Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-210/2022 17.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılıb ona tanıdılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü ƏY YƏ N E TD İ: İddiaçı Köçərli (Nəsibova) Günay Nüsrət qızı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bərdə rayonu, Məmmədli kəndində yerləşən 5.55 ha torpaq sahəsinin 1\6 hissədə naturada ayrılıb tanıdılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Köçərli (Nəsibova) Günay Nüsrət qızı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Seriya RX olan ******* nömrəli Çıxarışına əsasən onların-X1, Cavabdeh1,Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5nın Bərdə rayon Məmmədli kəndində paylı ümumi mülkiyyətlərində 5,55 ha torpaq sahǝləri vardır. O, ailə həyatı qurandan sonra valideynlərindən ayrılmışdır. Hal-hazırda Bərdə rayon Nazırlı kəndində (qonşu kənddə) yaşayır. Onun pay torpaq sahǝsi valideynlərinin, qardaş və bacılarının istifadəsində qalmışdır. Dəfələrlə pay torpaq sahəsinin ayrılmasını tələb edib, onun sahibliyinə və istifadəsinə qaytarılmasını xahiş etsə də bir nəticəsi olmamışdır. Bu səbəbdən, yəni kənddə yaşadığından ailə uşağını dolandırmaqda maddi çətinlik çəkir. Bərdə rayon Məmmədli kəndində paylı ümumi mülkiyyətlərində 5.55 ha torpaq sahəsinin payına düşən hissəsi üzərində istifadə, sahiblik və sərəncam hüququnu həyata keçirə bilmir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Köçərli (Nəsibova) Günay Nüsrət qızının nümayəndəsi X5 iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh5 məhkəmədən qanuni qərar qəbul etməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Köçərli (Nəsibova) Günay Nüsrət qızı xx.xx.1990-cı il tarixdə Bərdə rayon Məmmədli kəndində anadan olmuşdur. Bərdə rayon Nazırlı kəndində qeyiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə rayonu Nazırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 385 saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Köçərli (Nəsibova) X6 rayon Nazırlı kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-164 KOD- 61000068 saylı Dövlət Aktının surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə 5.55 ha torpaq sahəsi Bərdə rayon Məmmədli kənd sakinləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh4, Cavabdeh5 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh1 adına qeydə alınmış verilmiş reyestr nömrəsi **********92, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015-ci il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RH, № 06212252 nömrəli Çıxarışdan görünür ki, Bərdə rayon Məmmədli kəndində yerləşən 5.55 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh4, Cavabdeh5 ümumi birgə mülkiyyətlərindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmıakın Dövlət Kadastrı və Reyetri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Rəydən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)-210/2022 saylı, 04 iyul 2022-ci il tarixli mülki işi üzrə İddiaçı cavabdeh X4 və qeyrilərinə qarşı "paylı mülkiyyətdə olan torpaq sahəsinin müəyyən edilərək naturada ayrılması və tanıdılması" tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 2(021)-210/2022 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasinin keçirilməsini təmin edib mütəxəssis rəyinin verilməsi ilə əlaqədar araşdırma aparılmış, iddiaçı və cavabdehin iştirakı ilə cavabdehin naturada istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilərək elektron məlumat bazasında mövcud Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən müqaisələndirilmiş, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən iddiaçı və cavabdehlərin birgə mülkiyyətlərinə verilmiş 5.55 ha torpaq sahəsi payçılar arasında şimal yaxud cənub hissədən normaya və suvarma istiqamətinə uyğun olmaqla ayrılmasının mümkün olduğu müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə mütəxəsis rəyini əsas götürərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, mütəxəsiss rəyində qeyd olunmuşdur ki, mülki iş üzrə iddiaçı və cavabdehin iştirakı ilə cavabdehin naturada istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilərək elektron məlumat bazasında mövcud Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən müqaisələndirilmiş, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən iddiaçı və cavabdehlərin birgə mülkiyyətlərinə verilmiş 5.55 ha torpaq sahəsi payçılar arasında şimal yaxud cənub hissədən normaya və suvarma istiqamətinə uyğun olmaqla ayrılması mümkündür. Məhkəmə hesab edir ki, mütəxəsis rəyinə əsasən torpaq sahəsinin naturadan ayrılıb müəyyən edilməsi mümkün olduğundan torpaq sahəsinin şimal hissəsindən iddiaçıya düşən payın naturadan ayrılıb ona tanıdılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin olunaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh1 adına qeydə alınmış reyestr nömrəsi **********92, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015-ci il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RH, № 06212252 nömrəli Çıxarışa əsasən ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh4, Cavabdeh5 mülkiyyətinə verilmiş Bərdə rayon Məmmədli kəndində 5.5 hektar topaq sahəsindən iddiaçı Köçərli (Nəsibova) Günay Nüsrət qızının ona düşən hissəsinin, yəni 1/6 payı ümumi sahənin şimal hissəsindən naturada ayrılıb ona tanıdılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh1 adına qeydə alınmış verilmiş reyestr nömrəsi **********92, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015-ci il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RH, № 06212252 nömrəli Çıxarışa əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh4, Cavabdeh5 mülkiyyətinə verilmiş Bərdə rayon Məmmədli kəndində 5.5 hektar topaq sahəsindən İddiaçı ona düşən hissəsinin yəni 1/6 payı ümumi sahənin şimal hissəsindən naturada ayrılaraq ona verilsin. Ödənilmiş 10 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 alınaraq İddiaçı xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-210/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-210/2022
17.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver