Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-232/2024 08.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, İddiaçı iştirakı ilə, İlk iddia üzrə iddiаçılar İddiaçı və Cavabdeh1 cavabdehlər X6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «torpaq sahəsi üzərində payların müəyyən edilməsinə, torpaq sahəsinin naturada bölünməsi və sözü gedən paylı mülkiyyətdə olan pay torpaqlarının və torpaq sahəsinin sərhədlərinin tanıdılması, real bölgünün aparılmasını və mülkiyyətində olan torpaq sahəsindən çıxarılma və 4900 manat dəymiş zərərin ödənilməsi» və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi” haqqında qarşılıqlı iddia tələbinə dair mülki işə 08 avqust 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü ƏY YƏ N E T D İ: İddiаçılar İddiaçı, Cavabdeh1 cavabdehlər X6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlar iddiaçılar Cavabdeh1 və İddiaçı ümumi mülkiyyətlərində olan və Bərdə rayon Yeni Daşkənd kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə nəzərdə tutulan 1.50 ha torpaq sahəsi üzərində paylarının müəyyən edilməsinə, paylarına uyğun naturada bölünməsinə və sərhədlərin müəyyən edilməsinə, real bölgünün aparılmasında onlara düşəcək hisəssi qonşu sahədən verilməsini, həmin torpaq sahəsindən qanunsuz istifadə edən Cavabdeh5 Dövlət tərəfindən torpaq sahəsindən istifadə üçün verilmiş subsidiyanın 7-illik məbləğinin müəyyən edilərək onlara ödənməsinə və 1.50 ha torpaq sahəsindən onlara məxsus olan 0.60 ha hissəsindən Cavabdeh5 çıxarılmasına və onlara məxsus olan torpaq sahəsindən qanunsuz istifadəyə görə illik 700 Azn olmaqla 7-ilə cəmi 4900 manat məbləğində maddi zərərin, ödənilmiş 101 manat Dövlət rüsumun və Əmlak məsəllələri üzrə Dövlət Komitəsinə ödənilmiş 31 manat rüsumun alınaraq onlara ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiаçılar İddiaçı və Cavabdeh1 iddia tələbini onunla əsaslandırmışdırlar ki, İddiaçı 1990-cü ildə ailə həyatı qurmuşdur, birgə nikahlarından 2-övladı anadan olmuşdur və qayananası, yoldaşı cəmi 5 nəfərə Bərdə rayon Aqrar İslahat Komissiyasının 20 Noyabr 1997-ci il tarixli 18-nömrəli qərarı ilə ailəsi ilə, birlikdə Bərdə rayon Yeni Daşkənd kənd ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1.50 ha torpaq sahəsi verilmişdir. Sözügedən torpaq sahəsinin qeydiyyat nömrəsi JN 321, KOD 61000038 saylı mülkiyyət hüququna dair "Dövlət Akt"ı verilmişdir. Qeyd etmək istəyir ki, o 2014-cı ildə Bərdə rayon məhkəməsinin qərarı ilə ailəsindən boşanmışdır, qızı Cavabdeh1 onunla, oğlu atası ilə qalmış və o qızı ilə birlikdə 7-ildir ki, Bərdə şəhərində müxtəlif ünvanlarda kirayədə yaşayırlar. Onlar iddiaçılar İddiaçı və Cavabdeh1 ailəsinin torpağını 1.50 ha qeyri rəsmi icarəyə götürən Cavabdeh5 pay torpağında» 2016-cı ildə qızı ilə ona düşən 0.60 ha torpaq sahəsinin 2-illiyi üçün yəni 2015-ci və 2016-cı illər ücün 400 Azn olmaqla ona cəmi 800 Azn icarə pulu vermişdir. Digər cavabdehlər X6, X5 və X2 paylarına uyğun naturada bölünməsinə və sərhədlərin müəyyən edilməsinə, real bölgünün aparılması ilə bağlı müraciət etməklərinə baxmayaraq onlardan heç bir müsbət nəticə əldə olmamamışdır. Əksinə onlara məxsus olan torpağın sahəsini qanunsuz olaraq Cavabdeh5 icarəyə verməklə əsassız olaraq pul qazanmışlar. 2016-cı ildən bu günə qədər ümumi birgə mülkiyyətlərində olan, onlar iddiaçılara məxsus 0.60 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsindən istifadə edə bilməmişlər. Cavabdeh5 onlara məxsus olan torpaq sahəsi hissəsindəndən istifadə edərək qazanc əldə edir və onlar heç bir gəlir və icarə pulu vermir. Ailə vəziyyəti maddi cəhətdən çox ağır olduğundan pay torpağın özünə və qızına aid hissədə əkin biçin işləri aparmağa çalışsa da, Cavabdeh5 onlara məxsus torpaq sahəsindən özlərinin istifadə və qazanc əldə etməklərinə imkan vermir, nə də torpağından istifadəyə görə 7-ildir ki, onlara heç bir ödəniş etmir. Bununla da Cavabdeh5 onlara aid olan 0.60 ha torpaq sahələrinə özbaşına zəbt edərək mülkiyyət hüquqlarını 7-ildir ki, qanunsuz olaraq kobud şəkildə pozur. Ona gorə də mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığından, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Onlar istəyirlər ki, həmin torpaq sahəsi naturada bölgüsü müəyyən olunsun və həmin bölgüdə onlara düşəcək hissəsi qonşu sahədən verilsin ki, onlar gələcəkdə həmin torpaq sahəsindən səmərəli istifadə edə bilsinlər. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etmişdir. İddiaçı daha sonra məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək xahiş edir ki, o və iddiaçılar İddiaçı, Cavabdeh1 ümumi mülkiyyətlərində olan və Bərdə rayonu Yeni Daşkənd kəndi ərzisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə nəzərdə tutulan 1.5 ha torpaq sahəsi üzərində paylarının müəyyən edilməsinə, paylarına uyğun naturada bölünməsinə, real bölgünün aparılmasında onlara düşəcək hissəsi qonşu sahədən verilməsini, 1,50 ha torpaq sahədən verilməsini, 1,50 ha torpaq sahəsindən onlara məxsus olan 0.60 ha hissəsindən Cavabdeh5 çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh5 məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ilkin iddianın bütünlüklə rədd edilməsinə və onun qarşılıqlı iddiasının təmin edilərək ondan aldığı cəmi 2100 manat pulun, 1400 manat yerə çəkdiyi xərcin və ödənilən 71 manat dövlət rüsumunun da alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh5 iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh (ilkin iddiaçı) İddiaçı ondan 2018-ci ildən 900 manat alaraq 1 ha yarım torpağı 5 illi ona öz aralarında razılaşma ilə icarəyə verimişdir. Lakin sonradan yəni 2019-cu ildə cavabdeh (ilkin iddiaçı) gəldi ki, qızının və onun payını 1200 manata satır, yəni 60 sot torpağı ondan 1200 manat yenidən aldılar və torpağı ona satdılar. O hər dəfə sənədləşməyə gedək deyəndə müxtəlif bəhanələr gətirməklə sənədləşdirməyə getmədilər. İndi ondan torpağı geri tələb edirlər. Hesab edir ki, ondan aldıqları cəmi 2100 manat pul cavabdehdən (ilkin iddiaçıdan) alınıb ona verilməlidir. Qeyd etdi ki, o 900 manatı və 1200 manatı cavabdehə (ilkin iddiaçıya) vermişdir. Cavabdeh (ilkin iddiaçı) iddia ərizəsində yazır ki, guya ona arendaya verib, bu tamamilə yalandır. O yeri birdəfəlik almışdır. Həmçinin sözügedən ərazinin yararlı vəziyətə salınması üçün 1400 manat da əlavə xərc çəkmişdir. Belə ki, ora körpü saldırmışdır. 300 metrə yaxın yol çəkdirmişdir. 500 metrə yaxın kanal işlətmişdir. 10 kamaz da mal peyini daşıtdırmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu il tarixdə Bərdə rayonunda anadan olmuşdur, Bərdə rayonu, Yenidaşkənd kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1993-cü il tarixdə Bərdə rayonunda anadan olmuşdur, Bərdə rayonu, Yenidaşkənd kəndində qeydiyyatdadır. AZE seriyalı ******** nömrəli, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh4 xx.xx.1991-ci il tarixdə Bərdə rayonu Yenidaşkənd kəndində anadan olmuşdur, Bərdə rayonu, Yenidaşkənd kəndində qeydiyyatdadır. AZ seriyalı 00578237 nömrəli, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 Lütviq oğlu xx.xx.1969-cu il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. AZE seriyalı 0******* nömrəli, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1947-ci il tarixdə Bərdə şəhərində anadan olmuşdur, Bərdə rayonu, Yenidaşkənd kəndində qeydiyyatdadır AA seriyalı ******* nömrəli, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh5 xx.xx.1976-cı tarixdə Bərdə rayonu Yenidaşkənd kəndində anadan olmuşdur, Bərdə rayonu, Yenidaşkənd kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair JN – 321, KOD 61000038 nömrəli dövlət aktından görünür ki, Bərdə rayon X7 20 noyabr 1997-ci il tarixli qərarına əsasən 1.50 ha torpaq sahəsi X6, Cavabdeh3, İddiaçı,Cavabdeh4 Cəfər oğlu, X3 adına rəsmləşdirilmişdir. AR-İİİ seriyalı 038603 nömrəli etibarnamədən görünür ki, Cavabdeh1 nümayəndəsi İddiaçıdır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yenidaşkənd kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 258 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu, Yenidaşkənd kəndində ailə üzvləri ilə birlikdə (Cavabdeh2, Cavabdeh3 Lütviq, Cavabdeh4, X3) yaşayır. AZ-İ seriyalı 448654 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh3 ilə İddiaçı nikahları Bərdə Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2013-cü il tarixdə xitam verlmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydlər kitabında xx.xx.2016-cı il tarixdə 229 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Qənbəralıyev, qadına Qənbəralıyeva soyadı verilmişdir. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yenidaşkənd kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 216 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Yenidaşkənd kəndində yaşayır. Cavabdeh5 qarşılıqlı iddia ərizəsi verərək, cavabdehin (ilkin iddiaçının) ona qarşı Bərdə rayon Məhkəməsində qaldırdığı torpaqdan çıxarılma tələbinə dair iddianın bütünlüklə rədd edilməsinə və ondan aldığı cəmi 2100 mant pulun, 1400 manat yerə çəkdiyi xərci və ödənilən 71 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yenidaşkənd kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 470 nömrəli arayışdan görünür ki, Cavabdeh5 Bərdə rayonu Yenidaşkənd kəndində yaşayır. xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı Cavabdeh5 məhkəmədə qarşılıqlı iddia qaldırmaq üçü 30 manat məbləğində dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı ödəmişdir. xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı Cavabdeh5 məhkəmədə qarşılıqlı iddia üçün 41 manat məbləğində dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı ödəmişdir. 21.062023-cü il tarixli 23340 saylı qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 101 manat məbləğində dövlət rüsumu ödəmişdir. 29 noyabr 2023-cü il tarixli məhkəmə iclasının protokulundan görünür ki, Cavabdeh4 iddianı qəbul etmir. İstifadə etdikləri torpağı iddiaçılardan almışlar, lakin sənədləşdirmədiyini qeyd edərək, iddianın rədd edilməsini xahiş etdi. 29 noyabr 2023-cü il tarixli məhkəmə iclasının protokulundan görünür ki, Cavabdeh5 iddianı qəbul etmir. İddiaçı ondan 2018-ci ildən 900 manat alaraq 1,5 ha torpağı 5 illik ona öz aralarında razılaşma yolu ilə arendaya vermişdir .Lakin sonradan, yəni 2019-cu ilə gəldi ki qızının və öz paylarını 1200 manata satır, yəni 60 sot torpağa ondan 1200 manat yenidən almışlar və torpağı ona satmışlar. O hər dəfə sənədləşməyə getmək istəyəndə müxtəlif bəhanələr qətirməklə sənədləşməyə getməmişlər. İndi torpağı ondan yenidən tələb edirlər. Hesab edir ki, ondan aldıqları 2100 manat pulu qaytarmalıdılar. Qyd edir ki, o, 900 manat və 1200 manat pulu Xatirəyə vermişdir. Həmçinin sözügedən ərazinin yararlı vəziyyətə alınması üçün 1400 manat da əlavə xərc çəkmişdir. Körpü saldırmışdır. 300 metrə yaxın yol çəkdirmişdir. 500 metrə yaxın kanalişlətmişdir, 10 kamaz mal peyini daşıtdırmışdır, iddianın rədd edilməsini xahiş etdi. Bərdə Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2(021)-358-2023 saylı qərardaddan görünür ki, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehdən İddiaçı, ilk iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5, ilk iddia üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 qarşı torpaq sahəsi üzrəində payların müəyyən edilməsi, torpaq sahəsinin naturada bölünməsi və sözügedən paylı mülkiyyətdə olan pay torpaqlarının və torpaq sahəsinin sərhədlərinin tanıdılması, real bölgünün aparılmasını və mülkiyyətində olan torpaq sahəsindən çıxarılma və 4900-manat dəymiş zərərin ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı pul tələbinə dair qarşılıqlı iddiası məhkəmənin icraatına qəbul edilmişdir. Bərdə Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 2(021)-232/2024 saylı qərardaddan görünür ki, iddiaçılar İddiaçı, Cavabdeh1 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı torpaq sahəsi üzərində payların müəyyən edilməsi, cavabdehin torpaq sahəsindən çıxarılması və dəymiş ziyan tələbinə dair ilk, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə mülki iş üzrə mütəxəssis cəlb olunaraq rəy alınması qərara alınmışdır. Mütəxəssis rəyi alınanadək mülki iş üzrə icraat dayandırımışdır. 06 iyun 2024-cü il tarixli 3-21-3-46/2-2696/2024 saylı rəydən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021 )-232/2023 saylı, 26 fevral 2024-cü il tarixli mülki işi üzrə İddiaçı və Cavabdeh1 cavabdehlər X4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı torpaq sahəsi üzərində payların müəyyən edilməsi, cavabdehin torpaq sahəsindən çıxarılması və dəymiş ziyan tələbinə dair ilk, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 2(021 )-232/2024 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasinin keçirilməsini təmin edib mütəxəssis rəyinin verilməsi ilə əlaqədar araşdırma aparılmışdır. İddiaçının iştirakı ilə mübahisəli torpaq sahəsinin koordinatları naturada təyin edilərək elektron məlumat bazasına əsasən müqaisə edilərək, torpaq sahələsinə dair rəy, elektron məlumat bazasında mövcud, TEKUİS məlumat bazasına əsasən hazırlanmışdır.
1. Sual: Bərdə rayon Aqrar islahat komissiyasının 20 noyabr 1997-ci il tarixli 18 nömrəli qərarı ilə X6 və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş, JN-321 saylı kod 61000038 saylı torpağın mülkiyyət hüququna X15 əsasında qeydiyyata alınmış Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən 1.50 hektar torpaq sahəsi Cavabdeh5 və ya başqa şəxslər tərəfindən qanunsuz istifadə olunurmu?
2. Sual: Əgər istifadə olunursa, torpaq sahəsinin qanunsuz istifadə olunan hissəsi hansı ölçüdədir? 1.2 Cavab: TEKUİS məlumat bazasına əsasən “Torpağa mülkiyyət hüququna dair" JN-321 saylı Dövlət aktı ilə X6 və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 1.50 hektar torpaq sahəsi, Cavabdeh5 tərəfindən bütünlüklə istifadə olunur. 3 Sual: Bərdə rayon Aqrar islahat komissiyasının 20 noyabr 1997-ci il tarixli 18 nömrəli qərarı ilə X6 və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş, JN-321 saylı kod 61000038 saylı torpağın mülkiyyət hüququna X15 əsasında qeydiyyata alınmış Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən 1.50 hektar torpaq sahəsinin naturada bölünməsi mümkündürmü?
Cavab: TEKUİS məlumat bazasına əsasən “Torpağa mülkiyyət hüququna dair” JN- 321 saylı Dövlət aktı ilə X6 və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 1.50 hektar pay torpaq sahəsi, suvarma istiqaməti və yola çıxışı nəzərə alınmaqla naturada bölünməsi mümkündür.
4 Sual: Əgər naturada bölünməsi mümkündürsə, həmin torpaq sahəsinin iddiaçılar İddiaçı və Cavabdeh1 payına düşən hissənin naturada bölünməsi mümkündürmü?
Cavab: Həmin torpaq sahəsi, hər bir payçının normaya uyğun payları nəzərə alınaraq, iddiaçılar İddiaçı və Cavabdeh1 və digərlərinə düşən pay bölgüsünü əks etdirən sxematik plan rəyə əlavə olunmuşdur.
Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının (bundan sonra Konstitusiyanın) 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və X9 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və X9 haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Məhkəmə hesab edir ki, mütəxəsis rəyinə əsasən mübahisələndirilən torpaq sahələrinin naturadan ayrılıb müəyyən edilməsi mümkün olduğundan iddia tələbi qismən təmin edilməklə torpaq sahəsinin tərəflərə düşən payları naturadan ayrılıb onlara verilməli və həmin torpaq sahəsi onların sahiblik və istifadəsinə verilməli və yalnız iştirakçılar öz paylarına münasibətdə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində rəsmiləşdirdikdən sonra həmin hissəyə əsasən bu və ya digər cavabdehlərin çıxarılması tələbi ilə məhkəmədə çıxış edə bilər. Göstərilən səbəbdən cavabeh Cavabdeh5 torpaq sahəsində çıxarılması hissəsi hal-hazırki mərhələdə təmin edilə bilməz. Məhkəmə hesab edir ki, qarşlıqlı iddia rədd edilməlidir. Ona görə ki, qarşlıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh5 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 2100 manat məbləğidə pulun, 1400 manat məbləğində çəkilmiş xərcin verilməsi iş materialları ilə sübut olunmur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqlarının və X9 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia çıxarılma hissəsində təmin edilmədiyindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu və 31 manat məbləğində pul vəsaiti iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
1. İlkin iddia qismən təmin edilsin.
2. Qarşılıqlı iddia rədd edilsin.
3. Bərdə rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 1997-ci il tarixli, 18 nömrəli qərarına əsasən verilmiş JN-321 KOD 61000038 saylı Torpağa Mülkiyyət Hüquna X15 ilə X6, Cavabdeh3 Lütviq oğlu, İddiaçı, Cavabdeh4 Cəfər oğlu, X1 mülkiyyətlərinə verilmiş Bərdə rayonu, Yenidaşkənd kəndində yerləşən 1.50 ha torpaq sahəsi üzrə 1/5 olmaqla payları müəyyən edilsin.
4. Mütəxəsis rəyinə əlavə olunmuş sxematik plana əsasən X6, Cavabdeh3 Lütviq oğlu, İddiaçı, Cavabdeh4 Cəfər oğlu, X1 1/5 hissədə münasibətdə 1.5 ha torpaq sahəsinin naturada bölgüsü həyata keçirilsin.
5. TEKUİS məlumat bazasına əsasən “Torpağa mülkiyyət hüququna dair” JN-321 saylı Dövlət aktı ilə X6 və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 1.50 hektar pay torpaq sahəsi 5 hissədən ibarət olduğundan bölünmə suvarma istiqamətləri və bölgü layihəsi nəzərə alınmaqla həyata keçirilsin.
6. Ödənilmiş 101 manat dövlət rüsumu və 31 manat məbləğində pul vəsaiti ilkin iddia üzrə iddiaçının özünə aid edilsin.
7. Qarşılıqlı iddia rədd edildiyindən həmin hissədə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilsin.
7. İddia tələbi qalan hissədə təmin edilməsin.
8. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron qaydada) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
9. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim:Ziya Abdullayev