Məhkəmə qərarları › İş №2(021)-2356/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2356/2022

14.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2356/2022 14.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bərdə Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə qarşı“ mirasın qəbulu müddətinin ötürülməmiş hesab edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı cavabdeh Bərdə Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə qarşı iddia qaldıraraq, mərhum X4ndan və mərhum anası X1 ona miras qalmış Bərdə rayonu Otuzikilər kəndində yerləşən evə və 0.32 ha torpaq sahəsinə vərəsəliyin müəyyən edilməsinə və mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bərdə rayonu Otuziklər kəndində yaşayır. Mərhum X4 11 fevral 2018-ci il tarixdə, mərhum anası X6 isə 01 fevral 2015-ci il tarixdə vəfat etmişlər. Mərhum valdeyinlərinin yeganə vərəsəsi odur. Mərhum valdeyinlərindən ona 0.32 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində ev miras qalmışdır. O, savadsız olduğundan vaxtında vərəsəlik şəhadətnaməsi alamamışdır. Mərhum valdeyinləri vəfat etdikdən sonra o, vərəsəlik şəhadətnaməsinin alınması barədə notariat kontoruna müraciət etməmişdir. Mərhum valdeyinlərindən miras qalmış ev və torpaq sahəsini faktiki olaraq o qəbul etmişdir və istifadəsindədir. Lakin həmin torpaq sahəsini və evi öz mülkiyyətinə qeydə aldıra bilmir. Mərhum valdeyinlərindən miras qalmış pay torpaq sahəsini isə valdeyinləri öz sağlığında həmkəndlilərinə satmışdır. O, vərəsəlik şəhadətnaməsinin alınması üçün Bərdə Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etmiş, lakin imtina edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonar İddiaçı məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək vərəsəlik hüququnun tanınması ilə bağlı ötürülmüş müddətin üzürlü hesab edilib bərpa edilməsinə və vərəsəlik hüququnun tanınmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh Bərdə Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Emil Həsənov məhkəməyə ərizə göndərərək üzürlü səbələrdən məhkəmə iclasında iştirak bilməyəcəyini qeyd edərək, qanunamüvafiq qərar qəbul edilməsini xahiş ertmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1959-cu ildə Bərdə rayon Otuzikilər kəndində anadan olmuşdur. Bərdə rayon Otuzikilər kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Otuzikilər kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 77 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Otuzikilər kəndində yaşayır. İş materiallarına əlavə olunmuş İİİ-ЖГ №385866 nömrəli doğum haqqında şəhadətnmənin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. X4, anası X3r. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022 il tarixli AZ-İ № 907159 nömrəli Arayışdan görünür ki, X6 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022 il tarixli AZ-İ № 907259 nömrəli Arayışdan görünür ki, X9 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Torpağın mülkiyyətə verilməsinə dair JN-090A KOD- 61018018 saylı Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 2018-ci il tarixli, 15 nömrəli qərarı ilə 0.32 ha torpaq sahəsi Bərdə rayon Otuzikilər kənd sakinləri X7 və X2 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş X12 Xidmət Mərkəzi Notariat Ofisinin xx.xx.20222-ci il tarixli, 1105\2022 saylı məktubdan görünür ki, İddiaçı X12 Xidmət Mərkəzi Notariat Ofisinə müraciət etmiş, lakin vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müddət buraxıldığından imtina edilərək məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Otuzikilər kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 65 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, mərhum X9 və mərhum X6 vəfat edənə kimi Otuzikilər kəndində yaşamışdır, onların vəfatından sonra aşağıdakı ailə üzvləri qalmışdır: İddiaçı. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 1** manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Bərdə rayon Otuzikilər kəndində 0.32 ha torpaq sahəsi X7 və X2 mülkiyyətində olmuşdur. X9 və X6 vəfat etdikdən sonra İddiaçı onlardan qalan əmlakları faktiki idarə etmişdir. MM-nin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, X5 və X1 miras qalmış Bərdə rayon yeni Otuzikilər kəndində yerləşən 0.32 ha həyətyanı torpaq sahəsinə İddiaçı vərəsəlik hüququ tanınmalı və mirası qəbul edilməsi müddəti ötürülməmiş hesab edilməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, həmin torpaq sahəsi üzərində tikilmiş evin rəsmi qeydiyyatdan keçməsini təsdiq edən sənəd yoxdur. Odur ki, evin statusu özbaşına tikili xarakteri daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, ödənilmiş 1** manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. X5 və X1 miras qalmış Bərdə rayon yeni Otuzikilər kəndində yerləşən 0.32 ha həyətyanı torpaq sahəsinə İddiaçı mirası qəbul edilməsi müddəti ötürülməmiş hesab edilsin və həmin torpaq sahəsinə dair vərəsəlik hüququ tanınsın. İddia tələbi qalan hissədə təmin olunmasın. Ödənilmiş 1** manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar