Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1829/2024 18.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi ilə, İddiaçı1 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “dövlət aktı əsasında verilmiş torpaq sahəsinin sərhədlərinin müəyyən edilərək onların mülkiyyətinə verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 və qeyriləri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-0085 KOD 61021018 saylı dövlət aktı ilə verilən 4.89 ha torpaq sahəsinin sənədləşdirilməklə sərhədlərinin müəyyən edilərək onların mülkiyyətinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, hazırkı tələbə məhkəmə aidiyyəti üzrə bu məhkəmədə baxılmalı olduğundan, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş torpağa mülkiyyət hüququna dair JN-0085 KOD 61021018 saylı dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 20 oktyabr 1997-ci il tarixli 14 saylı qərarına əsasən Bərdə rayonu Çələbilər kəndində yerləşən 4.89 ha torpaq sahəsi İddiaçı1 və ailə üzlərinin mülkiyyətinə verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçılar cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı hazırkı tələbə inzibati icraat qaydasında baxılması üçün müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, İddiaçı1 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “dövlət aktı əsasında verilmiş torpaq sahəsinin sərhədlərinin müəyyən edilərək onların mülkiyyətinə verilməsi” tələbinə ərizəsi və əlavə olunmuş səndələr geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 152-ci maddəsini rəhbər tutaraq , QƏRARA ALDİ : İddiaçı1 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “dövlət aktı əsasında verilmiş torpaq sahəsinin sərhədlərinin müəyyən edilərək onların mülkiyyətinə verilməsi” tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddiaçı1 tərəfindən ödənilmiş dövlət rüsumu 100 (bir yüz) manat geri qaytarılsın. İddiaçılara hazırkı tələbə inzibati icraat qaydasında baxılması üçün müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1829/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1829/2024
18.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver