Məhkəmə qərarları › İş №2(021)-2686/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2686/2023

11.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2686/2023 11.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 iclas kаtibliyi, üçüncü şəxs Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə və üçüncü şəxs Cavabdeh2 qarşı “Torpaq sahəsinin sərhədləri müəyyən olunmaqla naturada tanıdılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə və üçüncü şəxs Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, **********27 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan Bərdə rayonu, Qaradağlı kəndində yerləşən 0,24 ha torpaq sahəsinin sərhədlərinin müəyyən olunması və naturada tanıdılması, müraciətə baxılması üçün ödədiyi 121 manat pulun və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsi üzrə mülki işə mahiyyəti üzrə baxılmasından imtina etdiyini, ərizəsinin və əlavə edilmiş sənədlərin özünə qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Cavabdeh2 işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini və mülki iş üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəblərini haqqda heç bir məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə üçüncü şəxsi dinləyib işdə olan sənədləri araşdırıb, iddiaçının ərizəsinə qiymət verib belə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, hazırki iş inzibati xarakterli olmaqla inzibati orqanın vəzifə və funksiyaları ilə bağlıdır. Beləki, ərizədən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə və üçüncü şəxs Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, **********27 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan Bərdə rayonu, Qaradağlı kəndində yerləşən 0,24 ha torpaq sahəsinin sərhədlərinin müəyyən olunması və naturada tanıdılması, müraciətə baxılması üçün ödədiyi 121 manat pulun və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq xeyrinə verilməsinə dair qətnamə qəbul etmişdir. Məhkəmə iddia tələbini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mülki məhkəmənin səlahiyyətinə aid olmadığından iş üzrə icraata xitam verilməli və hazırki tələbə inzibati məhkəmədə baxıldığından iddiaçıya inzibati məhkəməyə müraciət etməsi izah edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Odur ki, müəyyən edilmiş vəziyyətlə əlaqədar məhkəmə iddiaçının nəzərinə çatdırır ki, hazırki tələbi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. İşdə olan xx.xx.2023-cü il tarixli, 23763 nömrəli qəbzdən görünür ki, İddiaçı Bərdə rayon məhkəməsinə hazırkı iddia ərizəsi ilə müraciət edərkən 100 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı, 0,60 manat əlavə ödəniş etməklə ümumilikdə 101 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 261, 263, 264, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə və üçüncü şəxs Cavabdeh2 qarşı “Torpaq sahəsinin sərhədləri müəyyən olunmaqla naturada tanıdılması” tələbinə dair ərizəsi üzrə icraata xitam verilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırki tələblə bağlı aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar