Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2645/2022 25.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında” ərizəsinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qarşı “Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında” ərizəsi ilə məhkəməyə müraciət edərək Mediasiya prosesi nəticəsində bağlanmış 20 oktyabr 2021-ci il tarixli “Barışıq sazişi”nin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, ərizə ilk növbədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149-cu maddəsinə, yəni forma və məzmunla bağlı tələblərinə uyğun olmalıdır. Hazırki iddia ərizəsi isə bu tələblərə riayət edilmədən hazırlanmışdır. Belə ki, ərizəyə mediasiya sazişinin maraqlı şəxs tərəfindən icra edilməməsi və ya icrasından imtina edilməsinə dair sənəd əlavə edilməmişdir. Ərizədə ərizəçinin Bərdə rayonunda yaşaması qeyd olunsa da ərizədə onun Laçın rayonundan məcburi köçkün olduğu qeyd edilmişdir. Lakin, iş materiallarına ərizəçinin məcburi köçkün olmasına dair vəsiqənin surəti əlavə edilməmişdir. Ərizəçinin şəxsiyyət vəsiqəsinin surətindən isə onun hansı ünvana qeydiyyatda olduğunu müəyyən etmək mümkün deyil. Həmçinin, tərəflər arasında mediasiya sazişinin xx.xx.2021-ci il tarixdə bağlanmasına baxmayaraq sazişin icra edilməməsi ilə bağlı hansı səbəbdən xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edilməsi iş materiallarından müəyyən edilmir. Ərizəçinin məcburi köçkün olmasına dair vəsiqənin surətinin olmaması səbəbindən ərizəçinin “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş qaydada dövlət rüsumundan azad edilməsini də müəyyən etmək mümkün deyil. MPM-in 150.1.5-ci maddəsinə əsasən, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilməlidir. MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-in 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, MPM-in yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxs qarşı “Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında” ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi Maraqlı şəxs qarşı “Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında” ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2645/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2645/2022
25.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver