Məhkəmə qərarları › İş №2(021)-207/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-207/2025

03.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-207/2025 03.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, Cavabdeh Aslanlı (Məmmədova) Fəridə Faiq qızının iştirakı ilə, İddiaçı cavabdeh Aslanlı (Məmmədova) Fəridə Faiq qızına qarşı “Uşağın himayədə saxlanması tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X1 onun himayəsində saxlanmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o cavabdeh Aslanlı ( Məmmədova) Fəridə Faiq qızı ilə xx.xx.2013-ü il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Həmin nikahdan 3 övladları dünyaya gəlmişdir. xx.xx.2013-cü il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X10 anadan olmuşdur. Əvvəllər mehriban yaşasalar da sonradan ailə münasibətləri pozulmuş və nəticədə Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-470/2023 saylı qətnaməsi ilə nikahları pozulmuş və övladları cavabdehin himayəsində saxlanılmışdır. Lakin övladları ona sıx bağlı olduğundan ona analarının himayəsində yaşamaq istəmədiklərini bildirmişlər. Ona görə də məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X1 onun himayəsində saxlanmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin İddiaçı məhkəmə iclasında heç bir üzrlü səbəb olmadan iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.4-cü maddəsinə əsasən, iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasında cavabdeh Aslanlı (Məmmədova) Fəridə Faiq qızı məhkəmədən iddianın rədd edilməsini və mülki iş üzrə yekun məhkəmə aktının çıxarılmasını xahiş etdi. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdə anadan olmuşdur. xx.xx.2023-cü il tarixli 2(021)-4702/2023 saylı Bərdə rayon Məhkəməsinin qətnaməsindən görünür ki, ərizənin təmin edilməsi İkinci tərəf İddiaçı, birinci tərəf Cavabdeh ilə aralarında xx.xx.2013-cü il tarixdə Bərdə rayonu Şirvanlı kənd İƏD üzrə icra nümayəndəliyinin akt qeydləri kitabında 69 nömrə ilə qeyd edilmiş nikahın pozulmasına razı olması, birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X10 adlı övladlarının birinci tərəfin himayəsində saxlanmasına razı olması barədə Cavabdeh və İddiaçı arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X9 xx.xx.2015-ci il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası isə X2r. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X8 xx.xx.2013-cü il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası isə X2r. xx.xx.2024-cü il tarixli 567 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Şirvanlı kəndində yaşayır. Ailə üzvləri: atası- X11, anası-X6, qızı-X8 və qızı-X4r. xx.xx.2024-cü il tarixli 2(021)-2525/2024 saylı Bərdə rayon Məhkəməsinin qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “uşağın himayədə saxlanması” tələbi barədə mülki iş üzrə Bərdə rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası üçüncü şəxs kimi işə cəlb edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli 3/824 saylı Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakimiyyəti başçısının aparatı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Qəyyumluq və Himayəçilik Komissiyası Fatimə Aslanlı və Yağmur Aslanlının anaları Cavabdeh (Məmmədovanın) himayəsində qalıb yaşamalarını məqsədəmüvafiq və qanunamüvafiq hesab edilmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, hüquq şöbsinin müdir əvəzi N.Q.Səfərov, Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçi (mühəndis) E.H. Qurbanov, YYÇİHMK-nın məhsul katibi Ə.A.İsayev tərtib elədiyi aktdan görünür ki, Cavabdeh (Məmmədova) yaşadığı 8 saylı mənzil onun məxsusdur, beş mərtəbəli binanın dördüncü mərtəbəsində yerləşir, həmin mənzil üç otaqlıdır. Təmirlidir, normal komunal şərait vardır, həmin mənzildə Cavabdeh ( Məmmədova) övladları, Fatimə Aslanlı, Yağmur Aslanlı və Elşən Aslanlı yaşayırlar. xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə həyat şəraitinin müayinəsi barədə aktdan görünür ki, İddiaçı yaşadığı ev onun atası X7 məxsus xüsusi fərdi yaşayış evidir, kürsülü bir mərtəbəlidir, kubik daşla hörülüb tikilmişdir, dam örtüyü şifonerdir, beşotaqlıdır, təmirlidir, normal kommunal şəraiti vardır, həyətyanı torpaq sahəsi 20 sotdur, həmin evdə İddiaçı, atası Elşən Aslanov, anası Elmira Aslanova, qardaşı Əmir Aslanov və onun iki nəfərdən ibarət ailəsi yaşayır. Yetkinlik yaşına çatmayan X8, X9 və X5 həmin evdə yaşayıb tərbiyə olunmaları və təhsil almaları üçün normal şərait vardır. Birləşmiş Millətlər Təşkilatının 20 noyabr 1959-cu il tarixli Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipində deyilir ki, “azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır”. Həmin Bəyannamənin 4-cü prinsipində göstərilir : -Uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır; bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonrakı müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 19-cu maddəsinə görə, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1.-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 cavabdehin himayəsində verilməsi Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-4702/2023 saylı qətnaməsi ilə müəyyən olunmuş, dəyişən və yeni yaranmış hal olaraq iddiaçının uşaqların onun himayəsində qalma istəyindən irəli gələrək məhkəməyə iddia təqdim olunmuşdur. Məhkəmə Bərdə rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasının xx.xx.2024-cü il tarixli rəyi ilə razılaşaraq qeyd edir ki, uşaqların yaşı və hal-hazırda ananın himayəsində saxlandığını əsas tutaraq göstərilən halı qanunauyğun və məqsədəmüvafiq hesab edir. Bu baxımdan iddianın təmin edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz tələblərini mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İddia təmin edilmədiyindən İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi:

1. İddia təmin edilməsin.

2. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin.

3. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar