Məhkəmə qərarları › İş №2(021)-2283/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2283/2022

09.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2283/2022 09.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı əmək haqqının bank tərəfindən qanunsuz tutulması tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Beynəlxalq Bankı tərəfindən qanunsuz əmək haqqının bank tərəfindən tutulmasına son qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, hazırkı iddiaya ərazi aidiyyəti üzrə bu məhkəmədə baxılmalı deyildir. Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı əmək haqqının bank tərəfindən qanunsuz tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı əmək haqqının bank tərəfindən qanunsuz tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın . Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar