Məhkəmə qərarları › İş №2(021)-2820/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2820/2024

30.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2820/2024 30.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Ziya Yaşar oğlu, İddiaçı Cavabdeh qarşı “Nikahın pozulması, uşaqların himayədə saxlanılması və aliment ” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyənetdim: İddiaçı məhkəməyə müraciət edərək, əlavə vaxt verilmədən onunla Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə, Quba Regional “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 886 nömrə ilə qeydiyyata alınmış rəsmi nikahın pozulmasına, birgə nikahlarından olan xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X1 onun himayəsində saxlanılmasına, azyaşlı övladlarının saxlanılmasına görə hər ay 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində aliment və xx.xx.2022-c- il təvəllüdlü X1 3 yaşına qədər saxlama xərci olaraq isə hər ay 200 manat olmaqla ümumlikdə 670 manat sabit pul məbləğində alimentin tutulmasına və iddia qaldırmaq üçün ödənilmiş 50 manat dövlət rüsumu, mediasiyada və ödənilmiş 50 manat rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, tərəflər Quba rayonu, Bərqov kəndində qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikasının 04 aprel 1996-cı il tarixli Qanunun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətandaşı barədə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzrdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, tərəflərin qeydiyyat ünvanı ünvan 1a uyğun olaraq Quba Rayon Məhkəməsində baxılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bu Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Qeyd olunan prossesual normalara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Nikahın pozulması, uşaqların himayədə saxlanılması və aliment” tələbi barədə iddia ərizəsinə ərazi aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilən Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən İddiaçı Cavabdeh qarşı “Nikahın pozulması, uşaqların himayədə saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİM:

1. İddiaçı Cavabdeh qarşı “Nikahın pozulması, uşaqların himayədə saxlanılması və aliment ” tələbinə dair iddia ərizəsi geri qaytarılsın.

2. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Hakim : Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar