Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1843/2022 22.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı, həmçinin iddiaçı X36 nümaəndəsi və vəkili Cavabdeh2 və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3, iddiaçı X10, nümayəndəsi və vəkili X28 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərin onun xüsusi mülkiyyəti olan torpaq sahəsindən çıxarılması, gediş-gəliş yolunun açılması, cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması” tələbinə, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavadehlər İddiaçı, Cavadova (Musayeva) Tovuz Əhməd qızına və X21 qarşı “etibarnamənin etibarsız hesab edilməsi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı adına çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə, iddiaçı X36 və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı və X22, üçüncü şəxs X21 qarşı “maddi zərər və mənəvi ziyan” tələbinə və iddiaçı X10 cavabdehlər X21, X55, Bərdə regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “bağışlanması müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü ƏY YƏ N E TD İ: İddiaçı Cavabdeh1 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bərdə rayonu, Nifçi kəndinin ərazisində yerləşən 3,5067 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə hüququnun Cavabdeh1 tərəfindən pozulması hərəkətlərinə son qoyulması, cavabdehin onun xüsusi mülkiyyəti olan həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə Regional ASAN Xidmət mərkəzinin xüsusi notariusunun 3M-426 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli Bölgü müqaviləsinə; Azərbaycan Respublikası ƏMDK- nin yanında DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinin ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı; Bərdə Regional ASAN Xidmət mərkəzinin xüsusi notariusunun 4Ə-479 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli Bağışlama müqaviləsinə əsasən 3,5067 hektar torpaq sahəsi onun mülkiyyətinə keçmişdir. Torpaq sahəsinin tam onun mülkiyyətinə keçməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli; **********36 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli **********36 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bərdə rayonu, Nifçi kəndində yerləşən 3,5067 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət kimi tam onun mülkiyyətinə verilmişdir. Lakin Bərdə rayonu, Nifçi kəndində yaşayan Cavabdeh1, ona verilmiş kənd təsərrüfat təyinatlı torpaq sahəsini 4 ildir, yəni 2018-ci il tarixdən zəbt edib torpaq sahəsində kənd təsərrüfatı təyinatlı bitkilər əkibbecərərək mənfəət götürmüş və ona torpaq sahəsindən istifadə etməyə imkan verməmişdir. Onun isə yeganə dolanışıq mənbəyi həmin torpaq sahəsidir. Çünki o, başqa heç bir digər sahədə işləmir. Cavabdehin istifadə etməsi nəticəsində tam mülkiyyət hüququ ilə ona məxsus olan həmin kənd təsərrüfat təyinatlı torpaq sahəsini əkib-becərə bilmir. Lakin torpağın vergisini hər il özü ödəmiş və dövlət tərəfindən verilən subsidiyanı da özü almışdır. Dəfələrlə ona məxsus kənd təsərrüfat təyinatlı torpaq sahəsindən çıxmasını cavabdehin özündən şifahi xahiş etmişdir. Ancaq Cavabdeh1 torpaq sahəsindən çıxmamışdır. Bununla da Cavabdeh1 onun hüquqlarını pozmuşdur. O, cavabdehi torpaq sahəsindən çıxarda bilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı ərizə təqdim edərək, Cavabdeh1 ilə bərabər həmçinin Cavabdeh3 əlavə olaraq cavabdeh kimi mülki işə cəlb edilməsini ve istifadə hüququnun cavabdehler tərəfindən pozulması hərəkətlərinə son qoyulması, cavabdehlərin onun xüsusi mülkiyyəti olan torpaq sahəsindən çıxarılmaları barədə məhkəmə akti qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə ərizə təqdim edərək, əsl olmayan Cavabdeh1 əsl Cavabdeh2 ilə əvəz edilməsini və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən Bərdə rayonu, Nifçi kəndinin ərazisində yerləşən onun xüsusi mülkiyyəti olan 0,87 hektar və 0,89 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən, həmçinin əlavə artıq torpaq sahəsindən istifadə etməklə və sahələr arası gediş-gəliş yolunu bağlamaqla istifadə hüququnun pozulması hərəkətlərinə son qoyulması, cavabdehlərin onun xüsusi mülkiyyəti olan həmin torpaq sahəsindən çıxarılması, gediş-gəliş yolunun açılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)1843/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı cavabdehin torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə Cavabdeh1 əsl Cavabdeh2 ilə əvəz olunmuş və məhkəmənin həmin tarixli qərardadı ilə Cavabdeh3 əlavə cavabdeh qismində işə cəlb olunmuşdur. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavadehlər İddiaçı, Cavadova (Musayeva) Tovuz Əhməd qızına və X21 qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, Cavadova (Musayeva) Tovuz Əhməd qızının X21 etibar etdiyi xx.xx.2022-ci il tarixli, AR-İİ № 575587 saylı etibarnamənin etibarsız hesab edilməsi, X16 xx.xx.2022-ci il tarixdə Cavadova (Musayeva) Tovuz Əhməd qızının verdiyi etibarnamə əsasında, T.Cavadovaya məxsus olmayan 0.87666666 ha torpaq sahəsinin qardaşı İddiaçı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən alınmış ********** Qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli, ünvan 1i ərazisində 3.5067 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmış Çıxarışın etibarsız hesab edilməsi, cavabdehlərdən müştərək qaydada sənədlərin notarial qaydada təsdiqlənmələri üçün 6 (altı) manat və dövlət rüsümu kimi ödənilmiş 100 (bir yüz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daşınmaz Əmlakın AN-İ №-0077338 saylı Alqı-Satqı müqaviləsindən görünür ki, satıcı X76 (xx.xx.1962-ci il təvəllüdlü) Cavabdeh2 (xx.xx.1975-ci təvəllüdlü) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi idarəsinin 17 avqust 2006-cı il tarixli 615 saylı arayışına əsasən ünvan 1ində yerləşən 5.26. ha torpaq sahəsindən özünə məxsus olan 0.875 ha torpaq sahəsini alıcının mülkiyyətinə verir. Satılan torpaq sahəsi DT və XKnin Bərdə rayon şöbəsinin 26 may 2006-cı il tarixli, JN:0041 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında satıcı X56 məxsusdur. Alqı-Satqı müqaviləsi 18 avqust 2006-cı il tarixdə bağlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən alınmış ********** Qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 1i ərazisində 3.5067 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 4.384 ha X46, 0.876 ha torpaq sahəsi isə Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Elektron Məhkəmə Sistemi, elektron kabinetdən yerləşdirilmiş sənədlərdə görünür ki, Cavadova (Musayeva) Tovuz Əhməd qızı mülkiyyətində olan torpağın ona satılmasını və X35 alınması bilə-bilə xx.xx.2022-ci tarixli AR-İİ №-575587 saylı Etibarnamə əsasında qızı X21 ümumi olaraq səlahiyyətlərini həyat keçirmək məqsədi ilə etibarnamə vermişdir. X37 qanunsuz əməli davam etdirmiş, xx.xx.2022-ci il tarixdə Cavadova (Musayeva) Tovuz Əhməd qızının verdiyi etibarnamə əsasın, T.Cavadovaya məxsus olmayan 0.87666666 ha torpaq sahəsini qardaşı İddiaçı bağışlamışdır. Bundan sonra İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən alınmış ********** Qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarışla ünvan 1i ərazisində kənd təsərrüfat əyinatlı torpaq sahəsini adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Musayeva (Cavadova) Tovuz Əhməd qızı mülkiyyətində olmuş torpağı ona alqısatqı müqaviləsi əsasən satdığı halda bilərəkdən qızı X21 etibarnamə vermiş, X37 isə torpaq sahəsinin onun mülkiyyətində olduğunu bilə-bilə anası Tovuz adından qardaşı İddiaçı bağışlamışdır, qanunsuz (etibarsız) bağışlama müqaviləsi əsasında İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən alınmış ********** Qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarış almışdır. İddiaçı X66 və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı və X22, üçüncü şəxs X21 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X11 razılaşmalarına əsasən ona torpağın alınması ilə bağlı verdiyi 2500 (iki min beş yüz) manat pulun, torpağın münbitləşməsi (üzvü kübrə verilməsi) üçün çəkdikləri 1000 (bir min) manat xərcin, X17, bacısı X16, qardaşı İddiaçı qanunsuz əməlləri nəticəsində 5000 (beş min) manat mənəvi zərərin alınıb onlara verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı X66 və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 iddia ərizəsini onunla əsaslandırmışdır ki, ailə 4 nəfər olmuşdurlar. Dövlət aktına əsasən pay torpaqları çox azdır. Eşitmişlər ki, X38 pula ehtiyacı olduğu üçün, ümumi paylı mülkiyyətdə olan Dövlət aktına əsasən özünə aid 0.87 ha torpaq sahəsini satır. Mərhum ailə başçısı X14 görüşüb, torpağı neçǝyǝ satmasın öyrənmişdir. Səadətlə özünə aid olan 0.87 ha torpaq sahəsini 2500 (iki min beş yüz) manata razılaşmışdırlar. Bundan sonra pulları az olduğu üçün, körpə balalı inəyi də satıb, X22 2500 (iki min beş yüz) manat vermişdirlər. X38 ailə başçısı X77 AR-İ No 684588 saylı xx.xx.2018-ci il tarixli Etibarnamə vermişdir. Həmin Etibarnamədən görünür ki, etibarnamə üzrə X38 tərəfindən verilən səlahiyyətlər: Azərbaycan Respublikasının DTXK-nin Bərdə rayon şöbəsinin verdiyi 26 may 2006-cı il tarixli KOD 61021028, JN 0041 saylı torpağa mülkiyyət hüuquna dair Dövlət aktı əsasında Bərdə rayon Nifçi kəndində yerləşən 5.26 ha torpaq sahəsinin ona məxsus olan hissəsinin özgəninkiləşdirilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti İdarəsində, notariat kontorlarında, "Asan Xidmət" mərkəzində, Banklarda, digər idarə, müəssisə və təşkilatlarda nümayəndəm olmağı, bununla əlaqədar olaraq lazımi sənədləri təqdim etməyi və almağı, həmin daşınmaz əmlakın üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu daşınmaz Əmlak üzrə mənə çatası pulu almağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqadar olaraq adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar edir. Etibarnamə 3 il müddətinə verilib və xx.xx.2021-ci il tarixədək qüvvədədir. Həmin vaxt əllərində pul qalmadığı üçün, aldıqları torpağı özəlləşdirə bilməmişdirlər. Bir il ərzində 1000 (bir min) manatlıq, üzvü kübrə (mal peyini) kamaz maşınları ilə daşıdıb yeri keyfiyyətli hala çevirmişdirlər. 28 oktyabr 2020-ci il tarixdə ermənilərin Bərdə rayon mərkəzini raket atəşinə tutması nəticəsində, ailə başçıları X100 şəhid olmuşdur. Mübahisə edilən torpaq sahəsi hazırda da onların istifadəsindədir. Onlar hesab edirlər ki, torpaq onlarındır. Tam yararlı hala gətirmişdirlər. Səadət tərəfindən verilmiş etibarnamədə aydın olur ki, torpaq onlara satılmışdır. Ailə başçısı X100 şəhid olanda etibarnamənin müddətinin bitməsinə bir il vaxt qalmışdır. X17 onlara satdığı Azərbaycan Respublikasının DTXK-nin Bərdə rayon şöbəsinin verdiyi 26 may 2006-cı il tarixli KOD 61021028, JN 0041 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında Bərdə rayon Nifçi kəndində yerləşən 5.26 ha torpaq sahəsinin ona məxsus olan hissəsinin özəlləşdirilməsi mümkün olmamışdır. X38, bacısı X37, qardaşı İddiaçı bu hərəkətləri ilə onlara maddi zərər vurmaqla bərabər mənəvi zərər vurmuşdur. İddiaçı X29 cavabdehlər X21, X55, Bərdə regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X37 ilə X78 arasında olan xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X29 iddia ərizəsini onunla əsaslandırmışdır ki hazırki iş üzrə cavabdehlərdən X37 onun bacısıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilən ********** qeydiyyat nömrəli "Çıxarış"a əsasən paylı mülkiyyət hüququ üzrə ünvan 1i ərazisində X30 8/24 hissəsi, X21 4/24 hissəsi, X79 4/24 hissəsi, X38 4/24 hissəsi, X29 4/24 hissəsi olmaqla ümumilikdə 5.26 ha torpaq sahəsi verilmişdir. Sözügedən torpaq sahəsinin 4/24 hissə, yəni, 0.87666666 ha hissəsi onun paylı mülkiyyətindədir. X96 2022-ci ilin əvvəllərində ona bildirmişdir ki, valideynlərindən miras qalmış əmlakı adına keçirmək istəyir və bunun üçün onun da notarial razılığı zəruridir. Aralarında həmişə mehriban münasibət olduğundan xx.xx.2022-ci il tarixdə cavabdeh X21 AR-İİ 391197 saylı, 7E-982 reyestr nömrəli "Etibarnamə" vermişdir. Həmin etibarnaməni verərkən o, valideynlərindən miras qalmış əmlakın onun adına keçməsinə razılıq vermişdir. Ancaq hazırda mübahisə etdiyi bağışlama 'müqaviləsinin bağlanmasına əsas olmuş etibarnamədə harada və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakının müqəddaratının həll edilməsini Yasəmən Cavadovaya etibar etmişdir. Hazırki iş üzrə cavabdeh X37 ona verdiyi etibarnamədən sui-istifadə edərək 16 mart 2022-ci il də Bərdə regional "ASAN xidmət" mərkəzində Notariat kontorunda yuxarıda qeyd edilən ona məxsus torpaq sahəsinin 4/24 hissəsini, yəni, 0.87666666 ha hissəsini iş üzrə digər cavabdeh İddiaçı bağışlanmışdır. Həmin torpaq sahəsini digər bir şəxsə icarəyə vermişdir və hazırda sözügedən torpaq sahəsi həmin şəxsin icarəsindədir. Daha sonra iddiaçı X29 iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun əsasında verilmiş İddiaçı adına olan ********** nömrəli Çıxarışın da etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)1843/22 saylı qərardadı ilə iddiaçı X10 cavabdehlər X21, X55, Bərdə regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı bağışlanması müqviləsinin və çıxarışın etibarsız hesab edilməsinə tələbinə dair 2(021)2502/22 saylı mülki iş Bərdə rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qaşı “cavabdehlərin onun xüsusi mülkiyyəti olan torpaq sahəsindən çıxarılması, gediş-gəliş yolunun açılması, cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması” tələbinə, Cavabdeh2 cavadehlər İddiaçı, Cavadova (Musayeva) Tovuz Əhməd qızına və X21 qarşı “ etibarnamənin etibarsız hesab edilməsi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı adına çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə, iddiaçı X36 və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı və X22, üçüncü şəxs X21 qarşı “maddi zərər və mənəvi ziyan” tələbinə dair 2(021)1843/22 saylı mülki işlə bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək, İddiaçı, Cavadova (Musayeva) Tovuz Əhməd qızına, X21 və X22 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında üzürsüz səbəbdən işirak etmədiklərindən işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Həmçinin öz iddia tələbinin təmin olunmasını xahiş etdi və İddiaçı iddia tələbinə münasibətdə isə yazılı şəkildə ərizə verərərk iddiaçının onun mülkiyyətində olan torpaq sahəsindən gediş-gəliş yolunun maneəsiz keçirilməsini qəbul etdiyini və avtomobil və pyada keçidinə etiraz etmədiyini bildirdi. O həmçinin nümayəndəsi və vəkili olduğu X36 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 iddia ərizəsinə uyğun izahat verərərk iddia tələbinin təmin olunmasını xahiş etdi. O, həmçinin İddiaçı iddia tələbinə münasibətdə qanuni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı X29 bildirdi ki, onun 3-cü sinifə qədər orta təhsili var. Bacısı Yasəmən ona sosial məsələlərin həlli ilə əlaqədar yardım düzəltmək adı ilə notariat kontoruna aparmış və onun adına etibarnamə vermişdir. Sonradan bilmişdir ki, bacısı onu aldatmış, həmin etibarnamə əsasında ona məxsus torpaq sahəsini qardaşına bağışlamışdır. Halbu ki, həmin torpaq sahəsini o başqa adama icarəyə vermişdir ki, həmin icarədən pul əldə etsin. O həmçinin bildirdi ki, bacısı X38 ona bildirmişdir ki, Səadət özünə məxsus torpaq sahəsini satıb. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı X10 nümayəndəsi və vəkili X57 iddia ərizəsinə uyğun izahat verərərk iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ilk iddia tələbi qismən, qarşılıqlı iddia tələbi qismən, X36 və Cavabdeh3 iddia tələbi qismən, X10 iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyyəti Başçısının Çələbilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 70 saylı xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı Bərdə rayon Nifçi kəndində yaşayır. İş materiallarına əlavə olunmuş İV-ЖГ-№316468 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X58 xx.xx.1976-cı il tarixdə anadan olmuşdur. X13, anası X67r. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş - №244-05/69 nömrəli xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, X89 xx.xx.1982-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş V-ЖГ № 395270 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X47 xx.xx.1978-ci il tarixdə anadan olmuşdur. X13, anası X67r. İş materiallarına əlavə olunmuş AZ-İ №132399 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X31 ilə X47 arasında xx.xx.2004-cü il tarixdə Bərdə Rayon VVAQ Şöbəsində 756 saylı akt qeydi ilə nikah bağlamişdİrlar. Nikah bağlandıqdan sonra ərə Vəliyev , arvada Vəliyeva soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş İİ-ЖГ-№ 401006 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X68 xx.xx.1973-cü il tarixdə anadan olmuşdur. X13, anası X67r. İş materiallarına əlavə olunmuş Seriya AZE № 17272317 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X79 xx.xx.1962-ci il tarixdə Ağdaş rayon Abad kəndində anadan olmuşdur. Bərdə rayon Nifçi kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş İİİ-ЖГ №327683 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X59 ilə X76 arasında xx.xx.1983-cü il tarixdə 11 saylı akt qeydi ilə nikah bağlamişdırlar. Nikah bağlandıqdan sonra ərə Cavadov, arvada Cavadova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş XVİİİ-ЖГ № 386193 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X29 xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. X13, anası X60r. İş materiallarına əlavə olunmuş Xİİ-ЖГ № 329889 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X37 xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. X13, anası X60r. İş materiallarına əlavə olunmuş JN-0041 KOD 61021028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünr ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 14 saylı qərarına əsasən Bərdə rayon Nifçi kənd sakinləri X48, X32, X23, X16, X24, X10 mülkiyətinə 5.26 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reystr nömrəsi **********57, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan X48 adına verilmiş Çıxarışdan görünür ki, Bərdə rayon Nifçi kəndində yerləşən 5.26 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi X16, X48, X17, X10, X25 və X32 ümumi birgə mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş A № 697860 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Bərdə rayon Nifçi kəndində yerləşən 5.26 ha ha torpaq sahəsinin hüquq subyekti X60r. Plan və Ölçünün tərtib edilməsinə əsas: Bərdə DTXK JN-0041 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, Azərbaycan RespublikasıNİN əDLİYYƏ Nazirliyi Dövlət Notariat Arxivi, məktub xx/xx-6138/14, xx.xx.2021. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X32 vərəsələri bacıları-X38, X29, X37, X49, qardaşı- X68 olduğu və hər birinin miras əmlakdan 1/5 irs pay almalı oluğu müəyyən olunmuşdur. Şəhadətnamə verilən miras əmlak ƏMDKnin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş **********57 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 5.26 ha olan torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququ əsasında X39 məxsus olan hissəsindən ibarət olmuşdur. (Vərəsəlik işinin nömrəsi V-137/2022) İş materiallarına əlavə olunmuş AR-İİ № 575587 nömrəli xx.xx.2022-ci il tarixli Etibarnamədən örünür ki, X8 Yasəmən İsmayıl qızına həmin etibarnamə ilə harada yerləşməsindən ve nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müeyyen etməklə qanunla icazə verilmiş bütün eqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, icarəyə vermək, emlak bölgüsü barədə müqavilə bağlamağı menzil (ev) kiraye müqaviləsi bağlamaq, emlaka İstənilən şəxsi qeydiyyata salmaq və qeydiyyatdan çıxarmaq, emlakın satılmasına, bağışlanmasına, ipotekaya qoyulmasına, dəyişdirilməsinə, kirayə verilməsinə dair adından razılıq ərizəsi yazmaq, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, vərəsəlik işlərini aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, miras bayı bəxşiş etməyi, bununla bağlı adımdan ərizələr verməyi, müqavile bağlamağı, sənədləri imzalamağı, Azərbaycan Respublikasının müvafiq dövlət və qeyri-dövlət orqanlarında, idarə, müessise ve teşkilatlarında, yerli icra hakimiyyəti orqanlarında və nümayəndəliklərində, Qeyyumluq və himayəçilik orqanlarında, Belediyyelerde, İcra hakimiyyətində ve icra nümayəndəliyində, "ASAN xidmət" Mərkəzlərində, "ASAN Kommunal" mərkəzlərində, "DOST" mərkəzlərində, o cümlədən 1 saylı DOST mərkəzində, Azəriqaz, Azərişıq, Azərsu idarələrinde, notariat ofisinde, Daxili İşlər Nazirliyində, DYPİ-de Sehiyye Nazirliyinde, Ədliyye Nazirliyinde, Tehsil Nazirliyində, Universitetlərdə, Qeydiyyat şöbələrində, DSMF ve SMM-də onun yerli orqanlarında məni təmsil etməyi, adımdan ərizələr verməyi, pensiya təyinatı ilə əlaqədar olaraq sənədləşdirmə işlərini aparmağı, pul köçürülməsi əməliyyatını aparmağı, bütün banklarda, o cümlədən Kapital Bank ASC-nin və "Azərbaycan Beynəlxalq Bankı ASC-nin, Azərpoçtun bütün filiallarında, nümayəndəm olmağı, lazım olan zəruri sənədləri teqdim etməyi və almağı, aldığına dair imza etməyi, adımdan ərizələr verməyi, ünvanlı sosial yardımın alınması üçün müraciət ərizəsi almağı (ərizə bəyannaməsi) zəruri sənədlərə imza etməyi, ona çatası plastik ve digər müavinət kartlarını, PİN KOD zərflərini və pulu bankdan almağı, bütün banklarda adına hesab açdırmağı, həmin hesablar üzərində sərəncam verməyi, hesaba mədaxil və məxaric əməliyyatlarını, köçürmə əməliyyatlarını aparmağı, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən ƏMDK-nin yanında DƏDRX-nin bütün ərazi idarələrində məni təmsil etməyi, sənədləşdirmə işlərini aparmağı, Bölge planı və bölgü sxemi hazırlatmağı, mənə məxsus olan bütün sənədləri almağı, aldığına dair imza etmeyi, ərizə verməyi, bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə mənə çatası emlaki, pulu, əmanəti, qiymətli kağızlari, eləcə də senedleri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, telegraf, qiymetli ve diger her cür məktubları və baratları almağı, bütün dövlət İdarələrində, kooperativ və ictimai təşkilatlarda mənim adımdan ərizə vermoyi, İşləri aparmağı, vəkillə müqavilə bağlamağı, adımdan bütün dövlət və qeyri-dövlət orqanlarına sorğular vermeyi, sorğuya cavab almağı, lazım olan sənədləri təqdim etməyi və almağı və bu tapşırıqlarıın yerinə yetirilməsi ilə əlaqədar imza etmək hüququ olmaqla digər harəkətlər etmeyi etibar emişdir. Etibarnamə 5 il müddətinə verilmiş və xx.xx.2027-ci il tarixədək qüvvədədir. İş materiallarına əlavə olunmuş AR-İ № 774502 nömrəli xx.xx.2019-cu il tarixli Etibarnamədən görünür ki, X9 Məzahir Hacı oğluna Həmin etibarnamə ilə “harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mənim bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirasi qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarindan, poçtdan və teleqrafdan bütün əsaslar üzrə mənə çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, notariat kontorlarında, Asan xidmət mərkəzlərində, kooperativ və ictimai təşkilatlarda məni təmsil etməyi, mənim adımdan ərizə verməyi, imza etməyi, işləri aparmağı, o cümlədən "Azercell" "Bakcell" "xxxx" MMC-də (addan ada əməliyyatının aparılması, daşınma əməliyyatının aparılması) təmsil etməyi, əvəzimdən istənilən növ əməliyyatları aparmağı, adımdan ərizə verməyi, sənədləri verməyi, almağı, rüsumları, cərimələri, kommunal xərcləri ödəməyi, işıq, qaz, enerji təchizatı orqanlarında nümayəndəm olmağı, habelə fiziki şəxslər qarşısında mənim adımdan ərizə verməyi, adımdan imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar emişdir. Etibarnamə 3 il müddətinə verilmiş və xx.xx.2022-ci il tarixədək qüvvədədir. İş materiallarına əlavə olunmuş AR-İ № 750738 nömrəli xx.xx.2019-cu il tarixli Etibarnamədən örünür ki, X90 tərəfindən Cavabdeh1 verilən səlahiyyətlər: Hǝrmin etibarnama ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq menim bütün əmlakımı idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün aqdləri, o cümleden: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov goymaq və ipotekam (girovu) qəbul etmək haqqında əqdlari bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirasi qəbul etməyi və yaxud ondan imtina etməyi, vərəsəlik işlərini aparmağı, notariat ofisində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnama almağı, mana düşən miras payını bağışlamağı, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, istanilan bank organlarindan, o cümlədən "xxxx" ASC-nin istənilən filiallarından, Azərpoçt MMCdən,poçtdan va telegrafdan bütün asaslar üzra mana çatası istənilən plastik kart,pin kodu,pin zərfi,əmlakı, pulu, əmanəti, qiymətli kağızları, elaca de sanadlari almağı, kart sifariş verməyi, adıma olan hesablar üzərində sərəncam verməyi,hesablaşma amaliyyatı aparmağı, hesabdan çıxarış etmayi hesabımdan pulları götürməyi və həmin hesablara pulları qoymağı götürdüyünə və qoyduğuna dair imza etmayi, poçt, telegraf, qiymatli va digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində bankda va bankın istənilən filiallarında Qeydiyyat şöbələrində, notariat ofislarinda, Asan xidmət mərkəzlərində, QƏDRX-da kooperativ va ictimai teşkilatlarda məni təmsil etməyi, adımdan sanadları, arayışları təqdim etmayı, mana çatası sanadlari va sanadlarin dublikatini almağı sənədləşmə işlərini aparmağı,arizə yazmağı imzalamağı adıma olan daşınmaz əmlakı özəlləşdirməyi, mana çatası çıxarışı, texniki pasportu, bütün növ sanadlari almağı, aldığına dair imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə alaqadar digər harakatlari etməyi etibar edirəm. Etibarnamə 3 il müddətinə verilmiş və xx.xx.2022-ci il tarixədək qüvvədədir. İş materiallarına əlavə olunmuş AR-İİ № 391197 nömrəli xx.xx.2022-ci il tarixli Etibarnamədən örünür ki, X33 tərəfindən X21 verilen selahiyyetler: hemin etibarname ile harada yerleşmesinden ve neden ibaret olmasından asılı olmayaraq menim bütün emlakımı idare etmeyi və onun üzərində serencam vermeyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün eqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyye qəbul etmek, dəyişmək, icareya vermək, emlak bölgüsü barədə müqavilə bağlamağı, menzil (ev) kirayə müqaviləsi bağlamaq, emlaka istenilen şəxsi qeydiyyata salmaq və qeydiyyatdan çıxarmaq, əmlakın satılmasına, bağışlanmasına, ipotekaya qoyulmasına, dəyişdirilməsinə, kirayə verilməsinə dair adımdan razılıq ərizəsi yazmaq, emlakı ipoteka (girov) qoymaq ve ipotekanı (girovu) qebul etmək haqqinda eqdleri bağlamağı, bu eqdler üzrə haqq-hesab aparmağı, vərəsəlik işlərini aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, miras payı bəxşiş etməyi, bununla bağlı adımdan ərizələr vermeyi, müqavilə bağlamağı, sənədləri imzalamağı, Azərbaycan Respublikasının müvafiq dövlət və qeyri-dövlət orqanlarında, idarə, müəssisə ve təşkilatlarında, yerli icra hakimiyyəti orqanlarında ve nümayəndəliklərində, Qayyumluq və himayəçilik orqanlarında, Bələdiyyələrdə, İcra hakimiyyətində və icra nümayəndəliyində, "ASAN xidmət" Mərkəzlərində, "ASAN Kommunal" mərkəzlərində, "DOST" mərkəzlərində, o cümlədən "1 saylı DOST" mərkəzində Azəriqaz, Azərişıq, Azərsu idarələrində, notariat ofisində, Daxili İşlər Nazirliyində, DYPİ-de Səhiyyə Nazirliyində, Ədliyyə Nazirliyində, Təhsil Nazirliyində, Universitetlərdə, Qeydiyyat şöbələrində, DSMF ve OSMM-də onun yerli orqanlarında məni təmsil etməyi, adımdan ərizələr verməyi, pensiya təyinatı ilə əlaqədar olaraq sənədləşdirmə işlərini aparmağı, pul köçürülməsi əməliyyatını aparmağı, bütün banklarda, o cümlədən Kapital Bank ASC-nin və Azərbaycan Beynəlxalq Bankı" ASC-nin, Azərpoçtun bütün filiallarında, nümayəndəm olmağı, lazım olan zəruri sənədləri təqdim etməyi ve almağı, aldığına dair imza etməyi, adımdan ərizələr verməyi, ünvanlı sosial yardımın alınması üçün müraciət ərizəsi almağı (ərizə bəyannaməsi) zəruri sənədlərə imza etməyi, mənə çatası plastik və digər müavinət kartlarını, PİN KOD zerflərini və pulu bankdan almağı, bütün banklarda adıma hesab açdırmağı, hemin hesablar üzərində sərəncam verməyi, hesaba medaxil və məxaric emeliyyatlarını, köçürmə emeliyyatlarını aparmağı, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən ƏMDK-nin yanında DƏDRX-nin bütün ərazi idarələrində məni təmsil etmeyi, sənədləşdirmə işlərini aparmağı Bölgü planı və bölgü sxemi hazırlatmağı, mənə məxsus olan bütün senedleri almağı, aldığına dair imza etmeyi, erize vermeyi, bank orqanlarından, poçtdan və teleqrafdan bütün esaslar üzre mene çalası emlakı, pulu, emanəti, qiymetli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, telegraf, qiymetli ve diger her cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ va ictimai təşkilatlarda mənim adımdan ərizə vermeyi, işleri aparmağı, vəkille müqavilə bağlamağı, adımdan bütün dövlət və qeyri-dövlət orqanlarına sorğular verməyi, sorğuya cavab almağı, lazım olan senedləri təqdim etməyi ve almağı və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar imza etmək hüququ olmaqla diger hərəkətləri etməyi etibar edirəm. Etibarnamə 5 il müddətinə verilmiş və xx.xx.2027-ci il tarixədək qüvvədədir. İş materiallarına əlavə olunmuş AR-İİ № 391196 nömrəli xx.xx.2022-ci il tarixli Etibarnamədən örünür ki, X40 tərəfindən verilən X1: həmin etibarnama ilə harada yerləşməsindən və nədən ibaret olmasından asılı olmayaraq mənim bütün əmlakımı idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün eqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hediyye qəbul etmək, dəyişmək, icarəyə vermək, emlak bölgüsü barədə müqavile bağlamağı, mənzil (ev) kirayə müqaviləsi bağlamaq, emlaka istenilen şexsi qeydiyyata salmaq və qeydiyyatdan çıxarmaq, emlakın satılmasına, bağışlanmasına, ipotekaya qoyulmasına, dəyişdirilməsinə, kirayə verilməsinə dair adımdan razılıq erizesi yazmaq, emlaki ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında eqdləri bağlamağı, bu eqdler üzrə haqq-hesab aparmağı, vərəsəlik işlərini aparmağı, mirası qəbul etmeyi və yaxud ondan imtina etməyi, miras payı bəxşiş etməyi, bununla bağlı adımdan ərizələr vermeyi, müqavilə bağlamağı, sənədləri imzalamağı, Azərbaycan Respublikasının müvafiq dövlət və qeyri-dövlət orqanlarında, idarə, müəssisə və təşkilatlarında, yerli icra hakimiyyəti orqanlarında və nümayəndəliklərində, Qayyumluq ve himayəçilik orqanlarında, Bələdiyyələrdə, İcra hakimiyyətində və icra nümayəndəliyində, "ASAN xidmət" Mərkəzlərində, "ASAN Kommunal" mərkəzlərində, "DOST" mərkəzlərində, o cümlədən 1 saylı DOST" mərkəzində, Azəriqaz, Azərişıq, Azərsu idarələrində, notariat ofisində, Daxili İşlər Nazirliyində, DYPİ-de Səhiyyə Nazirliyində, Ədliyyə Nazirliyində, Təhsil Nazirliyində, Universitetlərdə, Qeydiyyat şöbələrində, DSMF ve OSMM-də onun yerli orqanlarında məni təmsil etməyi, adımdan ərizələr verməyi, pensiya təyinatı ilə əlaqədar olaraq sənədləşdirmə işlərini aparmağı, pul köçürülməsi əməliyyatını aparmağı, bütün banklarda, o cümlədən Kapital Bank ASC-nin və "xxxx" ASC-nin, Azərpoçtun bütün filiallarında, nümayəndəm olmağı, lazım olan zəruri sənədləri taqdim etməyi ve almağı, aldığına dair imza etməyi, adımdan ərizələr verməyi, ünvanlı sosial yardımın alınması üçün müraciət ərizəsi almağı (ərizə bəyannaməsi) zəruri sənədlərə imza etmeyi, mene çatası plastik və digər müavinət kartlarını, PİN KOD zərflərini və pulu bankdan almağı, bütün banklarda adıma hesab açdırmağı, hemin hesablar üzərində sərəncam vermeyi, hesaba madaxil və məxaric emeliyyatlarını, köçürmə əməliyyatlarını aparmağı, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən ƏMDK-nin yanında DƏDRX-nin bütün ərazi idarələrində məni təmsil etmeyi, sənədləşdirmə işlərini aparmağı, Bölgü planı və bölgü sxemi hazırlatmağı, mənə məxsus olan bütün sənədləri almağı, aldığına dair imza etmeyi, erize vermeyi, bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə mənə çatası emlaki, pulu, emaneti qiymetli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam vermayi, poçt, telegraf, qiymətli və digər hər cür mektubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ ve ictimai təşkilatlarda mənim adımdan ərizə verməyi, işləri aparmağı, vəkillə müqavilə bağlamağı, adımdan bütün dövlət və qeyri-dövlət orqanlarına sorğular vermeyi, sorğuya cavab almağı, lazım olan senedleri taqdim etməyi və almağı ve bu tapşırıqlarıın yerinə yetirilməsi ilə əlaqədar imza etmek hüququ olmaqla diger hərəkətləri etməyi etibar edirəm. Etibarnamə 5 il müddətinə verilmiş və xx.xx.2027-ci il tarixədək qüvvədədir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Miras payın bağışlanması müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X38, X29, X37 və Cavadov Səməd mayıl oğlu Bərdə Regional "ASAN xidmət" Mərkəzində Notariat ofisinin 21 fevral 2022-ci il tarixli, 2V-188 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən 28 may 2018-ci ildə vəfat etmiş X32 vəfatından sonra onlara çatası miras paylarını Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1291.1 maddəsinə müvafiq olaraq X30 bağışlamışdırlar. (Həmin X3 və X38 əvəzinə etibarnamə əsasında X37 imzalamışdır.) İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reystr nömrəsi **********57, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan X25 adına verilmiş Çıxarışdan görünür ki, Bərdə rayon Nifçi kəndində yerləşən 5.26 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi X16 (4/24 hissə), X48 (4/24 hissə), X17 (4/24 hissə), X10 (4/24 hissə), X25 (8/24 hissə) paylı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş A № 720376 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Bərdə rayon Nifçi kəndində yerləşən 5.26 ha torpaq sahəsinin hüquq subyekti X34r.. Plan və Ölçünün tərtib edilməsinə əsas: Bərdə Regional ASAN Xidmət mərkəzinin xüsusi notariusunun 3M-281 nömrəli, xx.xx.2022-ci il tarixli Miras payının bağışlanma müqaviləsi; Azərbaycan Respublikası ƏMDK- nin yanında DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinin ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı; Bərdə Regional ASAN Xidmət mərkəzinin xüsusi notariusunun 2V-188, xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanma Müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası ƏMDK- nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, **********57 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, dövlət dövlət reyestrindən çıxarışa əsasən paylı mükiyyət üzrə onlara məxsus olan Hədiyyə verən -X79 (tam hissə, 0.87666666 ha), X37 (tam hissə, 0.87666666 ha), X38 (tam hissə, 0.87666666 ha), X29 (tam hissə, 0.87666666 ha) Bərdə rayon Nifçi kəndində yerləşən ümumi sahəsi 5.26 ha torpaq sahəsinin onlara məxsus olan hissəni Hədiyyə alan-İddiaçı bağışlamışdırlar. (Həmin müqaviləni X79, X38, X29 əvəzinə etibarnamə əsasında X37 imzalamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Əmlak bölgüsü barədə müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bərdə regional "ASAN xidmət" mərkəzinin notariat ofisinin 16 mart 2022-ci il tarixli, 40-479 reyestrli daşınmaz əmlakın bağışlanması müqaviləsinə və ƏMDK yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş X113 ünvan 1ində yerləşən 5.26 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ əsasında X61 məxsus olan 0.87666666 ha hissəsi, X21 məxsus olan 0.87666666 ha hissəsi, X22 məxsus olan 0.87666666 ha hissəsi və X18 məxsus olan 0.87666666 ha hissəsi İddiaçı mülkiyyətinə verilir. (Həmin müqaviləni X79, X38, X29 əvəzinə etibarnamə əsasında X37 imzalamışdır.) İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********36, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Çıxarışdan görünür ki, Bərdə rayon Nifçi kəndində yerləşən 3.5067 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı tam xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın övlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş A № 760059 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Bərdə rayon Nifçi kəndində yerləşən 3.5067 ha ha torpaq sahəsinin hüquq subyekti İddiaçıdur. Plan və Ölçünün tərtib edilməsinə əsas: Bərdə Regional ASAN Xidmət mərkəzinin xüsusi notariusunun 3M-426 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli Bölgü müqaviləsinə; Azərbaycan Respublikası ƏMDK- nin yanında DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinin **********36 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı; Bərdə Regional ASAN Xidmət mərkəzinin xüsusi notariusunun 4Ə-479 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli Bağışlama müqaviləsi. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X91 xx.xx.1975-ci il tarixdə Bərdə rayon Nifçi kəndində anadan olmuşdur. Bərdə rayon Nifçi kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın AN-İ №-0077338 saylı xx.xx.2006-cı il tarixli Alqı-Satqı müqaviləsindən görünür ki, satıcı X76 alıcı Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi idarəsinin 17 avqust 2006-cı il tarixli. 615 saylı arayışına əsasən ünvan 1ində yerləşən 5.26 ha torpaq sahəsindən özünə məxsus olan 0.876 ha torpaq sahəsini alıcının mülkiyyətinə verir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********42, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan X62 adına verilmiş Çıxarışdan görünür ki, Bərdə rayon Nifçi kəndində yerləşən 5.26 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi X62 (0.876 ha) və X63 (4.384 ha) paylı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş qəbzdən görüün ki. iddiaçı X91 tərəfindən 100 manat dövlət rüsumu və notariat xərcləri ilə bağlı rüsum ödənilmişdir. İş materiallarına əlavə olunmuş Seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X80 xx.xx.1996-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş XX-ЖГ № 290327 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X80 xx.xx.1996-ci il tarixdə anadan olmuşdur. X44, anası X50r. İş materiallarına əlavə olunmuş AZ-İİ № ******* nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X100 xx.xx.2020-ci il tarixdə hərbi partlayış nəticəsində vəfat etmişdir. İş materiallarına əlavə olunmuş № 000003 nömrəli Vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X51 şəhid ailəsi statusu verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli, AR-İ № 684588 nömrəli Etibarnamənin surətindən görünür ki, X5 Fazil Hacı oğluna Azərbaycan Respublikasının DTXK-nin Bərdə rayon şöbəsinin verdiyi 26 may 2006-cı il tarixli KOD 61021028, JN 0041 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında Bərdə rayon Nifçi kəndində yerləşən 5.26 ha torpaq sahəsinin ona məxsus olan hissəsinin özgəninkiləşdirilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti İdarəsində, notariat kontorlarında, "Asan Xidmət" mərkəzində, Banklarda, digər idarə, müəssisə və təşkilatlarda nümayəndəsi olmağı, bununla əlaqədar olaraq lazımi sənədləri təqdim etməyi və almağı, həmin daşınmaz əmlakın üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu daşınmaz Əmlak üzrə mənə çatası pulu almağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqadar olaraq adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 3 il müddətinə verilmiş və xx.xx.2021-ci il tarixədək qüvvədə olmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli Qanun üzrə Vərrəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X69 vərəsələri arvadı-X66, oğlu- Cavabdeh3 və oğlu - X92 müəyyən olunmuşdur. Şəhadətnamə verilən miras əmlak Yevlax RQİ ve TBŞ tərəfindən verilmiş xx.xx.2020-ci il ban nömrəsi AD698031 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTA210740A2933383, mühərrikin nömrəsi ******* və buraxılış ili 2009-cu il olan VAZ 21074 minik markalı, 29BA693 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarət olmuşdur. (Vərəsəlik işinin nömrəsi V-486 (xx.xx.2021)) İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli Miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, X66 və Cavabdeh3 Bərdə regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli, 2V-593 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə Əsasən 28 oktyabr 2020-cı ildə vəfat etmiş X69 vəfatından sonra onlara çatası miras paylarını Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1291.1 maddəsinə müvafiq olaraq X70 bağışlamışdırlar. İş materiallarına əlavə olunmuş Seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X29 xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyyəti Başçısının Çələbilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 90 saylı xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, X6 rayon Nifçi kəndində qeydiyyatdadır və hal-hazırda Şəmkir rayonunda yaşayır. İş materiallarına əlavə olunmuş qəbzdən görüün ki. iddiaçı X29 tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X41 bildirdi ki, onun traktoru var, 23- 23 maşın təxminən yadına gəlir kübrə-peyin yığıb göndəriblər. Fazil ona demişdir ki, həmin torpağı 2500 manata Səaətdən almışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Cavabdeh1 bildirdi ki, Fazil onun qardaşıdır.Səadətə onun yanında 2500 manat pul verilib. 50 manat Fazil əlavə olaraq, 50 manat da Səadət bu işləri təşkil etdiyinə görə Yasəmənə pul vermişlər. Məhkəmə iclasında şahid qismində ifadə verən X101 bildirdi ki, Fazil onun qardaşıdır.Səadətə onun yanında 2500 manat pul verilib. 50 manat Fazil əlavə olaraq, 50 manat da Səadət bu işləri təşkil etdiyinə görə Yasəmənə pul vermişlər. Fazil ona demişdir ki, Səadətə pul verib torpaq alacaq, 1500 manatı var, 1000 manatıda heyvanları satıb verəcək. Sonradan Fazil ona Səadətə 2500 manat pul veridiyini bildirmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 14 saylı qərarına əsasən Bərdə rayon Nifçi kənd sakinləri X48, X32, X23, X16, X24, X10 mülkiyətinə 5.26 ha torpaq sahəsi verilmişdir. Mülkiyyətçilərdən X58 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir və xx.xx.2022-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən onun vərəsələri bacıları-X38, X29, X37, X49, qardaşı- X68 olduğu və hər birinin miras əmlakdan 1/5 irs pay almalı oluğu müəyyən olunmuşdur. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş **********57 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 5.26 ha olan torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququ əsasında X39 məxsus olan hissəsindən ibarət olmuşdur. xx.xx.2022-ci il tarixli Miras payın bağışlanması müqaviləsinə əsasən X38, X29, X37 və Cavadov Səməd mayıl oğlu Bərdə Regional "ASAN xidmət" Mərkəzində Notariat ofisinin 21 fevral 2022-ci il tarixli, 2V-188 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən 28 may 2018-ci ildə vəfat etmiş X32 vəfatından sonra onlara çatası miras paylarını Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1291.1-ci maddəsinə müvafiq olaraq bacıları X30 bağışlamışdırlar. (Həmin X3 və X38 əvəzinə etibarnamə əsasında X37 imzalamışdır.). Daşınmaz Əmlakın AN-İ №-0077338 saylı xx.xx.2006-cı il tarixli Alqı-Satqı müqaviləsinə əsasən X76 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi idarəsinin 17 avqust 2006-cı il tarixli 615 saylı arayışına əsasən ünvan 1ində yerləşən 5.26 ha torpaq sahəsindən özünə məxsus olan 0.876 ha torpaq sahəsini Cavabdeh2 satmışdır. Buna baxmayaraq xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanma Müqaviləsinə əsasən Azərbaycan Respublikası ƏMDK- nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, **********57 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, dövlət dövlət reyestrindən çıxarışa əsasən paylı mükiyyət üzrə X79 (tam hissə, 0.87666666 ha), X37 (tam hissə, 0.87666666 ha), X38 (tam hissə, 0.87666666 ha), X29 (tam hissə, 0.87666666 ha) Bərdə rayon Nifçi kəndində yerləşən ümumi sahəsi 5.26 ha torpaq sahəsinin onlara məxsus olan hissəni -İddiaçı bağışlamışdırlar. (Həmin müqaviləni X79, X38, X29 əvəzinə etibarnamə əsasında X37 imzalamışdır.) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reystr nömrəsi **********36, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Çıxarışa əsasən Bərdə rayon Nifçi kəndində yerləşən 3.5067 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı tam xüsusi mülkiyyətindədir. X2 isə X77 xx.xx.2018-ci il tarixli AR-İ № 684588 nömrəli Etibarnamə verərək Azərbaycan Respublikasının DTXK-nin Bərdə rayon şöbəsinin verdiyi 26 may 2006-cı il tarixli KOD 61021028, JN 0041 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında Bərdə rayon Nifçi kəndində yerləşən 5.26 ha torpaq sahəsinin ona məxsus olan hissəsinin özgəninkiləşdirilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti İdarəsində, notariat kontorlarında, "Asan Xidmət" mərkəzində, Banklarda, digər idarə, müəssisə və təşkilatlarda nümayəndəsi olmağı, bununla əlaqədar olaraq lazımi sənədləri təqdim etməyi və almağı, həmin daşınmaz əmlakın üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu daşınmaz Əmlak üzrə mənə çatası pulu almağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqadar olaraq adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. X100 erməni təcavüzü nəticəsində Bərdə rayonuna atılan raket nəticəsində vəfat etmişdir.Onun vərəsələri X66 və Cavabdeh3 iddia edirlər ki, X38 etibarnaməni ona görə vermiş ki, torpaq sahəsinə dair X20 pul ödəmiş və almışdır. Lakin Fazilin vəfat etməsi səbəbindən müqavilə rəsmiləşdirilə bilməmişdir. X29 isə onun mülkiyyətinə verilmiş torpaq sahəsini başqa şəxsə şifahi razılıq əsasında icarəyə vermiş, lakin bacısı X21 verilmiş olduğu etibarnamə əsasında həmin torpaq sahəsini onların qardaşı iş üzrə iddiaçı X64 bağışlamışdır. Məhkəmə ilki iddia tələbinə münasibətdə isə qeyd edir ki, ilk iddia tələbi İddiaçı Cavabdeh2 və Cavabdeh3 qarşı kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən sahələr arası gediş-gəliş yolunu bağlamaqla istifadə hüququnun pozulması hərəkətlərinə son qoyulması, cavabdehlərin onun xüsusi mülkiyyəti olan həmin torpaq sahəsindən çıxarılması, gedişgəliş yolunun açılması barədə olmuşdur. İlk iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh2 xx.xx.2006-cı il tarixli Alqı-Satqı müqaviləsinə əsasən, X42 Bərdə rayonu, Nifçi kəndində yerləşən torpaq sahəsinn özünə məxsus 0.876 ha hissəsini almışdır. Məhz buna görə də həmin torpaq sahəsində Cavabdeh2 müvafiq kənd təsərrüfatı məhsullarının əkib becərilməsi üçün işlər görür. Cavabdeh2 X42 aldığı və istifadə etdiyi torpaq sahəsi İddiaçı məxsus torpaq sahəsinə gedi gəliş yolunun qarşısında yerləşir. Bunu nəzərə alan Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək iddiaçının torpaq sahəsinə gediş-gəliş yolunun maneəsiz keçməsinə icazə verilməsini qəbul etmiş, avtomobul və piyada keçidinə icazə verilməsini qəbul etmişdir. Məhkəmə həmin ərizəni MPM-nin 52.2-ci maddəsi kimi qəbul edir. Həmin maddəyə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Odur ki, ilk iddia tələbinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən sahələr arası gediş-gəliş yolunu bağlamaqla istifadə hüququnun pozulması hərəkətlərinə son qoyulması və gediş-gəliş yolunun açılması hissəsində iddia tələbi təmin olunmalıdır. İlk iddia tələbinin cavabdehlərin onun xüsusi mülkiyyəti olan həmin torpaq sahəsindən çıxarılması hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Cavabdeh2 xx.xx.2006-cı il tarixli Alqı-Satqı müqaviləsinə əsasən, X42 Bərdə rayonu, Nifçi kəndində yerləşən torpaq sahəsinin özünə məxsus 0.876 ha hissəsini almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********42, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Çıxarışdan görünür ki, Bərdə rayon Nifçi kəndində yerləşən 5.26 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi X62 (0.876 ha) və X63 (4.384 ha) paylı xüsusi mülkiyyətindədir. Nə qədər ki, Cavabdeh2 torpağın mülkiyyətçisidir o, özünə məxsus torpaq sahəsindən çıxarıla bilməz. Belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə sadalanan maddi hüquq normalarını nəzərə alaraq qeyd edir ki, ilk iddia tələbinin torpaq sahəsindən çıxarılma hissəsi Cavabdeh2 münasibətdə təmin oluna bilməz. Məhkəmə həmçinin ilk iddia tələbinin Cavabdeh3 münasibətdə qeyd edir ki, Cavabdeh3 həmin torpaq sahəsindən istifadə etməsinə əsas mərhum X44 ilə torpağın mülkiyyətçilərindən olan X38 arasında baş vermiş razılıq əsasında olmuşdur. X4 həmin torpaq sahəsini öz qardaşı olan iddiaçı X64 bağışlamış, o da müvafiq çıxarış almışdır.Artıq torpağın mülkiyyətçisi X81 olduğundan iddia tələb torpaqdan çıxarılma hissəsində Cavabdeh3 təmin olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh3 maddi zərər və mənəvi ziyan tələbi ilə məhkəməyə müraciət etməsi onun ilki iddia tələbinin torpaqdan çıxarılma hissəsini formal da olsa qəbul etdiyindən həmin iddinı irəli sürmüşdür. İlk idda tələbinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən sahələr arası gediş-gəliş yolunu bağlamaqla istifadə hüququnun pozulması hərəkətlərinə son qoyulması və gedişgəliş yolunun açılması hissəsində iddia tələbi Cavabdeh3 münasibətdə təmin oluna bilməz. Çünki, onun istifadə etdiyi torpaq sahəsi X52 gediş-gəliş yolunda yerləşmir. Məhkəmə Cavabdeh2 cavadehlər İddiaçı, Cavadova (Musayeva) Tovuz Əhməd qızına və X21 qarşı “etibarnamənin etibarsız hesab edilməsi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı adına çıxarışın etibarsız hesab edilməsi və notariat xərcinə görə pul” tələbinə dair qarşılıqlı iddia ərizəsinə münasibətdə aşağıdakıları qeyd edir. Qarşılıqlı iddia tələbinin X48 X21 etibar etdiyi xx.xx.2022-ci il tarixli AR-İİ № 575587 saylı etibarnamənin etibarsız hesab edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin etibarnaməyə əsasən X8 Yasəmən İsmayıl qızına harada yerləşməsindən ve nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün eqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, icarəyə vermək, əmlak bölgüsü barədə müqavilə bağlamağı menzil (ev) kiraye müqaviləsi bağlamaq, əmlaka istənilən şəxsi qeydiyyata salmaq və qeydiyyatdan çıxarmaq, əmlakın satılmasına, bağışlanmasına, ipotekaya qoyulmasına, dəyişdirilməsinə, kirayə verilməsinə dair adından razılıq ərizəsi yazmaq, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, vərəsəlik işlərini aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, miras bayı bəxşiş etməyi, bununla bağlı adımdan ərizələr verməyi, müqavilə bağlamağı, sənədləri imzalamağı, Azərbaycan Respublikasının müvafiq dövlət və qeyri-dövlət orqanlarında, idarə, müəssisə ve təşkilatlarında, yerli icra hakimiyyəti orqanlarında və nümayəndəliklərində, Qeyyumluq və himayəçilik orqanlarında, Belediyyelerde, İcra hakimiyyətində ve icra nümayəndəliyində, "ASAN xidmət" Mərkəzlərində, "ASAN Kommunal" mərkəzlərində, "DOST" mərkəzlərində, o cümlədən 1 saylı DOST mərkəzində, Azəriqaz, Azərişıq, Azərsu idarələrinde, notariat ofisinde, Daxili İşlər Nazirliyində, DYPİ-de Sehiyye Nazirliyinde, Ədliyye Nazirliyinde, Tehsil Nazirliyində, Universitetlərdə, Qeydiyyat şöbələrində, DSMF ve SMM-də onun yerli orqanlarında məni təmsil etməyi, adımdan ərizələr verməyi, pensiya təyinatı ilə əlaqədar olaraq sənədləşdirmə işlərini aparmağı, pul köçürülməsi əməliyyatını aparmağı, bütün banklarda, o cümlədən Kapital Bank ASC-nin və "Azərbaycan Beynəlxalq Bankı ASC-nin, Azərpoçtun bütün filiallarında, nümayəndəm olmağı, lazım olan zəruri sənədləri teqdim etməyi və almağı, aldığına dair imza etməyi, adımdan ərizələr verməyi, ünvanlı sosial yardımın alınması üçün müraciət ərizəsi almağı (ərizə bəyannaməsi) zəruri sənədlərə imza etməyi, ona çatası plastik ve digər müavinət kartlarını, PİN KOD zərflərini və pulu bankdan almağı, bütün banklarda adına hesab açdırmağı, həmin hesablar üzərində sərəncam verməyi, hesaba mədaxil və məxaric əməliyyatlarını, köçürmə əməliyyatlarını aparmağı, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən ƏMDK-nin yanında DƏDRX-nin bütün ərazi idarələrində məni təmsil etməyi, sənədləşdirmə işlərini aparmağı, Bölge planı və bölgü sxemi hazırlatmağı, mənə məxsus olan bütün sənədləri almağı, aldığına dair imza etmeyi, ərizə verməyi, bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə mənə çatası emlaki, pulu, əmanəti, qiymətli kağızlari, eləcə də senedleri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, telegraf, qiymetli ve diger her cür məktubları və baratları almağı, bütün dövlət İdarələrində, kooperativ və ictimai təşkilatlarda mənim adımdan ərizə vermoyi, İşləri aparmağı, vəkillə müqavilə bağlamağı, adımdan bütün dövlət və qeyri-dövlət orqanlarına sorğular vermeyi, sorğuya cavab almağı, lazım olan sənədləri təqdim etməyi və almağı və bu tapşırıqlarıın yerinə yetirilməsi ilə əlaqədar imza etmək hüququ olmaqla digər harəkətlər etməyi etibar etmişdir. Etibarnamə 5 il müddətinə verilmiş və xx.xx.2027-ci il tarixədək qüvvədədir. Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Həmin Məcəllənin 362.2-ci maddəsnə əsasən, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Məhkəmə qeyd edir ki, X48 X21 etibar etdiyi xx.xx.2022-ci il tarixli AR-İİ № 575587 saylı etibarnamənin məzmunundan müəyyən edilir ki, T.Cavabdova məhz mübahisəli torpaq sahəsinə münasibətdə etibarnamə verməmişdir. O bütün əmlakını münasibətdə etmişdir ki, onun digər əmlaklarına münasibətdə etibarnamənin etibarsız hesab edilməsi düzgün olmayan nəticədir. Ona görə də qarşılıqlı iddia tələbinin etibarnamənin etibarsız hesab edilməsi təmin oluna bilməz. Məhkəmə qarşılıqlı iddia tələbinin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı adına çıxarışın etibarsız hesab edilməsi ilə bağlı qeyd edir ki, həmin tələblər birbiri ilə əlaqəli olan təlblərdir. İşdən müəyyən olunur ki, Daşınmaz Əmlakın AN-İ №-0077338 saylı xx.xx.2006-cı il tarixli Alqı-Satqı müqaviləsinə əsasən satıcı X76 alıcı Cavabdeh2 ünvan 1ində yerləşən 5.26 ha torpaq sahəsindən özünə məxsus olan 0.876 ha torpaq sahəsini alıcının mülkiyyətinə vermiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********42, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan X62 adına verilmiş Çıxarışa əsasən, Bərdə rayon Nifçi kəndində yerləşən 5.26 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi X62 (0.876 ha) xüsusi mülkiyyətindədir. Bundan sonra etibarnamə əsasında X37 xx.xx.2022-ci il tarixdə verdiyi etibarnamə əsasında T.Cavadovaya məxsus olmayan 0.87666666 ha torpaq sahəsini qardaşı İddiaçı bağışlamışdır. Məhkəmə qeyd edir ki, X16 bu əməli Cavabdeh2 mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir.Odur ki, xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi qismən -X61 məxsus ünvan 1ində yerləşən 0,87666666 ha torpaq sahəsinə münasibətdə etibarsız hesab edilməlidir. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi qismən - etibarsız hesab hesab edildiyindən İddiaçı məxsus xx.xx.2022-ci il tarixli **********36 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış qismən 3.5067 ha torpaq sahəsinin X61 məxsus olan ünvan 1ində yerləşən 0,87666666 ha torpaq sahəsinin bağışlanıldığı hissədə etibarsız hesab olunmalıdır. Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 152.6-cı maddəinə əsasən, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə xərci ilə bağlı işdən müəyyən olunur ki, iddiaçı Cavabdeh2 6 manat notariat xərci çəkmişdir. Odur ki, iddia tələbi həmin hissədə təmin olunmalıdır.Qarşılıqlı iddia tələbi üzrə hər üç cavabdeh məsul olduğundan 6 manat notariat xərci müştərək qaydada cavabdehlərdən tutulmalıdır. Məhkəmə iddiaçı X36 və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı və X22, üçüncü şəxs X21 qarşı X11 razılaşmalarına əsasən ona torpağın alınması ilə bağlı verdiyi 2500 (iki min beş yüz) manat pulun, torpağın münbitləşməsi (üzvü kübrə verilməsi) üçün çəkdikləri 1000 (bir min) manat xərcin, X17, bacısı X16, qardaşı İddiaçı qanunsuz əməlləri nəticəsində 5000 (beş min) manat mənəvi zərərin alınıb verilməsi tələbinə münasibətdə aşağıdakıları qeyd edir. İşdən müəyyən olunur ki, xx.xx.2018-ci il tarixli AR-İ № 684588 nömrəli Etibarnaməyə əsasən, X5 Fazil Hacı oğluna Azərbaycan Respublikasının DTXK-nin Bərdə rayon şöbəsinin verdiyi 26 may 2006-cı il tarixli KOD 61021028, JN 0041 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında Bərdə rayon Nifçi kəndində yerləşən 5.26 ha torpaq sahəsinin ona məxsus olan hissəsinin özgəninkiləşdirilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti İdarəsində, notariat kontorlarında, "Asan Xidmət" mərkəzində, Banklarda, digər idarə, müəssisə və təşkilatlarda nümayəndəsi olmağı, bununla əlaqədar olaraq lazımi sənədləri təqdim etməyi və almağı, həmin daşınmaz əmlakın üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu daşınmaz Əmlak üzrə mənə çatası pulu almağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqadar olaraq adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. X100 erməni təcavüzü nəticəsində Bərdə rayonuna atılan raket nəticəsində həyatını itirmişdir. İddiaçı X36 X69 həyat yoldaşı, Cavabdeh3 isə oğludur.X19 vərəsələri olmuş və hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuşlar. X66 və Cavabdeh3 cavabdeh X22 mərhum X100 tərəfindən torpağın alınması ilə bağlı 2500 (iki min beş yüz) manat pulun verilməsini iddia edirlər. Onlar iddianın sübutetmə vasitəsi kimi, X17 X77 verilmiş etibarnaməni göstərirlər. Bundan başqa onlar həmin pulun verilməsi ilə bağlı X26, Cavabdeh1 və X82 şahid qismində məhkəməyə təqdim etmişlər. X7 bildirmişdir ki, onun traktoru var, 23-23 maşın təxminən yadına gəlir kübrə-peyin yığıb göndəriblər. Fazil ona demişdir ki, həmin torpağı 2500 manata Səaətdən almışdır. Şahid Cavabdeh1 bildirmişdir ki, Fazil onun qardaşıdır.Səadətə onun yanında 2500 manat pul verilib. 50 manat Fazil əlavə olaraq, 50 manat da Səadət bu işləri təşkil etdiyinə görə Yasəmənə pul vermişlər. X45 bildirmişdir ki, Fazil ona demişdir ki, Səadətə pul verib torpaq alacaq, 1500 manatı var, 1000 manatıda heyvanları satıb verəcək. Sonradan Fazil ona Səadətə 2500 manat pul veridiyini bildirmişdir. Məhkəmə şahid ifadələrinin uyğun olduğunu nəzərə alaraq həmin məsələyə münasibət bildirilməsi üçün iş üzrə iddiaçı olan X27 məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, bacısı Səadət ona demişdir ki, “mən torpağı satmışam, sən neynirsən saxlayıb sat getsin”. Məhkəmə işdə olan etibarnaməni, şahid ifadələrini nəzərə alaraq o qənaətə gəlir ki, 2500 manat tələbinə münasibətdə iddia təmin olunaraq həmin pul X11 alınaraq X51 və Cavabdeh3 verilməlidir. Məhkəmə torpağın münbitləşməsi (üzvü kübrə verilməsi) üçün çəkdikləri 1000 (bir min) manat xərc tələbinə münasibətdə qeyd edir ki, X7 bildirmişdir ki, onun traktoru var, 23-23 maşın təxminən yadına gəlir kübrə-peyin yığıb göndəriblər. Ona görədə iddia tələbi həmin hissədə İddiaçı və X22 münasibətdə təmin olunmalıdır. MM-nin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə 5000 manat mənəvi zərərə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin oluna bilməz. Belə ki, bunun üçün iddiaçı tərəf hər hansı bir sarsıntı keçirilməsi ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişlər. Məhkəmə həmçinin iddiaçı X10 cavabdehlər X21, X55, Bərdə regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı X37 ilə X78 arasında olan xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbiə münasibətdə qeyd edir ki, o məhkəmə iclasında bildirmişdir ki, 3-cü sinifə qədər orta təhsili var. Bacısı Yasəmən ona sosial məsələlərin həlli ilə əlaqədar yardım düzəltmək adı ilə notariat kontoruna aparmış və onun adına etibarnamə vermişdir. Sonradan bilmişdir ki, bacısı onu aldatmış, həmin etibarnamə əsasında ona məxsus torpaq sahəsini qardaşına bağışlamışdır. Halbu ki, həmin torpaq sahəsini o başqa adama icarəyə vermişdir ki, həmin icarədən pul əldə etsin. Bununla bağlı məhkəmə qeyd edir ki, ünvan 1ində yerləşən mübahisəli torpaq sahəsi üzərində bütün hüquqazidd hərəkətlərin aparıcısı Yasəmən olmuşdur. Məhkəmə Zərnigarın məhkəmədə səmimi davranışını, bütün iddia tələblərinə münasibətdə düzgün mövqe nümayiş etdirməsini nəzərə alıb hesab edir ki, onun iddiası əsaslıdır. Belə ki, MM-nin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. MM-nin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Sadalanan hüquq normalarına əsasənxx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi qismən - X18 məxsus ünvan 1ində yerləşən 0,87666666 ha torpaq sahəsinə münasibətdə etibarsız hesab edilməlidir. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi qismən - etibarsız hesab hesab edildiyindən İddiaçı məxsus xx.xx.2022-ci il tarixli **********36 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış qismən 3.5067 ha torpaq sahəsinin X18 məxsus olan ünvan 1ində yerləşən 0,87666666 ha torpaq sahəsinin bağışlanıldığı hissədə etibarsız hesab olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, ilk iddia tələbi qismən təmin olunduğundan ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməli, qarşılıqlı iddia tələbi qismən təmin olunduğundan ödənilmiş 100 manat dövlət rüsumu müştərək qaydada cavadehlər İddiaçı, X43 və X12 alınaraq iddiaçı Cavabdeh2 verilməli, X36 və Cavabdeh3 iddiası qismən təmin olunduğundan (3500 manata münasibətdə) 55 manat dövlət rüsumu cavabdehlər İddiaçı və X11 müştərək qaydada tutularaq X51 və Cavabdeh3 ödənilməli, iddiaçı X10 iddiası təmin olunduğundan ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər İddiaçı və X12 alınaraq iddiaçı X18 verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qaşı “cavabdehlərin onun xüsusi mülkiyyəti olan torpaq sahəsindən çıxarılması, gediş-gəliş yolunun açılması, cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması” tələbinə dair iddiası qismən təmin olunsun. İddiaçı mülkiyyətində olan Bərdə rayonu, Nifçi kənd ərazisində yerləşən torpaq sahəsinə Cavabdeh2 tərəfindən gediş-gəliş yolu açılsın və Cavabdeh2 qanunsuz hərəkətlərinə son qoyulsun. Cavabdeh3 İddiaçı xüsusi mülkiyyəti olan Bərdə rayonu, Nifçi kənd ərazisində yerləşən torpaq sahəsindən çıxarılsın. İddiaçı iddia tələbi qalan hissədə təmin olunmasın. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavadehlər İddiaçı, X61 və X21 qarşı “etibarnamənin etibarsız hesab edilməsi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı adına çıxarışın etibarsız hesab edilməsi və notariat xərci” tələbinə dair qarşılıqlı iddia tələbi qismən təmin olunsun. xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi qismən –X61 məxsus ünvan 1ində yerləşən 0,87666666 ha torpaq sahəsinə münasibətdə və İddiaçı məxsus xx.xx.2022-ci il tarixli **********36 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış qismən 3.5067 ha torpaq sahəsinin X61 məxsus olan ünvan 1ində yerləşən 0,87666666 ha torpaq sahəsinin bağışlanıldığı hissədə etibarsız hesab edilsin. 6 manat notariat xərci və 100 manat dövlət rüsumu müştərək qaydada cavabdehlər İddiaçı, X43 və X12 tutularaq iddiaçı Cavabdeh2 ödənilsin. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia tələbi qalan hissədə təmin olunmasın. İddiaçı X36 və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı və X22, üçüncü şəxs X21 qarşı “maddi zərər və mənəvi ziyan” tələbinə dair iddiası qismən təmin olunsun. Cavabdeh X11 2500 manat alınaraq X51 və Cavabdeh3 verilsin. Cavabdehlər İddiaçı və X11 müştərək qaydada 1000 manat alınaraq X51 və Cavabdeh3 verilsin. İddiaçı X36 və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 iddia tələbi qalan hissədə təmin olunmasın. 55 manat dövlət rüsumu cavabdehlər İddiaçı və X11 müştərək qaydada tutularaq X51 və Cavabdeh3 ödənilsin. İddiaçı X10 cavabdehlər X21, X55, Bərdə regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “bağışlanması müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası qismən təmin olunsun. xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi qismən - X18 məxsus ünvan 1ində yerləşən 0,87666666 ha torpaq sahəsinə münasibətdə və İddiaçı məxsus xx.xx.2022-ci il tarixli **********36 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış qismən 3.5067 ha torpaq sahəsinin X18 məxsus olan ünvan 1ində yerləşən 0,87666666 ha torpaq sahəsinin bağışlanıldığı hissədə etibarsız hesab edilsin. 100 manat dövlət rüsumu cavabdehlər İddiaçı və X12 müştərək qaydada alınaraq iddiaçı X18 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1843/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1843/2022
22.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver