Məhkəmə qərarları › İş №2(021)-2746/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2746/2024

02.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2746/2024 02.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “İbtidai istintaq orqanının və məhkəmənin səhvi nəticəsində vurulmuş fiziki, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ərizəsini nəzərdən keçirib Müəyyənetdim: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cinayətin törədilməsinə aidiyyəti olmadığı halda, ibtidai istintaq və məhkəmə orqanları tərəfindən qanunsuz və əsassız olaraq Azərbaycan Respublikasının CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, 24 gün müddətində şübhəli şəxs qismində, 2 il 6 ay 26 gün azadlıqdan məhrum edilməsi nəticəsində ona vurulmuş fiziki zərərin əvəzi olaraq 20.000 manat, maddi zərərin əvəzi olaraq 20.000 manat və mənəvi zərərin əvəzi olaraq 50.000 manat, cəmi 90.000 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının dövlət büdcəsindən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iş üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi ünvan 1 ünvanında yerləşir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 35.1-ci maddəsinə əsasən, Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, iddiaçı hazırkı iddia tələbi ilə cavabdehin rəsmi qeydiyyatda olduğu Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etməli olduğu halda Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. MPM-in: 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İstinad edilən qanunvericilik normalarının tələblərinə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “İbtidai istintaq orqanının və məhkəmənin səhvi nəticəsində vurulmuş fiziki, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ərizəsi geri qaytarılmalıdır. İddiaçıya izah edilir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra eyni tələblə yenidən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 152 və 284-3-cü maddələrini rəhbər tutaraq Qərarverdim: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “İbtidai istintaq orqanının və məhkəmənin səhvi nəticəsində vurulmuş fiziki, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi İddiaçı geri qaytarılsın. Qərardaddan 10 gün müddətində yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar