Məhkəmə qərarları › İş №2(021)-1973/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1973/2025

27.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1973/2025 27.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X26 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Qarayev Vüsal Yusif oğlunun katibliyi, iddiaçı, eyni zamanda digər İddiaçı2 nümayəndəsi İddiaçı1, Cavabdeh, üçüncü şəxslər X2, X3 nümayəndəsi X10 iştirakı ilə, İddiaçılar Cəfərov Habı̇ l Nərı̇ man oğlunun və İddiaçı2 Nərı̇ man oğlunun cavabdeh Cəfərov Hafı̇ z Nərı̇ man oğluna qarşı "Miras əmlakdan payların müəyyən edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumi birgə mülkiyyətlərində olan Bərdə rayonu Alpoud kəndində yerləşən 1,88 ha pay torpaq sahəsindən miras əmlakdan vərəsələrin paylarının müəyyən edilərək paylarının naturada ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələblərini onunla əsaslandırmışlar ki, onlara- X7 (ölmüşdür), X14 (ölmüşdür), İddiaçı1, İddiaçı2, Cavabdeh Bərdə Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 saylı Qərarına əsasən Bərdə rayonu Apoud kəndində 1,88 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 222 saylı KOD 61001018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı da alınmışdır. Qeyd edilən Dövlət Aktında payçılardan ataları Cəfərov Nəriman Qurban oğlu xx.xx.1999-cu ildə və anaları X17 xx.xx.2012-ci ildə öldüyündən, onların miras əmlakından yalnız payçılardan cavabdeh Cavabdeh payı müəyyən edilsə də, onların miras əmlakdan payları müəyyən edilmədiyindən və naturada ayrılmadığından, hal-hazırda ümumi mülkiyyətlərində olan torpaq sahələri Cavabdeh istifadəsində olduğundan torpaqları üzərində sərəncam hüquqlarını həyata keçirə bilmirlər. Bu isə ailələrinin maddi durumuna öz təsirini göstərmişdir. Odur ki, ümumi birgə mülkiyyətlərində olan və Bərdə rayonu Alpoud kəndində yerləşən 1,88 ha pay torpaq sahəsindən, miras əmlakdan vərəsələrin paylarının müəyyən edilərək paylarının naturada ayrılmasına dair məhkəmə qətnaməsinin çıxarılmasını xahiş edirlər. İddiaçılar Habı̇ l Cəfərov və İddiaçı2 məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə verərək ümumi birgə mülkiyyətlərində olan və Bərdə rayonu Alpoud kəndində yerləşən 1,88 ha pay torpaq sahəsindən, miras əmlakdan vərəsələrin paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi kimi başa düşülməsini xahiş etmişlər. X11, X12 və X15 məhkəmə tərəfindən iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işdə iştirak etməyə cəlb edilmişlər. Məhkəmə iclasında iddiaçı, eyni zamanda digər İddiaçı2 nümayəndəsi İddiaçı1 iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək göstərdi ki, iddiaçılar onun qardaşlarıdır. İddiaçılar ilə atalarından miras qalan evdə birlikdə öz ailələri ilə yaşayırlar. Həyətyanı sahələri 0.52 ha torpaq sahəsindən ibarətdir ki, bununla bağlı razılığa gəlmişlər və həmin 0.52 ha torpaq sahəsinin 0.26 ha sahəsini qardaşları ona vermişlər ki, ata evindən çıxıb həmin 0.26 ha torpaq sahəsində özünə ev tiksin. Eyni zamanda onların ümumi birgə paylı mülkiyyətlərində olan 1.88 ha torpaq sahəsində payları naturada ayrılmalıdır ki, onlar ayrı-ayrılıqda həmin torpaq sahəsinə mülkiyyət hüququ əldə etsinlər. Bərdə Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(021)-554/2020 saylı qətnaməsi ilə, Bərdə Rayon AİK-nın xx.xx.1998-ci il tarixli 09 saylı qərarına əsasən Torpağın mülkiyyətə verilməsinə dair LN 222, KOD 61001018 nömrəli şəhadətnamə üzrə mərhum X4 miras qalmış 0,376 ha torpaq sahəsinin ½ hissədə və mərhum X8 miras qalmış 0,376 ha torpaq sahəsinin ½ hissədə onun, yəni Cavabdeh payının müəyyən olunması və müəyyən olunan hissədə vərəsəlik hüququnun tanınması qət edilmişdir. Qardaşları İddiaçı2 1.88 ha torpaq sahəsindən ona çatacaq miras paydan onun xeyrinə imtina etmişdir. Bununla bağlı onlar Bərdə regional “ASAN xidmət” mərkəzinin notariat kontoruna da müraciət etmişlər. Orada onlara izah olunmuşdur ki, ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsində payları naturada ayrıldıqdan sonra sənədləşmə işlərini apara bilərlər. Odur ki, iddianın təmin olunmasına etirazı yoxdur. Məhkəmə iclasında üçüncü şəxs X11 iddianı qəbul edərək göstərdi ki, valideynlərindən qalmış miras əmlakdan payına düşən hissəsini tələb edir. İddianın təmin olunmasına etirazı yoxdur. Məhkəmə iclasında üçüncü şəxs X3 nümayəndəsi X18 göstərdi ki, Yeganə Cəfərova anasıdır. Anası valideynlərindən qalmış miras əmlakdan öz payını tələb edir və iddianın təmin olunmasına etirazı yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs X15 iddianı qəbul edərək göstərmişdir ki, iddiaçıların və cavabdehin qardaşı Firdovsi Cəfərovun oğlu və hüquqi varisidir. Miras əmlakdan mərhum atasının payına düşən hissəsini qəbul edir və payların müəyyən edilməsini istəyir. İddianın təmin olunmasına etirazı yoxdur. Üçüncü şəxs X15 məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı Bakı şəhərində olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasında verdiyi izahatını təsdiq etdiyini və onun payına düşən vərəsəliyi qəbul etdiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx xxxxxx 1976-cı ildə Bərdə rayonu Alpoud kəndində anadan olmuşdur və Bərdə rayonu Alpoud kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx xxxx 1967-ci ildə Bərdə rayonu Alpoud kəndində anadan olmuşdur və Bərdə rayonu Alpoud kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 1971-ci ildə Bərdə rayonu Alpoud kəndində anadan olmuşdur və Bərdə rayonu Alpoud kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X11 13 sentyabr 1969-cu ildə Bərdə rayonu Alpoud kəndində anadan olmuşdur və Bərdə rayonu Alpoud kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, X12 28 avqust 1965-ci ildə Bərdə rayonu Alpoud kəndində anadan olmuşdur, Bərdə rayonu Alpoud kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, X15 02 noyabr 1990-cı ildə Bərdə rayonu Alpoud kəndində anadan olmuşdur, Bərdə rayonu Alpoud kəndində qeydiyyatdadır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********44 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Çıxarışdan görünür ki, Bərdə rayonu Alpoud kəndində yerləşən 1,88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında 2/10 hissədə İddiaçı2, 2/10 hissədə İddiaçı1, 1/10 hissədə X5, 1/10 hissədə X13 və 4/10 hissədə Cavabdeh adına qeydiyyata alınmışdır. Bərdə rayonu Alpoud kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 22 oktyabr 2018-ci il tarixli AZ-İ 971739 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X16 17 fevral 1999-cu ildə ölmüşdür. Bərdə rayonu Alpoud kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 07 yanvar 2013-cü il tarixli AZ-İ 581050 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X17 27 dekabr 2012-ci ildə ölmüşdür. Bərdə rayonu Alpoud kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 03 sentyabr 2018ci il tarixli AZ-İ 971826 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X9 05 avqust 2018-ci ildə ölmüşdür. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Alpoud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 mart 2025-ci il tarixli 158 nömrəli arayışdan görünür ki, İddiaçı1 hazırda Bərdə rayonu Alpoud kəndində yaşadığı fərdi yaşayış evində X16 (vəfat edib), X17 (vəfat edib), X9 (vəfat edib), xx.xx.1965-ci il təvəllüdlü X12, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı2, xx.xx.1969-cu il təvəllüdlü X11 və xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh yaşamışlar. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Alpoud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 mart 2025-ci il tarixli 159 nömrəli arayışdan görünür ki, İddiaçı2 Bərdə rayonu Alpoud kəndində qeydiyyatdadır, hazırda ərazidə yaşamır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Alpoud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 mart 2025-ci il tarixli 158 nömrəli arayışdan görünür ki, İddiaçı1 Bərdə rayonu Alpoud kəndində yaşayır. Bərdə Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(021)-554/2020 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Bərdə Rayon AİK-nın xx.xx.1998-ci il tarixli 09 saylı qərarına əsasən torpağın mülkiyyətə verilməsinə dair LN 222, KOD 61001018 nömrəli şəhadətnamə üzrə mərhum X4 miras qalmış 0,376 ha torpaq sahəsinin ½ hissədə və mərhum X8 miras qalmış 0,376 ha torpaq sahəsinin ½ hissədə Cavabdeh payının müəyyən olunması və müəyyən olunan hissədə vərəsəlik hüququnun tanınması qət edilmişdir. 18 mart 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı1 məhkəmədə iddia qaldırılması üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki mübahisənin gerçək hallarından görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********44 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Bərdə rayonu Alpoud kəndində yerləşən 1,88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında 2/10 hissədə İddiaçı2, 2/10 hissədə İddiaçı1, 1/10 hissədə X5, 1/10 hissədə X13 və 4/10 hissədə Cavabdeh adına qeydiyyata alınmışdır. Mülkiyyətçilərdən X16 xx.xx.1999-cu ildə, X17 xx.xx.2012-ci ildə və X9 xx.xx.2018-ci ildə ölmüşdür. X5 və X13 ölümündən sonra vərəsələri oğlu-X9, qızı-X12, oğlu-İddiaçı2, qızı-X11, oğlu-İddiaçı1 və oğlu-Cavabdeh qalmışlar. Qeyd olunan vərəsələrdən X9 xx.xx.2018-ci ildə ölmüş və sonuncunun hüquqi varisi qismində oğlu X15 tanınmışdır. Bərdə Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(021)-554/2020 saylı qətnaməsinə əsasən vərəsələrdən Cavabdeh 1,88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində payı müəyyən olunmuş və vərəsəlik hüququ tanınmışdır. Lakin digər vərəsələrin sözügedən miras əmlakdan payları müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə görə, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə görə, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1274-cü maddəsinə görə, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyətdir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunub-olunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının etibarsızlığı, mirasın qəbulu faktının olub-olmaması kimi bir sıra mübahisələr birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə aid mübahisələrdir. Mülki Məcəllənin 1297-1299-cu maddələrinə uyğun olaraq, miras payının bərabərləşdirilməsi üçün xüsusi töhfənin nəzərə alınması, miras qoyanın sağlığında bağışlamalar yolu ilə məcburi pay sahibi olan vərəsələrin məcburi paylarının pozulmasına səbəb olması hallarında, kimlərin kimlərə qarşı hansı nisbətdə mülki məsuliyyət daşıması və s. bu kimi hallarla bağlı hüquqi mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir. Odur ki, Mülki Məcəllənin 1291-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar. Vərəsəliklə bağlı sonuncu qərarlardan olan “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il tarixli qərarının nəticə hissəsinə əsasən vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir. Belə olan halda, məhkəmə hesab edir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********44 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu Alpoud kəndində yerləşən və İddiaçı2, İddiaçı1, mərhum X5, mərhum X13 və Cavabdeh paylı mülkiyyətində olan 1,88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən, mərhum X5 və mərhum X13 payına düşən hissədə İddiaçı1, İddiaçı2, X2, X3 və mərhum X1 hüquqi varisi X6 payları 1/5 hissə olmaqla müəyyən edilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, iddiaçılar öz tələblərini mötəbər sübutlarla sübut edə bilmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçılar məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişlər. Odur ki, iddia təmin edildiyindən ödənilmiş 100 (bir yüz) mаnаt məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233, 305-307 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçılar Cəfərov Habı̇ l Nərı̇ man oğlunun və İddiaçı2 Nərı̇ man oğlunun cavabdeh Cəfərov Hafı̇ z Nərı̇ man oğluna qarşı "Miras əmlakdan payların müəyyən edilməsi" tələbinə dair iddiası təmin edilisin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********44 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu Alpoud kəndində yerləşən və İddiaçı2, İddiaçı1, mərhum X5, mərhum X13 və Cavabdeh paylı mülkiyyətində olan 1,88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən, mərhum X5 və mərhum X13 payına düşən hissədə İddiaçı1, İddiaçı2, X2, X3 və mərhum X1 hüquqi varisi X6 payları 1/5 hissə olmaqla müəyyən edilsin. Cavabdeh 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçılar Cəfərov Habı̇ l Nərı̇ man oğluna və İddiaçı2 Nərı̇ man oğluna verilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar