Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-247/2025 23.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun оğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş maddi və mənəvi ziyana görə 4477 manat pulun alınaraq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Ağdərə rayonundan məcburi köçkündür, müvəqqəti olaraq Bərdə rayonunda yataqxanada məskunlaşıblar. Ailədə yeganə qazanc gətirən odur. Ata və anasının səhətində problemlər vardır. 2 oktyabr 2023cü il tarixdə saat 20:00 radələrində X10 idarə etdiyi Mercedes BENZ C200 markalı 02BL320 dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax-Ağdam-Laçın yolunun Bərdə Rayonu Şirvanlı kəndindən keçən 34-cü kilometrliyində Ağdam rayon istiqamətində hərəkətdə olarkən yol hərəkəti tələblərini pozaraq onu piyada yolun orta xəttini üzərində vurmuşdur. Daha sonra 26 metr qarşıda yolun Bərdə rayon istiqamətində sağ kənarında dayanmış BMW5201 markalı 90BF321 dövlət qeydiyyat nişanlı avtomobil ilə yolun Bərdə rayon istiqamətində sağından soluna doğru 0.7 metr məsafədə qəza olmuşdur. Bu hadisə nəticəsində cavabdeh onun “travmatik şok İİİ dərəcə ilə müşayiət olunan baş beyin diffuz travması, sol bazu körpücük oynağının çıxığı, simfizin cırılması, qalça qaşıq, oturaq sümüklərinin qapalı, yer dəyişmiş sınıqları, Xİİ döş fəqərə cisminin sağ yarasının sınığı, dalağın çıxarılması hartman cǝrahi əməliyatıdndan sonraki kolostoma episitostoma sidik kanalının travması xəsarətləri ilə müşahiət olunan həyatı üçün təhlükəli olan sağlanılığa zərər vurmağa aid xəsarətlər almasına səbəb olan yol nəqliyyat hadiəsi törətmişdir. X10 məhkəmə iclasına özünü təqsirli bilmişdir. Qəhramanlı Muradın ona vurduğu xəsarət nəticəsində o, maddi və mənəvi zərər çəkmişdir. O, bir sıra Dövlət və özəl xəstəxanalarda xəsarətləri ilə bağlı müalicə almışdır. X6 əməliyyat olmuşdur. Gəncə Beynəlxalq xəstaxanasına aprel ayının 26-sı bağırsağının içəri yığılması üçün 1600 manat pul ödəmişdir. May ayının 16-18 araları Bakı Sağlamliğ Mərkəzinə sidik kanalını əməliyyat etdirmək üçün 2000 manat ödəmişdir. Ödənişlərin rəsmi çəkləri vardır. Bundan əlavə müalicə üçün dərmanlara 407 manat ödəniş etmişdir. Əlavə olaraq yol xərci 470 manat xərcləmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X8 iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək bildirdi ki, oğlu xəsarət aldıqdan sonra ilk dəfə xx.xx.2023-cü il tarixdə X4 əməliyyat olmuş, cavabdeh tərəf həmin əməliyyatın pulunu ödəmiş, daha sonra o, özü oğlunu MTN-nin hospitalında əlavə əməliyyat etdirmiş, həmin əməliyyata 14.520 manat xərci çıxmışdır. xx.xx.2024-cü il tarixdə cavabdehlə barışıq ərizəsi yazan vaxt cavabdeh ona 15.000 manat pul vermişdir. Daha sonra aldığı xəsarətlərlə bağlı yenidən oğlunu X5 aparmış xx.xx.2024-cü il yenidən orada əməliyyat olunmuş, 1600 manat əməliyyata pul xərcləmiş, daha sonra yenidən xx.xx.2024-cü il tarixdə oğlu Bakı Sağlamlı Mərkəzində yenidən əməliyyat olunmuş və orada da 2000 manat əməliyyata və müayinələrə pul xərcələmişdir. Bundan başqa cavabdehin sığortadan almalı olduğu 1500 manat pulu sonuncu tərəfindən verilmiş etibarnamə əsasında özü almışdır. Aralarında barışıq əldə edildikdən sonra dərmanları da özü müxtəlif apteklərdən almışdır. Daha sonra dərmanlara Məhkəmə iclasında İddiaçı nümayəndəsi X8 iddia ərizəsində qeyd edilənlərə uyğun olaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini qeyd edərək, bildirdi ki, iddiaçıya dəymiş bütün ziyan ödənilmişdir. Onun bütün xərclərini çəkmişdir. İddiaçıya heç bir borcu qalmayıb. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixdə X4 əməliyyat olunmuş, əməliyyatın xərcini ödəmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə aralarında barışıq əldə edilən zaman iddiaçıya 15.000 manat pul verilmişdir. Əlavə olaraq ona düşən sığorta məbləğini almaq üçün iddiaçıya etibarnamə vermiş və həmin etibarnamə ilə iddiaçı 1500 manat pul almışdır.İddia tələbinin rədd olunmasını xahiş etdi. Həmçinin Cavabdeh iddia ərizəsinə etiraz verərək, bildirmişdir ki, iddiaçının iddiası tamamilə əsassızdır. Belə ki, həqiqətən 02 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində idarə etdiyi Mercedes Benz C200 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax-Ağdam-Laçın yolunun 34-cü km-də, Bərdə rayonu Şirvanli kəndindən keçən hissəsində piyada İddiaçı vurmuş və ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı ona elan edilmiş öz təsdiqini tamamilə tapmışdır. Lakin Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(021)-4012024 nömrəli Qərarı ilə o, zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməyinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilmişdir. Göründüyü kimi zərərçəkmiş şəxs İddiaçı Bərdə rayon Məhkəməsinə 05 fevral 2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizə verərək, onunla barışdığını, ona qarşı heç bir iddiası, şikayət və tələbinin olmadığını bildirmişdir. İddiaçı barışıq ərizəsi verməsi üçün xx.xx.2024-cü il tarixdə ASAN xidmət mərkəzində ona 15000 manat nəğd pul ödəmişdir (bununla bağlı video çəkiliş edilmiş və SD diski etiraza əlavə olunur). Bundan əlavə, İddiaçı müalicəsi üçün xx.xx.2023-cü il tarixdə X7 9.700.00 manat, yenə xx.xx.2023-cü il tarixdə X7 243.00 manat, daha sonra xx.xx.2023-cü il tarixdə yenə Gəncə Beynəlxalq xəstəxansına 2000 manat pul ödəmişdir. Bunlardan başqa, Azərbaycan Sənaye Sığorta ASC-dən ona çatası 1500 manat sığorta pulunu alması üçün İddiaçı etibarnamə vermişdir və sonuncu həmin 1500 manat pulu bankdan çıxartmışdır. Beləliklə etiraza əlavə etdiyi müvafiq sübutlarla İddiaçı cəmi 28443 (iyirmi səkkiz min dörd yüz qırx üç) manat ödəniş etmişdir. Bundan başqa iddiaçının müayinə və müalicəsinə dərman və digər xərclər üçün də xərc çəkmişdir. Bu barədə reseptlər də vardır. Lakin həmin xərclərin qeyd etmək istəmir. Ancaq öz hesabı ilə iddiaçının müalicəsinə cəmi 35000 manat xərc çəkmişdir. Ona görə də İddiaçı onun borcu yoxdur, o, barışıq ərizəsi verməsi üçün pulu alarkən daha heç bir tələbinin olmadığını bildirdi, onunla gələcəkdə hansısa müalicə üçün ödəniş etməkləri barədə danışıqları olmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın tələbinin təmin olunmamasına dair məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Seriya AA403106 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkün statusu verilmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı X7 9700 və 343 manat olmaqla cəmi 10.043 manat, xx.xx.2023-cü il tarixdə isə əlavə olaraq 2000 manat ödəniş etmişdir. Cəmi 12.043 manat ödəniş etmişdir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-baş idarəsi tərəfindən verilmiş Epikrizdən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə xəstəxəxanya girişi qeydə alınmış, xx.xx.2023-cü il tarixdə çıxışı qeydə alınmışdır. Diaqnozu “Avtotravma. Baş beyinin diffuz travması. (S06.2) Sol akromial-körpücük oynağının çıxığı. Simfizin cırılması.(S43.1) Qalça, qasıq, oturaq sümüklərinin qapalı, yerdəyişmiş sınıqları. (S32) Th12 fəqərə cisminin sağ yarı üst küncünün sınığı.(S22) Total splenoektomiya cərrahi əməliyyatından sonrakı vəziyyət. (S36) Hartmann cərrahi əməliyyatından sonrakı kolostoma, episitostoma. Sidik kanalının travması. (S37.3) Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-baş idarəsinin xx.xx.2023-cü il tarixli Fakturasından görünür ki, İddiaçı tərəfindən 14520,07 manat ödəniş edilmişdir. Mülki işə əlavə olunmuş X9 tərəfindən verilmiş epikrizdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə xəstəxəanya girişi qeydə alınmış, xx.xx.2024-cü il tarixdə klinikada yoğun bağırsağın stomasının qapadılması əməliyyatı edilmişdir. xx.xx.2024-cü il tarixdə ümumi yaxşılaşma ilə evə buraxılmışdır. Anamnez morbidən görünür ki, xəstə 6 ay əvvəl yoğun bağırsaq keçməzliyi səbəbi ilə tərəflərindən “Hartman” əməliyyatı olunmuşdir. Əməliyyat qeydindən görünür ki, köhnə kəsikdən qarın içinə girildi, yapışıqlıqlar düşüldü, rektal güdük bulundu, sərbəstləşdirildi, qarın divarında kolostoma sərbəstləşdirildi, 28 mm stapler anvili bağırsaq içinə qoyuldu. Mülki işə əlavə olunmuş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı X7 1600 manat ödəniş etmişdir. Mülki işə əlavə olunmuş Bakı Sağlamlıq Mərkəzi tərəfindən verilmiş Epikrizdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə xəstəxəanya girişi qeydə alınmış, xx.xx.2024-cü il tarixdə klinikada ümumi anesteziya ilə Uretranın bulboz hissəsinin plastikası əməliyyatı icra edilmişdir. xx.xx.2024-cü il tarixdə çıxışı qeydə alınmışdır. Anamnezdən görünür ki, xəstə bir müddət öncə avtomobil qəzasında bədənin çox saylı açıq və qapalı travmalardan bir çocu təcili əməliyyatlar keçirmişdir. Gəmçinin aralıq nahiyəsinə aldığı küt travma səbəbilə uretranın bilboz hissəsinin tam obstruktsiyası ilə əlaqədar olaraq sidik ifrazı tam daynmış və sidik kisəsinə yerləşdirilən sistodtom vasitəsilə diurez qısamüddətli bərpa edilmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı Bakı Sağlamlıq Mərkəzinə 1850 manat ödəniş etmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı Bakı Sağlamlıq Mərkəzinə 82 manat ödəniş etmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı Bakı Sağlamlıq Mərkəzinə 70 manat ödəniş etmişdir. Mülki işə əlavə olunmuş əl yazısı olan qəbzdən görünür ki, Gəncə və Bakı şəhərlərinə gediş haqqı cəmi 470 manat məbləğində hesablanmışdır. Mülki işə əlavə olunmuş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, X15 MMC-yə 100 manat ödəniş edilmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, aptekə 198,43 manat, 136,70 manat və 66,00 manat olmaqla cəmi 401,13 manat ödəniş edilmişdir. Mülki işə əlavə olunmuş AR-İİİ №443887 nömrəli xx.xx.2024-cü il tarixli Etibarnamənin surətindən görünür ki, Cavabdeh Azərbaycan Sənaye Sığorta ASC-də və istənilən banklarda onu təmsil etməyi, ona çatası sığorta pulunun alınması ilə əlaqədar olaraq adından bütün sənədləşdirmə işlərini aparmağı, adına hesab açmağı, ona məxsus olan sığorta pulunu almağı, zəruri olan sənədləri arayışları təqdim etməyi, almağı, adından ərizə verməyi, əvəzindən bütün sənədlərə imza etməyi və bu tapşırığın yerinə yetirilməsilə digər hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Mülki işə əlavə olunmuş Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(021)40/2024 saylı Qərardan görünür ki: -təqsirləndirilən şəxs Cavabdeh 02 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində idarə etdiyi Mercedes Benz C200 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax- Ağdam-Laçın yolunun Bərdə rayonu Şirvanlı kəndindən keçən 34-cü kilometrliyində Ağdam rayonu istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni o, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyərək yolu sağdan sola doğru adi yerişlə keçən piyada İddiaçı yolun orta xəttinin üzərində vurmuş, daha sonra 26 metr qarşıda yolun Bərdə rayonu istiqamətində sağ kənarında dayanmış X11 məxsus BMW 5201 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolun Bərdə rayonu istiqamətində sağından soluna doğru 0.7 metr məsafədə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan piyada İddiaçı travmatik şok İİİ dərəcə ilə müşayiət olunan baş beyin diffuz travması, sol bazu-körpücük oynağının çıxığı, simfizin cırılması, qalça, qasıq, oturaq sümüklərininin qapalı, yerdəyişmiş sınıqları, Xİİ döş fəqərə cisminin sağ yarısının sınığı, dalağın çıxarılması, hartman cərrahi əməliyyatından sonrakı kolostoma, episitostoma, sidik kanalının travması xəsarətləri ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X12 publik hüquqi şəxsin Bərdə rayon şöbəsi tərəfindən verilmiş 30 oktyabr 2023-cü il tarixli, 799 saylı Rəydən görünür ki, İddiaçı bədəni üzərində müəyyən edilmiş xəsarətlər-travmatik şok İİİ dərəcə ilə müşayət olunan baş beyin diffuz travması, sol bazu-körpücük oynağının çıxığı, simfizin cırılması, qalça, qasıq, oturaq sümüklərinin qapalı, yerdəyişmiş sınıqları, Xİİ döş fəqərə cisminin sağ yarısının sınığı, dalağın çıxarılması, Hartmann cərrahi əməliyyatından sonrakı kolostoma, episitostoma, sidik kanalının travması, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi zamanı piyada kimi törənə bilər, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs İddiaçı notariat qaydada təsdiq edilmiş 05 fevral 2024-cü il tarixli ərizəsindən görünür ki, Hüseynov X1 Murad Bəhmən oğlu ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinmiş, zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh 02 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində idarə etdiyi Mercedes Benz C200 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax-Ağdam-Laçın yolunun Bərdə rayonu Şirvanlı kəndindən keçən 34-cü kilometrliyində Ağdam rayonu istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni o, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyərək yolu sağdan sola doğru adi yerişlə keçən piyada İddiaçı yolun orta xəttinin üzərində vurmuş, daha sonra 26 metr qarşıda yolun Bərdə rayonu istiqamətində sağ kənarında dayanmış X11 məxsus BMW 5201 markalı, **- BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolun Bərdə rayonu istiqamətində sağından soluna doğru 0.7 metr məsafədə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan piyada İddiaçı travmatik şok İİİ dərəcə ilə müşayiət olunan baş beyin diffuz travması, sol bazu-körpücük oynağının çıxığı, simfizin cırılması, qalça, qasıq, oturaq sümüklərininin qapalı, yerdəyişmiş sınıqları, Xİİ döş fəqərə cisminin sağ yarısının sınığı, dalağın çıxarılması, hartman cərrahi əməliyyatından sonrakı kolostoma, episitostoma, sidik kanalının travması xəsarətləri ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Zərərçəkmiş şəxs İddiaçı notariat qaydada təsdiq edilmiş 05 fevral 2024-cü il tarixdə ərizə verərək bildirmişdir ki, Cavabdeh ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(021)40/2024 saylı Qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinmiş, zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə cinayət təqibinə xitam verilmişdir. Lakin sonradan avtomobilin onu vurmasından yaranan xəsarətlə əlaqədar xx.xx.2024-cü il tarixdə X6 yoğun bağırsağın stomasının qapadılması əməliyyatı keçirmiş və xx.xx.2024-cü il tarixdə X7 1600 manat ödəniş etmişdir. Daha sonra həmin avtomobilin onu vurmasından yaranan xəsarətlə əlaqədar xx.xx.2024-cü il tarixdə Bakı Sağlamlıq Mərkəzind ümumi anesteziya ilə Uretranın bulboz hissəsinin plastikası əməliyyatı icra edilmiş və ümumilikdə 2000 manat tərəfindən xəstəxanaya ödəniş edilmişdir. Bundan başqa avtoqəza nəticəsində cavabdehə ödənilməli olan 1500 manat sığorta pulunu iddiaçı almışdır. Yuxarıda göstərilənlər həm iddiaçının, həm də cavabdehin ifadələri ilə təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, İddiaçı cinayət işi üzrə icraat zamanı cavabdehlə barışması və ona dəymiş ziyanı tamamilə ödənilməsi barədə ərizə verməsinə baxmayaraq, həmin ərizənin verilməsindən sonra avtomobilin onu vurması nəticəsində yaranan xəsarətlərlə əlaqədar təkrar olaraq X2 və Bakı Sağlamlıq Mərkəzində 2 dəfə əməliyyat olunması zamanı onun tərəfindən həmin xəstəxanalara əlavə 3600 manat pul ödənilmişdir. Lakin İddiaçı xx.xx.2023-cü il tarixdə Dövlət Təhlükəsizlik Xidmətinin xəstəxanasında əməliyyat üçün ödədiyi 14.520 manatın xx.xx.2024-cü il tarixdə 15.000 manatının cavabdeh tərəfindən qaytarılmasını və cavabdehə ödənilməli olan 1500 manat sığorta pulunu etibarnamə əsasına onun tərəfindən alınmasını nəzərə alaraq iddiaçıya 1620 manat maddi ziyan dəyməsi müəyyən edilir. İddiaçı tərəfindən materiala əlavə edilmiş dərman qəbzləri və yol pulu ilə bağlı qeydi sübut kimi qəbul edilə bilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsinin 107-ci maddəsində əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124.1-ci maddəsinə əsasən iş üzrə ödənilməmiş 64.77 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 36.20 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməliddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh oğundan 1620 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 64.77 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 36.20 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-247/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-247/2025
23.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver