Məhkəmə qərarları › İş №2(021)-2389/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2389/2021

06.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2389/2021 06.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi , İddiaçı oğlunun ilə, İddiaçı oğlunun Cavabdeh qarşı “ mənəvi ziyan “ tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı oğlu Cavabdeh qarşı “ mənəvi ziyan “ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin şöbənin kollektivindən üzr istəməsi , Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şöbə barəsində yazdığı yalan məlumatın təkzib edilməsi barədə izahat verməsi və mənəvi ziyana görə 5000 manat pul tutulub yaşat fondunun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı oğlu məhkəmə iclasında iştirak edıərək, iddinın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında verdiyi izahatla müəyyən olunmuşdur ki, o, Ağdam rayonu Göytəpə kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayır. Məhkəmə hesab edir ki, mülki iş baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, Cavabdeh Ağdam rayonu Göytəpə kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM –nin 40.1-ci maddəsində göstərilir ki, ərazi aidiyyatı qaydalarının pozulmasına yol verilmir. MPM-nin 44.2.2.-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh Ağdam rayonunda qeydiyyatda olduğundan İddiaçı oğlunun Cavabdeh qarşı “ mənəvi ziyan “ tələbinə dair 2(021)-2389/21 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Ağdam rayon məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 35,40, 263,264-cü maddələrini əldə rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı oğlunun Cavabdeh qarşı “ mənəvi ziyan “tələbinə dair 2(021)-2389/21 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar