Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1866/2022 05.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, JN 494, KOD 61018018 sayl Dövlət Aktına əsasən mərhum X5 və mərhum X1 mülkiyyətində olan 23 noyabr 2001-ci tarixli müqavilə əsasında aldığı 1,12 pay torpaq sahəsinə dair alqı-satqının bağlanmış hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon Otuzikilər kənd sakinidir. 23 noyabr 2001-ci il tarixdə müqavilə əsasında torpaq almışdır. Hazırda həmin şəxslar vəfat etmişdir. X10 Oruc oglu və marhumə X4 JN 494, KOD 61018018 saylı dövlət akti ilə mülkiyyətlərində olan 1.12 ha pay torpaq sahələrini 2000 manat civarında pula ona satmış, bu barədə akt tərtib edilmiş və Bələdiyyənin möhürü ilə təsdiqlənmişdir. Hazırda ona torpaq satan şəxslər vəfat etmişdirlər. Həmin vaxt pay torpaq sahəsinin alqı-satqısı notarial qaydada mümkün olmadığı üçün alqı-satqını notariat qaydasında rəsmiləşdirə bilməmişlər. O, torpağı adına rəsmiləşdirmək istəyir. Lakin mülkiyyatçilər vəfat etdiyinden alqı-satqı məhkəmə qaydasında təsdiqlanməlidir. Odur ki, qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək, iddiasının təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, mərhum X8 və mərhum X4 onun valideyinləridir və yeganə övladdır. Həmin müqavilənin bağlanmasına etirazının olmadığını bildirərək bu barədə ərizə təqdim etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin olunmalıdırr. Belə ki, mülki işə əlavə olunmuş AA******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş ölüm haqqında Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X4 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Mülki işə əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında arayışdan görünür ki, X8 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Mülki işə əlavə olunmuş Bərdə rayon Dövlət Arxivi tərəfindən verilmiş arayışdan görünür ki, X5 ailə tərkibi belədir: arvadı-X4 və qızı-Cavabdeh. Mülki işə əlavə olunmuş Otuzikilər kənd İƏD üzə nümayəndəliyi tərəfindən verilmiş arayışından görünür ki, X5 vəfat edəndən sonra qalmış ailə üzvü Cavabdehdır. Mülki işə əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X8 ilə X2 nikahları 1962-ci ildə rəsmiləşdirilmişdir. İş materiallarına əlavə olunmuş DƏDK və R publik hüquqi şəxsi 7 saylı Əİ tərəfindən verilmiş arayışdan görünür ki, JN 494, KOD 61018018 sayl Dövlət Aktına əsasən X6 mülkiyyətində olan 1,12 ha torpaq sahəsinə hazırda özgəninkilləşdirilməmişdir. İş materiallarına əlavə olunmuş JN 494, KOD 61018018 sayl Dövlət Aktına əsasən Bərdə rayon Otuzikilər kəndində yerləşən 1,12 ha torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə X6 və X3 verilmişdir. İş materiallarına əlavə olunmuş 23 noyabr 2001-ci il tarixli alqı-satqı aktından görünür ki, tərəflər arasında sözügedən torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh ərizəsində görünür ki, o 1,12 ha torpaq sahəsinin iddiaçıya satılmasını mübahisələndirmir. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən olundu ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1998-ci il tarixli 15 saylı qərarı ilə JN 494, KOD 61018018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətlərinə verilmiş 1,12 ha torpaq sahəsini razılaşmaya əsasən İddiaçı ilə X8 və X4 arasında alqı-satqı müqaviləsi bağlanmış və bu barədə akt tərtib olunmuşdur. X8 və X4 vəfat etmişlər və onların yegan vərəsəsi olan cavabdeh həmin müqaviləni mübahisələndirmir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu qəbul etdiyi bir çox qərarlarında qeyd etmişdir ki, beynəlxalq hüquqda (İnsan hüquqları haqqında ümumi Bəyannamənin 8-ci maddəsi, Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir (MPM-in 9.1, 9.3 və 88-ci maddələri). Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə maddi hüquq normaları mübahisəli huquq münasibətinin yarandığı vaxt tətbiq edilir. Belə ki, tərəflər arasında həmin torpaq sahəsinə dair münasibətlər 23 noyabr 2001-ci il tarixdə baş vermişdir. Ona görə də həmin tarixdə olan Mülki Məcəllənin normaları tətbiq olunmalıdır. Belə ki, 24 iyun 2005-ci il 949-İİQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə Məcəllədən 335-ci maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi: 335.1. Əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır. 335.2. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan huququdur. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin olunsun. İddiaçı ilə JN 494, KOD 61018018 saylı Dövlət Aktına əsasən mərhum X8 və mərhum X4 arasında olan Bərdə rayonu Otuzikilər kəndində yerləşən 1,12 ha torpaq sahəsinə dair alqısatqı müqaviləsi 23 noyabr 2001-ci il tarixindən bağlanmış hesab olunsun. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1866/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1866/2022
05.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver