Məhkəmə qərarları › İş №2(021)-1960/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1960/2021

24.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1960/2021 24.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı Elburus oğlunun, Cavabdehlər Məmmədov Elburus Qurban oğlunun və Məmmədova Natavan Hidayət qızının iştirakları ilə, İddiaçı Elburus oğlunun cavabdehlər X25 oğluna və Məmmədova Natavan Hidayət qızına qarşı “mülkiyyətdən və digər əmlaklardan pay” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı Elburus oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Məmmədova Natavan Hidayət qızından və X6 Bərdə rayonu, M.Ə.Rəsulzadə küçəsi ev 5, mənzil 6 həyətyanı torpaq sahəsi və mülkiyyətdən və digər əmlaklarından məcburi pay alınaraq onaa verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Elburus oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, o və ailəsi hal-hazırda Bərdə rayon M.Ə.Rəsulzadə küçəsi ev 5, mənzil 6-da qeydiyyatdadır. Bildirmək isyətir ki, halhazırda daşınmaz əmlakın ******* saylı çıxarışa əsasən mülkiyyətlərində olan 0.06 ha həytyanı torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi və yardımçı sahəsi olmaqla 171.2 kv ümumi sahədən ibarətdir. Həmin bu mülk ata və anası mənsubdur. Bildirir ki, hətta Məmmədova Natavan Hidayət qızı və Məmmədov Elburus Qurban oğlu Bərdə Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək mülkiyyətindən və digər əmlaklarına dair məcburi pay almaq hüququndan məhrum edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər, lakin Bərdə Rayon Məhkəməsində işə baxılmış, məcburi pay hüququndan məhrum etmə tələbinə dair iddia təmin edilməmişdir. Onu da qeyd edir ki, adıçəkilən ünvanda həyat yoldaşı, övladları da qeydiyyatdadır. Həmin mlükin sənədləri hal-hazırda "xxxx" ASCdən kredit götürdükləri üçün sənədlər bankdadır. Onu da qeyd edir ki, həmin mülkiyyət onun anası Məmmədova Natavan Hidayət qızının xüsusi mülkiyyəti olmaqla 18 may 2011-ci il tarixdə ********** qeydiyyat nişanı ilə qeydiyyata alınmışdır və X9 mənsubdur. Bərdə rayon M.Ə.Rəsulzadə küçəsi ev 5.6 ünvanında 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 171.2 kv olaan fərdi yaşayış evində onunda payı olduğunu hesab edir və burdan, ümumilikdə cavabdehlərə mənsub olan mülkiyyət və mülkiyyətlərdən onun payınında verilməsi məqsədə uyğun olduğunu hesab edir. Çünki həmin bu mülkiyyət onun ata və anasına mənsubdur və həmin mülkiyyətdən hətta onlara mənsub olan mülkiyyətdən ona pay verilməsi zəruri olduğunu hesab edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Məmmədov Elburus Qurban oğlu və Məmmədova Natavan Hidayət qızı iddianı qəbul etməyərək, rədd edilməsini xahiş etdilər. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Elburus oğlu 19 avqust 1978-ci ildə Gəncə şəhərində doğulmuşdur, Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsi döngə 6, ev 5-də qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AZE 16902437 saylı Azərbaycan Respublikası vətəmdaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X20 16 iyul 1981-ci ildə Bərdə şəhərində doğulmuşdur, Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsi döngə 6, ev 5-də qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AZE 10913151 saylı Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəqisəsinin surətindən müəyyən olunur ki, Elburuszadə Qurban Emin oğlu 23 yanvar 2009-cu ildə doğulmuşdur Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsi döngə 6, ev 5-də qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AZE 10913152 saylı Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəqisəsinin surətindən müəyyən olunur ki, Məmmədov Yusif Emin oğlu 24 dekabr 2010-cu ildə doğulmuşdur Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsi döngə 6, ev 5-də qeydiyyatdadır. Mülki işə əlavə edilmiş, Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2944 saylı, 01 may 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Elburus oğlu Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsi 6/5 saylı evdə ailə üzvləri ilə birlikdə yaşayır. Mülki işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət reystir Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 26 fevral 2021-ci il tarixli, **********00 nömrəli məktubun surətindən müəyyən olunur ki, Məmmədov Emin Elburus oğlunun ərizəsi əsasında sözügedən yaşayış evinin özgəninkiləşdirilməsinin dayandırılması (qadağa qoyulması) qanunvericiliyin tələblərinə uyğun deyildir. Mülki işə əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 2(021)-1114/2021 saylı, 09 aprel 2021-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı Məmmədova Natavan Hidayət qızı və Məmmədov Elburus Qurban oğlunun cavabdeh İddiaçı Elburus oğluna qarşı “məcburi pay hüququndan məhrumetmə “ tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Mülki işə əlavə olunmuş AA2111555 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Məmmədova Natavan Hidayət qızı xx xxxxxx 1949-cu ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş ******* nömrəli, 21 may 2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən müəyyən olunur ki, Məmmədova Natavan Hidayət qızı Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsi 6/5 saylı ünvandan qeydiyyatdadır. Mülki işə əlavə olunmuş 01 aprel 2021-ci il tarixli vəsiyyətnamənin surətindən müəyyən olunur ki, Məmmədova Natavan Hidayət qızı ünvan 3 ünvanda yerləşən 0,06 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini X15 vəsiyyət etmişdir. Mülki işə əlavə olunmuş MA ******* nömrəli reystirdən çıxarışın surətindən müəyyən olunur ki, Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsi 6/5 saylı ünvanda yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 3 otaqlı yaşayış evi X21 qızının mülkiyyətindədir. Mülki işə əlavə olunmuş AZ-İİ 423917 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 ilə X11 arasında olan nikah 25 aprel 1975-ci ildə 94 sayla qeyd edilmişdir. Mülki işə əlavə olunmuş YF/S-03 nömrəli 17 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinin surətindən müəyyən olunur ki, X27 oğlu "xxxx" ASC-dən kredit götürmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: - 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). - 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. - 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. - 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. - 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Göründüyü kimi hazırki vəziyyətdə mübahisəli ev iddiaçının anasına məxsusdur və mülkiyyətçi hələ sağdır. Belə olan halda nəinki məcburi pay institutu, eləcə də ümumiyyətlə vərəsəlik institutu mövcud deyil. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə ümumiyyətlə mübahisə predmeti mövcud olmadığından verilmiş iddia ərizəsi əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddiaçı Elburus oğlunun cavabdehlər X25 oğluna və Məmmədova Natavan Hidayət qızına qarşı “mülkiyyətdən və digər əmlaklardan pay” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar