Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2386/2021 04.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Firudin qızının cavabdeh Cavabdeh qarşı faktiki istifadəsində olan yaşayış evinə cavabdehin gəlməsinə qadağa qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı İddiaçı Firudun qızı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh onun istifadəsində olan Bərdə rayonu, Cəyirli kəndində yerləşən evinə gəlməsinə qadağa qoyulmasına və qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, o, Kəlbəcər rayonundan məcburi köçkün olmaqla hazırda Bərdə rayonu, Cəyirli kəndində Bələdiyyə torpağında inşa etdiyi evində yaşayır. O, Cavabdeh 2000-ci ildən tanıyır. Aralarında bir neçə vaxt ailə münasibətləri olmuş və bu münasibətlər qısa zamanda 2003-cü ilə kimi davam etmişdir. Bir müddət keçdikdən sonra xasiyyətləri uyğun olmadığından o, ayrılmaq qərarını vermişdir. Bundan sonra cavabdeh mütamadi olaraq onu narahat etməyə başlamışdır və onu rahat yaşamağa imkan verməmişdir. Ona 2008ci ildə qardaşı və valdeyinləri tərəfindən ev inşa edilmişdir. Bundan sonra cavabdeh onu daha da narahat etməyə başlamış, dəfələrlə onu qapıdan qovmasına baxmayaraq onun icazəsi olmadan onun yaşayış evinə və həyətində daxil olmuşdur. Bu barədə ona öz etirazını bildirməyinə baxmayaraq o qanunsuz hərəkətlərini davam etdirir. Cavabdeh onu evdə yaşamağa qoymur, o, evindən getmək məcburiyyətində qalmışdır. Ona dövlət orqanlarından bildirmişdilər ki, o, yalnız məhkəməyə müraciət edib, onun yaşayış sahəsinə daxil olmasına qadağa qoydurmalıdır ki, cavabdeh onun yaşayış evinə gələndə onun barəsində qanuni ölçü götürə bilsinlər. Buna görə də məhkəməyə iddia ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Xosrov oğlu iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının dediyi torpağı o, almış və ev tikmişdir, öz evinə getməsinə iddiaçı imkan vermir, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Seriya AZE № ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Firudun qızı xx xxxxxx 1978-ci ildə Kəlbəcər rayonu Boclu kəndində anadan olmaqla, Kəlbəcər rayonu Boclu kəndində qeydiyyatdadır. İş materiallarında olan Seriya AA № 361148 saylı məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı Kəlbəcər rayonundan məcburi köçkündür. İş materiallarında olan Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kəndi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 62 nömrəli, 25 iyun 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Firudun qızı 2006-cı ildən Bərdə rayonu Cəyirli kəndində Bələdiyyəyə məxsus torpaqda öz vəsaiti hesabına 2 otaqlı ev tikmiş və hal-hazırda həmin evdə yaşayır. İş materiallarında olan Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kəndi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 726 nömrəli, 21 iyun 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Kəlbəcər rayonundan mıcburi köçkün olmaqla, Bərdə rayonu Cəyirli kəndində müvəqqəti yaşayır. Məhkəmə iş üzrə iddiaçının, cavabdehin izahatını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Həmin Məcəllənin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində qeyd etdiyi evin kimin mülkiyyətdə olmasını təsdiq edə biləcək dəlilləri və sübutları məhkəməyə təqdim edə bilmədiyindən, o cümlədən cavabdehin konkret olaraq qanunsuz hərəkətlərinin nədən ibarət olmasını əsaslandıra bilmədiyindən iddia tələbinin təmin olunması mümkünsüzdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Firudin qızının cavabdeh Cavabdeh qarşı faktiki istifadəsində olan yaşayış evinə cavabdehin gəlməsinə qadağa qoyulması tələbinə dair iddiası təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2386/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2386/2021
04.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver