Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2109/2021 09.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh1 iştirakı ilə İddiaçı Cavabdeh1 qarşı əmlak tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən əmlakının, həmin əmlakın naturada alınması mümkün olmadıqda onların pul ilə ifadədə dəyəri olan cəmi 4844 manat pulun və hazırkı iddia ərizəsinə baxılması üçün ödədiyi dövlət rüsumu 30 manatın cavabdehlərdən müştərək qaydada alınıb ona ödəniılməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli, 2(021)-1116/2018 saylı qətnaməsi ilə qət edilmişdir ki, o, ünvan 1 ünvanında yerləşən evdən və torpaq sahəsindən çıxmalıdır. Məhkəmənin həmin qətnaməsinin icrası Cavabdeh2nə tapşırılsa da, əvvəlcə həmin qətnamədən verdiyi apellyasiya şikayəti, sonra isə verdiyi kassasiya şikayəti, daha sonra isə Cavabdeh1 və qeyrilərinə qarşı məhkəmələrdə qaldırdığı iddialara, həmin iddiaların təmin olunmamasına görə verdiyi apellyasiya və kassasiya şikayətlərinə baxılması ilə əlaqədar icra işi dayandırılmış, nəhayət Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 iyul 2020-ci il tarixli, 2(102)-3502/2020 saylı qərarından sonra 2020-ci ilin sentyabr ayında icra işi üzrə icraat təzələnərək icra proseduru başladılmışdır. Cavabdeh2 icra məmuru X8 Rayon Məhkəməsinin icra vərəqinə əsasən məhkəmənin sözügedən qətnaməsini icra etmək üçün 15 sentyabr 2020-ci il tarixdə ünvan 1 ünvanına gəlmiş, lakin həmin vaxt evdə olmamışdır. Çünki, usta fəaliyyəti ilə əlaqədar 5-6 gün idi ki, Gəncə şəhərində olmuş və götürdüyü tikinti işini yekunlaşdırmaq üçün orada qalmışdır. İcra məmuru 15 sentyabr 2020-ci il tarixdə onun mobil telefonuna zəng vurub gəlməsini tələb edəndə də bildirmişdir ki, işini yekunlaşdırıb ən geci 3 günə kimi gələcək. Buna baxmayaraq icra məmuru icranı təxirə salmamış və evdə heç kimin olmamasına əhəmiyyət verməyib evin qapısının kilidini sındırıb tələbkar Cavabdeh1 evə yerləşdirmişdir. Keçmiş qaynı olan Cavabdeh1la aralarındakı münaqişə səbəbindən indiyədək həmin evdə qalmış məişət əşyalarını, mebelini, yataq ləvazimlatlarını, özünün və qızının geyimlərini və s. götürə bilmir. Cavabdeh1 isə evin qapısının kilidini dəyişdirib və onda olan məlumata görə Bakı şəhərində yaşayır, bir çox əşyalarını isə qonşulara və qohumlara paylaşdırıb. Odur ki, 29 mart 2021-ci il tarixli ərizə ilə Cavabdeh2 rəhbərliyinə müraciət edərək və elə həmin gün şöbənin rəisi Rusif Quliyevin qəbulunda olub ərizəsini təqdim etməklə xahiş etmişdir ki, onun həmin evdə qalmış əşyalarının Cavabdeh2 icra məmurunun iştirakı ilə tərəfindən götürülməsi məsələsi həll edilsin. Təqdim etdiyi ərizəsində həmin evdə qalmış 27 adda əşalannın adları və miqdarları da göstərilmişdir. Sözügedən ərizəsinin təqdim edildiyi vaxdan 60 günə yaxın vaxt keçməsinə baxmayaraq Cavabdeh2 onun əşyalarını götürməsini heç bir üzürlü səbəb olmadan təmin etmir, təmin etməməsinin səbəbini isə guya Cavabdeh1 tapa bilməmələri, onun mobil telefonuna zəng çatmaması və s. əsassız səbəblərlə izah edirlər. Halbuki Cavabdeh1 ona qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi olan 2(021)-1082/2021 saylı mülki iş üzrə 08 və 27 aprel 2021-ci il tarixlərdə Bərdə Rayon Məhkəməsində keçirilən məhkəmə iclaslarına gəldiyini elə həmin günlərin hər birində icra məmuru Sahil Rzayevə etibarnnamə üzrə nümayəndəsi vasitəsi ilə məlumat vermişdir və onun Bərdə şəhərində olduğunu bildirmişdir. Bərdə Rayon Məhkəməsinin yuxarıda göstərdiyi 2(021)-1082/2021 saylı qətnaməsində də göstərilmişdir ki, həmin iş üzrə keçirilən məhkəmə iclaslarında Cavabdeh1 iştirak etmişdir. Beləliklə də tam əmin olmuşdur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əlbir hərəkət edərək onun əmlakını könüllü olaraq özünə qaytarmaq istəmirlər, əmlakı qanunsuz olaraq bu cavabdehlərin istifadəsində və sərəncamında qalmışdır. Onların xarab olması və ya oğurlanması ehtimalı da vardır. Cavabdeh2 ona görə mülki cavabdehlik daşımalıdır ki, onun əmlakını Cavabdeh1 qanunsuz istifadəsində saxlamış, onun həmin əmlaka qanunsuz sahiblik etməsinə şərait yaratmış və əmlakının Cavabdeh1 qanunsuz sahibliyindən alınıb özünə qaytarılmasını qəsdən təmin etmir, həmçinin əmlakının xarab olması və ya oğurlanması, qəsdən məhv edilməsi halı müəyyən olunarsa ona vurulmuş maddi zərərə görə Cavabdeh1la müştərək mülki məsuliyyət daşımalıdır. ünvan 1 ünvanında cavabdehlərin qanunsuz istifadə və sahibliyində qalmış əmlakının siyahısı, miqdarı və dəyəri aşağıdakı kimidir: 900 manat dəyərində 1 ədəd soyuducu, 100 manat dəyərində 1 ədəd köhnə stil şifoner (mərhum həyat yoldaşının cehizi olmuşdur), 100 manat dəyərində 1 ədəd servant şkaf (cehiz), 70 manat dəyərində 1 ədəd stol (cehiz), 60 manat dəyərində 6 ədəd stul (cehiz), 30 manat dəyərində 1 ədəd stol (uşaq üçün), 100 manat dəyərində 2 ədəd çarpayı (dəmir setkalı), 150 manat dəyərində 1 ədəd çarpayı (2 nəfərlik), 60 manat dəyərində 1 ədəd tumboçka (kamot), 90 manat dəyərində 1 ədəd qaz sobası, 210 manat dəyərində 7 ədəd yorğan (cehiz), 490 manat dəyərində 7 ədəd döşək (cehiz), 150 manat dəyərində 6 ədəd yastıq (cehiz), 150 manat dəyərində 3 ədəd Odeyal (maxrovu), 100 manat dəyərində 1 ədəd böyük döşək (2 nəfərlik), 60 manat dəyərində 1 ədəd böyük yorğan (2 nəfərlik), 300 manat dəyərində 2 ədəd gəbə, 30 manat dəyərində 1 ədəd palaz (cehiz), 50 manat dəyərində 5 ədəd qazan dəsti, 11 manat dəyərində 1 ədəd çaynik, 3 manat dəyərində 1 ədəd dəm çayniki, 150 manat dəyərində mətbəx əşyalarıqab-qacaqlar, çəngəl-bıçaqlar, çömçə-qaşıqlar və s. müxtəlif miqdarlarda, 30 manat dəyərində 1 ədəd şirəçəkən, 50 manat dəyərində 1 ədəd ətçəkən, 500 manat dəyərində 1 dəst kişi kostyumu (təzə), müxtəlif kişi geyimləri və ayaqqabıları, 300 manat dəyərində qızının bütün yay-qış paltarları, 500 manat dəyərində 50 ədəd toyuqlar, 100 manat dəyərində 1 ədəd kiçik xalça. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılmasına dair məhkəməyə ərizə verərək ilkin iddia tələbinin həcmi 600 manat artırılaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən iddia ərizəsinin təsviri hissəsində göstərdiyi əmlaklarından başqa toyuq damının da, həmin əmlakların naturada alınması mümkün olmadıqda cəmi 5444 manat pulun və iddia tələbinə baxılması üçün ödədiyi dövlət rüsumu 30 manatın cavabdehlərdən müştərək qaydada alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərdiklərini bir daha təsdiq etmiş, iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, Bərdə şəhəri, M.Hüseynzadə küçəsi 74 saylı ev valideyinlərinə məxsus olmuşdur. Mərhum bacısı iddiaçı ilə ailə qurub Bərdə rayonu Şatırlı kəndində yaşamışlar. Lakin bacısı dərzi işlədiyindən köçərək Bərdə şəhərinə gəlmişlər və valideyinlərinə məxsus evdə yaşamağa başlamışlar. Bu səbəbdən onları bəzi əşyaları Bərdə şəhəri, M.Hüseynzadə küçəsindəki evdə olmuşdur. İddiaçıya məxsus əşyalar Cavabdeh2 icra məmurları tərəfindən onlara məxsus evdən götürülmüş və iddiaçıya təhvil verilmişdir. Bu barədə videoçəkliş olmuş və akt tərtib edilmişdir. Hazırda evdə qalan əşyalar valideyinlərinin birgə nikah dövründə aldıqları köhnə əmlaklardır. İddiaçıya məxsus heç bir əmlak ona məxsus evdə qalmamışdır. İddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 30 iyun 2021-ci il tarixli iclasında dindirilmiş Cavabdeh2 icra məmuru X4 iddianı qəbul etməyərək göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1116/2018 saylı 30.01.2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq 19 iyun 2021-ci il tarixdə Bərdə şəhəri, M.Hüseynzadə küçəsi 74 ünvanında olmuş, iddiaçıya məxsus əmlakları siyahıya alaraq özünə təhvil vermişdir. Bu barədə akt tərtib edilmiş, videoçəklişdən istifadə edilmişdir. İddiaçı Cavabdeh2nə ərizə təqdim edərək əmlakları götürdüyünü təsdiq etmişdir. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 göstərmişdir ki, iddiaçı qardaşıdır. Qardaşı İddiaçı 2006-cı ildə Cavabdeh1 bacısı ilə evlənmiş, Bərdə şəhəri, M.Hüseynzadə küçəsi ev 74-də yaşamışlar. Qardaşına məxsus əmlaklar həmin evdə olmuşdur. Qardaşı arvadı xəstə olduğundan uşaqlarına özü baxmışdır. Qardaşına məxsus servant sökülərək evin çölünə qoyulmuşdur. Həmin servantın neçənci ilin servantı olduğunu bilmir. Qardaşına məxsus yorğan, döşək, xalça, qaz sobası və s. əmlaklar da Cavabdeh1 hazırda yaşadığı Bərdə şəhəri, M.Hüseynzadə küçəsi 74 saylı evdə qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 göstərmişdir ki, Cavabdeh1 qardaşıdır. İddiaçı 2006-cı ildə bacısı ilə evlənmiş, bir müddət kirayələrdə yaşamışlar. Kirayənin pulunu ödəyə bilmədiklərindən köçərək valideyinlərinə məxsus Bərdə şəhəri, M.Hüseynzadə küçəsi ev 74-də yaşamışlar. Gələrkən özləri ilə heç bir əmlak gətirməmişlər. Hazırda iddiaçıya məxsus heç bir əmlak həmin evdə yoxdur. Evdə olan bütün əmlak valideyinlərinə məxsus köhnə əmlaklardır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-1116/2018 saylı 30 yanvar 2018-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, ilk iddia təmin edilmiş, cavabdeh İddiaçı Cavabdeh1 mülkiyyətində olan Bərdə şəhəri, M.Hüseynzadə küçəsi 74 ünvanında yerləşən fərdi yaşayış evindən və 0,047 ha torpaq sahəsindən çıxarılması qət edilmiş, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməmişdir. İş materiallarında olan İddiaçı Cavabdeh2nə verdiyi 19 iyun 2021-ci il tarixli ərizəsinin surətindən müəyyən olunur ki, İddiaçı 19 iyun 2021-ci il tarixdə tələbkar Cavabdeh1 saxlancına verilmiş əmlakları, o cümlədən 1 ədəd sep klonu ilə birlikdə, mobil telefon vasitəsilə çəkilişlə çəkilərək tərəfindən saxlancdan götürmüşdür. Məhkəmə İddiaçı və Cavabdeh1 iştirakı ilə Bərdə şəhəri, M.Hüseynzadə küçəsi 74 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirmiş, baxış zamanı müəyyən edilmişdir ki, həyətin girişində qarşıda birmərtəbəli ev, sol tərəfdə bağ mövcüddur. İddiaçının iddia ərizəsində qeyd etdiyi toyuq hinin yerləşdiyi yeri baxarkən, həmin yerdə heç bir tikintin olmadığı müəyyən olunmuşdur. Evin pilləkanının sol tərəfində yerdə sökülü vəziyyətdə köhnə servan olduğu müəyyən edilmişdir. İddiaçı qeyd olunan köhnə servantın iddia ərizəsində qeyd etdiyini və ona məxsus olduğunu bildirmişdir. Cavabdeh Cavabdeh1 həmin köhnə servantın mərhum anasına məxsus olan cehiz əşyası olduğunu və halhazırda yarasız olduğundan sökülərək çölə, həyətə qoyulduğunu bildirmişdir. Pilləkanla qalxaraq evə daxil olduqda, ev dəhlizdən, sağ tərəfdə yerləşən mətbəxdən, qarşı tərəfdə yerləşən yataq otağı kimi istifadə olunan bir otaqdan və sol tərəfdə yerləşən qonaq otağı kimi istifadə olunan bir otaqdan ibarətdir. Mətbəxə daxil olduqda solda masa, masanın üstündə masa üstü qaz sobası müəyyən olunmuşdur. İddiaçı masa üstü qaz sobasının ona məxsus olduğunu bildirmişdir. Cavabdeh1 isə qaz sobasının iddiaçıya deyil, ona məxsus olduğunu, iddiaçın mətbəxdə bir ədəd qab yuyan qurğusunun olduğunu və onu da apardığını bildirmişdir. Qarşı tərəfdə yerləşən otağa baxış keçirən zaman otağa daxil olduqda, qarşı sol tərəfdə köhnə böyük stolun və bir ədəd köhnə oturacaq stulunun, sağ tərəfdə isə otaqda ayrı-ayrılıqda iki dəmir çarpayının olduğu müəyyən edildi. İddiaçı köhnə böyük stolun və çarpayıların ona məxsus olduğunu bildirdi. Cavabdeh1 isə köhnə böyük stolun və çarpayıların anasının cehiz əmlakı olduğunu, iddiaçıya məxsus olmamasını bildirdi. Dəhlizə girdikdə sol tərəfdə yerləşən otağa baxış keçirən zaman otağa daxil olduqda, otağın ortasında böyük stolun və dörd ədəd oturacaq stullarının olduğu müəyyən edildi. İddiaçı qeyd olunan otaqda heç bir əmlakın ona məxsus olmamasını bildirdi. Məhkəmə tərəflərin iştirakı ilə iddia ərizəsində qeyd olunan əmlakların götürülməsi ilə bağlı aparılmış videoçəkilişə məhkəmə zalında baxış keçirmiş, DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən: 1 ədəd böyük stol, 1 ədəd oturacaq, 1 ədəd soyuducu, 1 ədəd qoşa çarpayı üçün nəzərdə tutulan böyük döşək, 3 ədəd tək çarpayı üçün nəzərdə tutulan döşək, 1 ədəd yorğan, 5 ədəd yastıq, 1 ədəd çarpayı örtüyü (pokrıval), 2 ədəd böyük seloffan torpada paltarlar götürülmüşdür. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı özünə məxsus əmlakları 19 iyun 2021-ci il tarixdə cavabdehə məxsus Bərdə şəhəri, M.Hüseynzadə küçəsi 74 ünvanından götürmüşdür. Tərəflərin iştirakları ilə ünvan 2 baxış keçirilərkən iddiaçıya məxsus iddia ərizəsində qeyd edilən əmlakların həmin evdə olmadığı müəyyən edilmişdir. İddiaçı evdə aşkar edilmiş 1 ədəd masa üstü qaz sobasının, 1 ədəd köhnə servantın, köhnə böyük stolun və çarpayıların ona məxsus olduğunu bildirsə də cavabdeh həmin əmlakların iddiaçıya məxsus olmadığını, anasının cehiz əşyaları olduğunu bildirmişdir. Bundan başqa qeyd olunan əmlakların vəziyyətindən də görünür ki, həmin əmlaklar 2006-cı il ərəfələrində deyil daha əvvəl alınmış köhnə modelli əmlaklardır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. X7 Məhkəməsinin Mahmudov Rusiyaya qarşı 26 iyul 2007-ci il tarixli 35082/-04 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmə Konvensiya çərçivəsində sübutlara qiymət verərkən belə hesab edir ki, sübut təqdim etmək vəzifəsi faktı təkzib edənin üzərinə deyil, təsdiq edənin üzərinə düşür. Sübutlar kifayət qədər əsaslı, açıq və digər sübutlarla təsdiq olunan hallara əsaslanmalıdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iclasında dindirilmiş şahidlərin izahatlarına qiymət verərək məhkəmə hesab edir ki, şahid X3 İddiaçı bacısı və şahid X2 Cavabdeh1 bacısı olduğundan və iddianın tərəflərin xeyrinə həll edilməsində maraqlı olduqlarından onların izahatları mötəbər sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi əmlakların ona və ya arvadına məxsus olmasını təsdiq edən və bu əmlakların cavabdehlərdə olması barədə məhkəməyə mötəbər sübut təqdim etmədiyindən iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 qarşı əmlak tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2109/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2109/2021
09.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver