Məhkəmə qərarları › İş №2(021)-2134/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2134/2021

02.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2134/2021 02.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X4 iclas kаtibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X2, X1 cavabdehlər X11, X16, X12, X13, X5 və X9 qarşı “zəbt edilmiş pay torpaq sahəsindən çıxarılma və inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X2, X3 məhkəmədə iddia qaldıraraq cavabdehlər X11, X16, X12, X13, X5 və X7 zəbt etdikləri pay torpaq sahəsindən çıxarılması və inşa edilmiş tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X2, X3 məhkəmədə X8 qarşı torpaqdan çıxarılma barədə iddia qaldırmış və tələb üzrə qətnamə çıxarılmışdır. İddia ərizəsindən görünür ki, hazırda iddiaçılar cavabdehlərdən X6 da Torpağa Mülkiyyət Hüququna X25 ilə JN-130 KOD 61005078 saylı Dövlət Aktı ilə mülkiyyətlərinə verilmiş Bərdə rayonu, Gərənə kəndində yerləşən 1.81 ha pay torpaq sahəsindən çıxarılmasını və zəbt edilmiş torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsini xahiş edir. İddia ərizəsinə əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(021)-387/2020 saylı qətnaməsi ilə, hazırki iddia ərizəsi üzrə iddiaçıların X8 qarşı torpaqdan çıxarılma və istifadəyə verilmə tələbinə baxılmış və X6 iddiaçılara məxsus torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin iddiaçıların istifadəsinə verilməsi qət edilmişdir. Hazırda iddiaçılar cavabdeh X8 qarşı eyni predmet üzrə yenidən məhkəmədə iddia qaldırmışlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra) 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Beləliklə, MPM-nin yuxarıda göstərilən tələblərin əsasən məhkəmə hesab edir ki, iddiaçı X14 iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X2, X1 cavabdehlər X11, X16, X12, X13, X5 və X9 qarşı “zəbt edilmiş pay torpaq sahəsindən çıxarılma və inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar