Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2815/2021 25.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1 Rəfayıl oğluna, Bərdə regional ASAN Xidmət mərkəzində notariat ofsinin xüsusi notariusuna , Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Ərazi idarəsinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ” barədə ərizəsini nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı1 və qeyriləri cavabdehlər Cavabdeh1 Rəfayıl oğluna, Bərdə regional ASAN Xidmət mərkəzində notariat ofsinin xüsusi notariusuna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Ərazi idarəsinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ” barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə hesab edir ki, ərizə və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizəyə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə olunmalıdır. MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, ərizəçi İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1 Rəfayıl oğluna, Bərdə regional ASAN Xidmət mərkəzində notariat ofsinin xüsusi notariusuna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Ərazi idarəsinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçilərə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 150-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A RA ALDİ : Ərizəçi İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1 Rəfayıl oğluna, Bərdə regional ASAN Xidmət mərkəzində notariat ofsinin xüsusi notariusuna , Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Ərazi idarəsinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ” barədə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi İddiaçı1 göstərilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bərdə rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2815/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2815/2021
25.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver