Məhkəmə qərarları › İş №2(021)-2264/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2264/2021

17.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2264/2021 17.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional İdarəsinə qarşı “İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional İdarəsinin əməkdaşları tərəfindən barəsində tərtib etdikləri MN ******* saylı inzibati protokolun etibarsız hesab edilməsi və bu iş üzrə icraata xitam verilməsi cavabdehin vəzifə səlahiyyətindən sui istifadə edərək onun 50.000 ABŞ dolları pulun alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsinə Bərdə Rayon Məhkəməsində baxılmalı olmadığından iddia yolverilməzdir və iddianın qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, cavabdeh inzibati tənbeh vermə haqqında qərardan mülki qaydada şikayət vermiş, yəni inzibati qərardan şikayət vermək əvəzinə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddiaçı hazırki tələblə bağlı məhkəməyə müraciət edə bilməz. Odur ki, sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. MPM-in 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Bu Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. MPM-in 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə, MPM-nin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddia ərizəsinə əlavə olunmuş sənədlər ərizə ilə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional İdarəsinə qarşı “İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi” tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsin və ərizəyə əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar