Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-285/2021 07.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Aygün Şaiq qəzə Əhmədovanın vəkili Vəkil İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnu pozan hərəkətlərin qanunsuz hesab edilməsi və qanunsuz tikilinin sökülməsi ilk iddia tələbi və Cavabdeh İddiaçı ilk iddianın rədd edilməsi və çıxarışın etibarsız hesab edilməsi qarşılıqlı iddia tələbi barədə mülki işə 07 oktyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mülkiyyətində olan Bərdə şəhəri, H.Əliyev prospektində 0,6 ha torpaq sahəsində yerləşən tikilidən Cavabdeh əşyaları ilə birlikdə çıxarılmasına, həmin tikilinin sökülməsinə və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə cavabdeh tərəfindən törədilən maneələrin qanunsuz hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə şəhəri, H.Əliyev prospektində ona məxsus sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı olmaqla 0,6 ha torpaq sahəsi vardır. Sözügedən torpaq sahəsi uzun müddət mülkiyyətində olsa da Cavabdeh məcburi köçkün olduğundan və ailə üzvləri ilə birlikdə orada olan tikilidə yaşadığından hazırkı iddia tələbi ilə məhkəmədə iddia qaldırmamışdır. Sözügedən torpaq sahəsinə 17.09.2020-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə ərazi idarəsi tərəfindən ********** qeydiyyat nömrəli yeni çıxarış almışdır. Cavabdeh və ailə üzvləri, məcburi köçkünlər üçün nəzərdə tutulmuş Bərdə rayonu 588 saylı qəsəbədə 2015-ci ildə dövlət tərəfindən verilmiş 6-cı binada yerləşən 3 otaqdan ibarət olan 31 saylı mənzillə təmin edilmişdir. Bundan sonra, dəfələrlə cavabdehdən ona məxsus torpaq sahəsində qanunsuz olaraq bağlı saxladığı tikilidən çıxmasını və sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına maneçilik törədən tikilinin sökülməsini tələb etsə də, cavabdeh onun haqlı tələbinə məhəl qoymamışdır. Bu səbəbdən də məcbur qalıb məhkəmədə iddia qaldırmalı olmuşdur. Hesab edir ki, Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən ona məxsus 0,6 ha torpaq sahəsində yerləşən tikilidən Cavabdeh əşyaları ilə birlikdə çıxarılmasına və həmin tikilinin sökülməsinə dair qətnamə qəbul edilməlidir. Cavabdeh məhkəməyə qarşılıqlı iddia tələbi ilə müraciət edərək cavabdehin (ilkin iddiaçının) iddia ərizəsinin əsassız olduğundan rədd edilməsinə, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə ərazi idarəsi tərəfindən verilən 17.09.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və ilkin sənədlərin etibarsız hesab edilməklə iddiasının təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh (ilkin iddiaçı) ona qarşı Bərdə Rayon Məhkəməsində iddia qaldıraraq mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsi və qanunsuz tikilinin sökülməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh (ilkin iddiaçı) öz iddiasını əsaslandıra biləcək heç bir dəlil sübut irəli sürməmişdir. Belə ki, cavabdehin (ilkin iddiaçının) özünün bəhs etdiyi sahə 1993-cü ildən onun istifadə etdiyi yerdir. Hal-hazırda həmin yerdə yaşayır. Orada ağac əkmiş, bina tikmiş, ata və anası orada dəfn olunmuşdur. Başa düşə bilmir ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə ərazi idarəsi yüklü olan torpağa ********** saylı qeydiyyat çıxarışını necə vermişdir. Hesab edir ki, ilkin iddiaçıya verilən 0,6 ha torpaq sahəsi onun tikdirdiyi evin ərazisində deyil. Əgər həmin ərazidədirsə daşınmaz əmlakın vermiş olduğu ********** saylı çıxarış etibarsız hesab edilməklə ilkin sənədlər ləğv edilməlidir. Belə ki, əgər sözügedən ərazidə hərrac keçirilibsə onun evi orada olduğu üçün ilk öncə ona həmin yerin alınması rəsmən təklif edilməli idi. Həmçinin onun da rəsmən imtinası olmalı, bundan sonra sözügedən ərazi ilkin iddiaçıya və ya digər kimlərə sə satıla bilərdi. Həmçinin iddiaçı sözügedən ərazidə 5 il yaşamayıbsa ərazini necə əldə etmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, saxta yolla sənəd əldə etmişdir. Bununla da onların hüquqları kobud surətdə pozulmuşdur. İlkin iddiaçı məxvi qaydada həqiqəti əks etdirməyən ilkin sənəd əldə etməklə saxta yolla çıxarış əldə etmişdir. Hesab edir ki, sözügedən çıxarış etibarsız hesab edilməklə ilkin sənədlər ləğv edilərək iddia rədd edilməlidir. Bərdə Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli qərarına əsasən İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnu pozan hərəkətlərin qanunsuz hesab edilməsi və qanunsuz tikilinin sökülməsi ilk iddia tələbi və Cavabdeh İddiaçı ilk iddianın rədd edilməsi və çıxarışın etibarsız hesab edilməsi qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/4120 saylı 02 aprel 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin mühəndis-qiymətləndiricisi Əkbər Ağayevin mütəxəssis rəyində qeyd olunur ki, baxış keçirilib araşdırma aparılarkən müəyyən olunmuşdur ki, Cavabdeh yaşadığı tikili İddiaçı məxsus torpaq sahəsində yerləşir. -Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli ərizəyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 11 noyabr 2020 və 25 may 2021-ci il tarixli iclaslarında dindirilmiş ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə uyğun izahat verərək ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd olunmasını məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək qarşılıqlı iddiasının təmin edilməsini, ona qarşı verilmiş iddianın isə rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahatını və ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili Vəkil çıxışını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, ilk iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İş materiallarında olan, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən 0,6 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Qaçqınların və X5 Üzrə Dövlət Komitəsinin Bərdə rayon nümayəndəliyi tərəfindən verilmiş 441 saylı 23 sentyabr 2020-ci il tarixli məktubdan müəyyən olunur ki, Kəlbəcər rayonundan məcburi köçkün Cavabdeh 2015-ci ildə Bərdə rayonu ərazisində Dövlət tərəfindən inşa edilmiş 588 mənzilli qəsəbə, bina 6, mənzil 31də (3 otaqlı) ailə üzvləri: arvadı-X7, oğlu-X6 və qızı-X3 ilə birlikdə Dövlət tərəfindən evlə təmin edilmişdir. İş materiallarında olan Qaçqınların və X5 Üzrə Dövlət Komitəsinin Bərdə rayon nümayəndəliyi tərəfindən verilmiş 94 saylı 22 aprel 2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Kəlbəcər rayonundan məcburi köçkün Cavabdeh 2015-ci ilin avqust ayında Bərdə rayonu, 588 mənzilli qəsəbə, bina 6, mənzil 31-də dövlət tərəfindən mənzillə təmin edilib və hal-hazırkı vaxta kimi həmin mənzildə ailə üzvləri: arvadı-X7 (məcburi köçkün deyil), oğlu-X6 və qızı-X3 ilə birlikdə müvəqqəti qeydiyyatda olmaqla yaşayır. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək müəyyən etdi ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus olan Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən 0,6 ha pay torpaq sahəsinin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən zəbt edilmişdir. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/4120 saylı 02 aprel 2021-ci il tarixli rəyi ilə də öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus olan 0,6 ha torpaq sahəsində yerləşən tikilidən çıxarılmalı, həmin tikili Cavabdeh hesabına sökülməli, sonuncu tərəfindən törədilən maneçiliklərə son qoyulmaqla ilk iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətində olan torpaq sahəsi üzərindəki pozulmuş hüquqları bərpa edilməli, onun iddia tələbi təmin edilməlidir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehin (ilkin iddiaçının) iddia ərizəsinin əsassız olduğundan rədd edilməsinə, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə ərazi idarəsi tərəfindən verilən 17.09.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və ilkin sənədlərin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı həmin tələblərlə bağlı məhkəməyə sübut təqdim etmədiyindən qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı idia üzrə iddiaçı qarşılıqlı iddia tələbini mübahisə edilən tikilinin 0,6 ha torpaq sahəsində yerləşmədiyini, əgər yerləşirsə onda həmin yerin hərrac tərəfindən ilk öncə ona təklif olunmalı olduğu ilə əsaslandırmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh inşa etdiyi tikilinin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətində olan 0,6 ha torpaq sahəsində yerləşməsi ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Bundan başqa iş materiallarından müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi hüquqi baxımdan boş olmuş və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı satılmışdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, qeyd olunan qarşılıqlı iddia tələbi tam əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 02 aprel 2021-ci il tarixli 10/4120 nömrəli bildirişdən müəyyən edilir ki, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnu pozan hərəkətlərin qanunsuz hesab edilməsi və qanunsuz tikilinin sökülməsi ilkin iddia tələbi təmin edilsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətində olan Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən 0,6 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozan hərəkətləri qanunsuz hesab edilsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətində olan 0,6 hektar torpaq sahəsindən çıxarılsın. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus olan Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən 0,6 ha pay torpaq sahəsi üzərində ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən inşa edilmiş tikili Cavabdeh hesabına sökülsün. Cavabdeh İddiaçı ilk iddianın rədd edilməsi və çıxarışın etibarsız hesab edilməsi qarşılıqlı iddia tələbi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-285/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-285/2021
07.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver