Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-257/2021 12.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İddiaçılar X2, İddiaçı2 Cavabdeh Cavabdeh iştirakı ilə İddiaçılar X3 İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsinin bölünməsi və tanıdılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçılar X4 və İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 25 iyul 1998-ci il 10 nömrəli qərar ilə onlara verilmiş 1,51 ha torpaq sahəsinin onunla övladı X5 torpaq sahəsinin bölünməsi və tanıdılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar X4 və İddiaçı2 məhkəməyə ərizə verərək işin baxılmamış saxlanılmaqla sənədlərinin özlərinə qaytarılmasını xahiş etmişlər. Cavabdeh məhkəməyə ərizə təqdim edərək işin baxılmamış saxlanılmasına etirazının olmadığını bildirmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə olan sənədləri araşdırıb, iddiaçılarnın ərizəsinə qiymət verib belə hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçılar X3 İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsinin bölünməsi və tanıdılması tələbinə dair ərizəsi baxılmamış saxlanılsın və sənədlər iddiaçılara qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-257/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-257/2021
12.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver