Məhkəmə qərarları › İş №2(021)-1864/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1864/2022

17.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1864/2022 17.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X15 Xidmət 1 saylı Notariat Kontoruna qarşı vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq, mərhum anası X6 JN 0016 KOD 61001004 saylı dövlət aktı ilə mülkiyyətində olmuş və miras qalmış 0.35 ha torpaq sahəsinə vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bərdə şəhərində yaşayır, mərhum anası X** 29 mart 2009-cu ildə vəfat etmişdir. Anası vəfat etdikdən sonra o, vərəsəlik şəhadətnaməsi alınması barədə notariat kontoruna müraciət etməmişdir. İndi isə mərhum anasından miras qalmış əmlakı öz adıma rəsmiləşdirə bilmir. Mərhum anasından 0,35 ha torpaq sahəsi ona miras qalmışdır. Anasından miras qalmış əmlakı o, faktiki olaraq qəbul etmişdir və istifadəsindədir. Lakin həmin torpaq sahəsini öz mülkiyyətinə qeydə aldıra bilmir. O, vərəsəlik şəhadətnaməsinin alınması üçün Bərdə Asan Xidmət Mərkəzinin Notariat ofisinə müraciət etmişdir, lakin ona bildiriblər ki, uzun müddət keçdiyindən vərəsəlik məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. İddiasının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Bərdə “Asan Xidmət” Regional Mərkəzinin Notariat kontoruna məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər.Onların məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərdi ki, İddiaçı qardaşıdır, anası X** 29 mart 2009-cu ildə vəfat etmişdir, oun vəfatından sonra analarından miras qalmış əmlakı qardaşı Fariz qəbul etmişdir və istifadəsindədir. Anası vəfat edən vaxtı onların heç biri, həmçinin qardaşı Fariz vərəsəlik işi açılması üçün müraciət etməyib, indi isə notariusa anasından miras qalmış əmlakı sənədləşdirmək üçün müraciət edib, ölümdan uzun müddət keçdiyindən vərəsəlik açılmasından imtina edilmişdir. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, anası X** 29 mart 2009-cu ildə vəfat etmişdir, oun vəfatından sonra analarından miras qalmış əmlakı qardaşı Fariz qəbul etmişdir və istifadəsindədir. Anası vəfat edən vaxtı onlar heç biri, həmçinin qardaşı Fariz vərəsəlik işi açılması üçün müraciət etməyib, indi isə notariusa anasından miras qalmış əmlakı sənədləşdirmək üçün müraciət edib, ölümdan uzun müddət keçdiyindən vərəsəlik açılmasından imtina edilmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 06 avqust 1980-ci ildə ünvan 1 ünvanında yaşayır. İş materiallarına əlavə olunmuş Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2422 nömrəli, 28 aprel 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X** vəfat edənədək, ünvan 3 ünvanında yaşayıb, vəfat edəndəndən sonra İddiaçı, X7, X3 adlı ailə üzvləri qalmışdır. İş materiallarına əlavə edilmiş AZ-İ 347350 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X** 29 matrt 2009-cu ildə ölmüşdür. İş materiallarında olan JN 0016 KOD 61001004 dövlət aktının surətindən müəyyən olunur ki, X6 mülkiyyətində Bərdə rayon Aqrar İslahat Komissiyasının 24 yanvar 2005-ci il tarixli 01 saylı qərarı ilə 0.35 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan X3 və X7 tərəfindən verilmiş ərizələrindən müəyyən olunur ki, anaları X4 miras qalmış əmlakdan İddiaçı xeyrinə imtins etmişdirlər. İş materiallarında olan X15 Xidmət Mərkəzində Nitariat Ofisi tərəfindən verilmiş 22 iyun 2022-ci il tarixli, 1441/2022 saylı məktubdan müəyyən olunur ki, 29 mart 2009-cu ildə vəfat etmiş X6 barəsindı avtomatlaşdırılmış “Elektron notariat” informasiya sisteminin məlumat axtarışı bazasında axtarış zamanı vərəsəlik işinin açılmasına dair heç bir məlumat aşkar olunmamışdır. İş materiallarında olan X15 Xidmət Mərkəzində Nitariat Ofisi tərəfindən verilmiş 25 aprel 2022-ci il tarixli, 892/2022 nömrəli məktubdan müəyyən olunur ki, İddiaçı vərəsəlik şəhadətnaməsinin verilməsi üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **33.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Göstərilənlərə əsasən də iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. X6 JN 0016 KOD 61001004 saylı dövlət aktı ilə mülkiyyətində olmuş və miras qalmış 0.35 ha torpaq sahəsinə İddiaçı vərəsəlik qaydasında miras əmlakı qəbul etməsi faktı təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar