 Dilən oğlu da qalmışdır. Onlar mənzili alan zaman orada evin bölünməsi üçün hasar hörülmüşdü. Lakin hazırkı iş üzrə cavabdehin həyat yoldaşı Zeynəb Abbasova və övladları Nicat və Şamxal evi alan zaman orada olan hasarı sökərək onların orada yaşamasına maneçilik tərədir. Cavabdehlər hasarı sökdükdən sonra onlar yenidən orada bir neçə dəfə hasar hörüblər. Lakin cavabdeh dəfələrlə orada olan hasarı sökübdür. Bunun səbəbini soruşduqda isə onların orada yaşamasına icazə verməyəcəklərini bildiriblər. Lakin onlar həmin evi alıblar və orada yaşamaq istəyirlər. Cavabdehlərin hansı səbəblə belə bir hərəkət etdiklərini bilmirlər, cavabdehlərlə aralarında heç bir zaman ədavət olmamışdır. Cavabdehlərin etdiyi hərəkət nəticəsində onlara xeyli ziyan dəymişdir. Cavabdehlər hasarı 3 dəfə söküblər, onlar həmin hasarı hər dəfə tikiblər. Cavabdehlərin onlara vurmuş olduqları ziyan 500 manatdır, həmçinin cavabdehlər hasarı sökən zaman oradan daşları da götürüb aparmışlar. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh1 qarşılıqlı iddia ərizəsini onunla əsalandırmışdır ki, ilk İddiaçı Allahverdi oğlu ona, oğlu Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması, hasarın hörülməsi, vurulmuş olan ziyan tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək Bərdə şəhəri Təbriz küçəsi ev 11, mənzil 8 ünvanında yerləşən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzilin bölünməsi üçün hördüyü hasarın onlar tərəfindən sökülməsini bildirərək cavabdehlərin qeyrı-qanuni hərəkətlərinə son qoyulması, hasarın cavabdehlərin hesabına hörülüb bərpa edilməsi və həmin hasarın sökülməsi nəticəsində ona vurulmuş 500 manat maddi ziyanın cavabdehlərdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Həsənov Bəxtiyar Allahverdi oğlunun sözügedən iddia ərizəsi ilə əlaqədar mülki icraat başlanılaraq işin baxılmasının hazırlıq iclası 16 iyun 2021-ci il tarixə təyin edilmişdir. Hazırki, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə hesab edir ki, ilk və qarşılıqlı iddia arasında qarşılıqlı əlaqə olduğundan onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnər və ilk iddianın tam də ya qismən təmin edilməsini aradan qaldırar. İddiaçı Allahverdi oğlu tərəfindən verilmiş ilk iddia əsassızdır və məhkəməyə yanlış məlumatlar verilməklə öz xeyrinə qətnamə çıxarılmasına nail olmağa cəhddir. X19 Ağası qızı Bərdə şəhəri Təbriz küçəsində 0.0148 ha torpaq sahəsində yerləşən hüquqi ünvanı Bərdə şəhəri, Təbriz küçəsi ev 11, birinci giriş, mənzil 5 olmaqla 128.12 kv.m ümumi, 65.94 kv.m yaşayış sahəsindən ibarət tam mülkiyyət hüququ ilə ona məxsus olan 3 otaqlı mənzili 0,06 ha ölçülü həyətyanı torpaq sahəsini ayrı-ayrılıqda 2015-ci ildə ona satmışdır. Mənzilin reyestrdən çıxarışı MH 0003223. Qeydiyyat nömrəsi 180702244, qeydiyyat tarixi 16 avqust 2007-ci il, çıxarış DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən verilmişdir. Torpaq sahəsinin reyestrdən çıxarışı seriya MA 0370027, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 25 fevral 2012-ci ildir. Çıxarış DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən verilmişdir. Sözügedən mənziln və torpaq sahəsinin ona satılmasına dair mülkiyyətçi X16 ilə onun arasında hələlik rəsmi alqısatqı müqaviləsi bağlanmamışdır. Bununda səbəbi şifahi razılaşmaya əsasən onun mənzilin və torpağın dəyərini hissə-hissə ödəmək, ödəməni 2020-ci ilin iyul ayında başa çatdırmaq öhdəliyini üzərinə götürmək olmuşdur. Ödəmə başa çatdıqdan sonra mülkiyyətçi X16 ona sözügedən mənzildən istifadə və üzərində sərəncam vermək hüququnun olmasına dair Bakı şəhər 9 saylı notariat ofisində təsdiq edilmiş 21 aprel 2021-ci il tarixli 279012 nömrəli etibarnamə, sözügedən torpaq sahəsindən istifadə və üzərində sərəncam vermək hüququnun olmasına dair Bakı şəhər 9 saylı notariat ofisində təsdiq edilmiş 21 aprel 2021-ci il tarixli 279013 nömrəli etibarnamə vermiş, həmçinin mənzilin və torpaq sahəsinin bütün hüquqi sənədlərini o cümlədən də onlara dair çıxarışların əsillərini ona təqdim etmişdir. Beləliklə də o, və ailə üzvləri hazırda sözügedən mənzildən və torpaq sahəsindən qanuni istifadəçi statusundadırlar. Mənzilin texniki pasportuna əsasən sözügedən 5 nömrəli mənzilin girişi evin (binanın) birinci girişindən olmaqla mənzilə giriş-çıxış ön tərəfdəndir. Cavabdehlərin mülkiyyətində olan 1 otaqlı 8 nömrəli mənzilə giriş çıxış da evin (binanın) birinci girişindəndir. Yəni mənzillərinə giriş ümumidir, eyni tərəfdəndir, eyni küçədəndir. Buna baxmayaraq cavabdeh Həsənov Bəxdiyar Allahverdi oğlu 2021-ci ilin aprel-may aylarında onun, həmçinin ailə üzvlərinin mənzilin istifadəçisi kimi narazılıqlarına baxmayaraq mənzillərinə girişin ön tərəfini daş hasarla hörmüş, bununla da onların mənzilə qanuni girişdən istifadə etməklə daxil olmalarına və çıxmaqlarına maneçilik törətmişdir. Bundan başqa mənzillərinə qanuni girişin cavabdeh tərəfindən özbaşına tikilmiş hasarla bağlanması nəticəsində mənzillərində havasızlıq əmələ gəlməklə mənzilin 2 otağında yaşayış qeyri-mümkün olmuşdur. Məhkəmənin diqqətinə çatıdırır ki, həyat yoldaşı Zeynəb Abbasova ikinci qrup əlildir, oğulları Nicat və Şamxal isə anadangəlmə sağlamlıq imkanları məhdud olan uşaqlar olmuş, hazırda hər ikisi 3-cü qrup əlildir. Cavabdehi isə yalnız özünün komfortlu həyat şəraiti maraqlandırdığından 3 əlilin yaşadığı mənzilin girişinin önünü hasarla hörüb, mənzildə havalanma və günəş şüası düşməsinin qarşısını qəsdən kəsməsi, həmçinin mənzilin yolunu bağlaması, qonşuluq münasibətləri ilə bir araya sığmayan hərəkətlərdir. Qonşu kimi onun və ailə üzvlərinin sağlamlığına zərər, mənzillərinə isə maddi ziyan vurmaqdadır. Cavabdehin həmin hasarı çəkmək üçün heç bir icazəsi, qanuni sənədi və qanuni icazəsi yoxdur. Özbaşına olaraq bu hasarı hörmüşdür. Odur ki, ailə üzvüləri arasında narazılıq və münaqişə baş vermişdir. Münaqişə zamanı cavabdehin ailə üzvləri hıyat yoldaşı X6 qarşı zor işlədərək ona xəsarət yetirdiklərindən hazırda barələrində Bərdə Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılır. Bundan başqa cavabdeh İddiaçı sözügedən 8 nömrəli mənzillə üzbə-üz və hüquqi ünvanı Bərdə şəhəri Təbriz küçəsi 5 A olan ümumi sahəsi öz bildirməsinə görə 207.1 kv.m, 2 mərtəbəli villa tipli fərdi yaşayaış evi tikdirmiş, həm özünün 8-ci mənzilinə, həmdə 5A nömrəli evinə gələn yolu zəbt edərək onların ailəsinin istifadəsində olan 5 nömrəli mənzilə gələn hissədə yolunu qanunsuz olaraq bağlamışdır. Mənzilin girişini hasarla hördürməklə, yolu zəbt edib bağlamaqla cavabdehin məqsədi geniş maddi imkanlarda istifadə etməklə özünə daha rahat və komfortlu şərait yaratmaq, bu məqsədlə mənzilin və fərdi yaşayış evinin önündən heç kimin, o cümələdən də onların keçməsinə, maşınların hərəkətinə imkan verməməkdir. Bununla da cavabdeh mülkiyyətindəki mənzil və evdən onun və ailə üzvülərinin mənzil hüququnu və dinc yaşamaq hüquqlarını pozmaq üçün sui-istifadə edir. Bu da tamamilə qanunsuzluq və özbaşınalıdır. Qanunsuz hördürdüyü hasarın sökülməsi, zəbt etdiyi yolun açılması üçün cavabdehə etdiyi təkliflərə baxmayaraq onun tərəfindən aqresiya ilə qarşılanaraq ailə üzvüləri onun ailə üzvülərinə qarşı zor tətbiq edir. Münaqişə yaradılır. Bununla da cavabadeh münaqişənin könüllü həllindən imtina etdiyini nümayiş etdirir. Əlavə olaraq ona və oğullarına qarşı əsassız iddia tələbi ilə məhkəməyə müraciət edib. Odur ki, hazırkı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh1 məhkəməyə qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdeh X1 onun mənzilinin əsas girişini bağlamaq məqsədi ilə oraya hasar hörməzdən əvvəl bu girişin onun mənzilinə aid hissəsinin şüşəbəndini, şüşəbəndin döşəməsini, pilləkənini 28-30 aprel 2021-ci ildə özbaşına olaraq və gətirdiyi fəhlələrlə sökülməsi, söküntü materiallarını da oğurlayıb aparması, bu qanunsuz hərəkətləri ilə onun mənzilinə 1000 manat maddi ziyan vurmasını qarşılıqlı iddia ərizəsində göstərməmişdir. Cavabdehin bu hərəkətlərinin cinayət xarakterli olduğunu hesab etdiyindən qonşu olmaqlarını nəzərə alaraq bu faktı ərizəsində bildirməmişdir ki, işə baxarkən onun əməlində cinayət tərkibinin olmasını nəzərə alıb xüsusi qərardad çıxara və prokurora məlumat verər. Hesab etmişdir ki, məhkəmə yalnız qarşılıqlı iddia tələbini təmin edən qətnamə çıxararsa qonşu kimi cavabdeh İddiaçı bundan nəticə çıxaraq, qonşuluqlarının müvəqqəti olmadığını başa düşər, səhvini qəbul edər və peşmançılığını anlayar, sökdüyü şüşəbəndi də birlikdə bərpa edərlər. Bundan başqa cavabdehin şüşəbəndi sökmək üçün gətirdiyi fəhlələr İlham və oğlu Teymurda onların qonşularıdır. Qonşuları İlham və Teymur da qonşu kimi bu qanunsuzluqda iştirak etdiklərinə görə qarşılıqlı iddia ərizəsindən şüşəbəndin sökülməsini göstərməmişdir. Lakin cavabdeh Bəxdiyar Həsənov ona qarşı qanunsuz hərəkətlərini davam etdirməklə, özbaşınalığını dayandırmaq fikrində deyildir. Demək olar ki, hər gün onun evinin ön tərəf divarını sulayır, odur ki, evin divarında nəmişlik səbəbindən kiflənmə yaranır. Bütün bunlar nəzərə alaraq hazırkı ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin həcmini artırmaq qərarına gəlmişdir. Cavabdeh Bəxdiyar Həsənovun 2021-ci ilin aprel ayının son günlərində sökdüyü mənzilinin əsas girişinin şüşəbəndi 2.4x1.2 metr ölçülü olmaqla hündürlüyü 3 metrdir, şüşəbənd ön tərəfdə 1.2 metr hündürlüyünədək qalan taxta və suvaqla hörülmü. Kürsüdən, kürsüdən yuxarı hissədə isə 1,8 metr hündürlüyündə, şam taxtasından hazırlanmış şüşəli çərçivələrdən, döçəməsi isə 5 sm qalınlığında şam taxtasından olmuşdur. Şüşəbənd orta təmirli olmaqla, taanı da taxta materialdan olmuşdur. Pilləkəni 2 yaruslu olmaqla kərpicdən hörülmüşdür. Mənzilin şüşəbəndinin mal-materialının cavabdeh tərəfindən oğurlanıb aparılmasından ona vurulmuş maddi ziyanın məbləği 1000 manatdır. Odur ki, qarşılıqlı iddia tələbinin həcmi də 1000 manat artırılmalıdır. Məhkəmə iclasında iddiaçı ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi X10 iddia ərizəsinə uyğun izahat vermiş, iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkil X21 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia ürə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 Elxan oğlunun etibarnamə üzrə nümayəndəsi X17 ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək, qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Cavabdeh2 və Abbasov Elxan Dilən oğluna məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 və Abbasov Elxan Dilən oğlunun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxx 1976-cı ildə Bərdə rayonu, İmişli kəndində doğulmuş, Bərdə rayonu, Əmirli kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə şəhər, İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3261 nömrəli, 31 may 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı ünvan 6 ünvanında yaşayır. İş materiallarında olan Bərdə Mənzil Təmir İstismar Sahəsinin 31 may 2021-ci il tarixli, 257 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı Allahverdi oğlu ünvan 6 ünvanında yaşayır. İş materiallarında olan Seriya RX ******* nömrəli çıxarışın suurətindən müəyyən olunur ki, İddiaçı mülkiyyətinə Bərdə şəhəri Təbriz küçəsi 5A saylı ünvanda 0.03 ha torpaq sahəsi və 207.1 kv.m sahəsi olan ev qeydiyyata alınmışdır. İş materiallarında olan Seriya RX ******* nömrəli çıxarışın suurətindən müəyyən olunur ki, İddiaçı mülkiyyətinə Bərdə şəhəri Təbriz küçəsi ev 11, mənzil 8 ünvanında 22.4 kv.m sahəsi olan ev qeydiyyata alınmışdır. İş materiallarında olan Bərdə Mənzil Təmir İstismar Sahəsinin 08 iyun 2021-ci il tarixli, 39 nömrəli arayışdan müəyyən olunur ki, Cavabdeh1 Bərdə şəhəri, Təbriz küçəsi 11 saylı 1 saylı binanın mənzili 1 mərtəbədən 1 girişdən, 5 otaqdan, ümumi sahəsi 128.12 kv.m yaşayış sahəsi 65.94 kv.m-dən ibarətdir. İş materiallarında olan Seriya MH ******* nömrəli çıxarışdan müəyyən olunur ki, X11 mülkiyyətində Bərdə şəhəri Təbriz küçəsində 0.0148 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 128.12 kv.m ümumi, 65.94 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 5 nömrəli mənzil qeydiyyata alınmışdır. İş materiallarında olan Seriya MA ******* nömrəli çıxarışdan müəyyən olunur ki, X11 mülkiyyətinə Bərdə şəhəri, Təbriz küçəsində 0.06 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarında olan AZE 09312279 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh1 01 oktyabr 1960-cı ildə doğulmuşdur, ünvan 10 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Mənzil Təmir İstismar Sahəsinin 09 iyun 2021-ci il tarixli, 271 nömrəli arayışdan müəyyən olunur ki, Cavabdeh1 ünvan 11 ünvanda yaşayır. Mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-2120/2021 nömrəli, 29 iyul 2021-ci il tarixli qərardad ilə tikinti texniki ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respubikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 oktyabr 2021-ci il tarixli 10/4998 nömrəli ekspertiza rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********06-05101- 093003 reyestir nömrəli çıxarışa və texniki pasporta əsasən Bərdə şəhəri, Təbriz küçəsi ev 11 mənzil 8 ünvanında yerləşən mübahisəli hasar İddiaçı Allahverdi oğlunun mülkiyyətində olan mənzilə daxil olmaq üçün giriş-çıxış qapısının və eləcə də sahəsi 7.6 kv.m təşkil edən “giriş otağı” tikilisinin ayrılmaz divarıdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, cavabdehlər tərəfindən hasarın sökülməsi sübuta yetirilmişdir. Lakin iddiaçı cavabadehin ona 500 manat ziyan vurmasını sübut edə bilməmiş, bu barədə iddia tələbinə heç bir sənəd əlavə etməmişdir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı onun qeyd edirki, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh1 qarşılıqlı iddia üzrə qanunsuz tikilmiş hasarın sökülməsi, yolun açılması, vurulmuş maddi ziyanla bağlı qarşılıqlı iddia tələbini sübut edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək müəyyən etdi ki, İddiaçı məxsus olan evin divarı cavabdehlər tərəfindən sökülmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X14 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1098.2-ci maddəsinə müvafiq olaraq, əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 21.1-ci maddəsinə müvafiq olaraq, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakınm zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq hesab edir ki, İddiaçıun iddia tələbi qismən təmin edilməklə cavabdehlər Cavabdeh1 Dilən oğlunun, Cavabdeh2 və Cavabdeh3 qeyri-qanuni hərəkətlərinə son qoyulmalı və ilkin iddia üzrə cavabdehlər tərəfindən sökülmüş hasar bərpa edilməlidir. Lakin vurulmuş ziyanla bağlı ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Dilən oğlu iddia tələbini sübut edə bilmədiyindən, eləcə də qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia tələbini sübut edə bilmədiyindən qarşılıqlı iddia tələbi də rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 aid edilməli və 50 (əlli) manat ekspertiza xərci ilkin iddia üzrə cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə (keçiriləcək hesab: Büdcə təsnifatı kodu 141319, büdcə cəviyyəsinin kodu 3, SAP( XİİS) hesabı X8, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE********************) ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərin qeyri qanuni hərəkətlərinə son qoyulması, hasarın hörülməsi və vurulmuş ziyan tələbinə dair ilk iddiası qismən təmin edilsin. İlkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qeyri-qanuni hərəkətlərinə son qoyulsun və qanunsuz olaraq sökülmüş hasar ilkin iddia üzrə cavabdehlərin hesabına bərpa edilsin.. İlkin iddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının 50 (əlli manat) manat dəyəri ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 aid edilsin və 50 (əlli) manat ekspertiza xərci ilkin iddia üzrə cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə (keçiriləcək hesab: Büdcə təsnifatı kodu 141319, büdcə cəviyyəsinin kodu 3, SAP( XİİS) hesabı X8, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE********************) ödənilsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar