Məhkəmə qərarları › İş №2(021)-3075/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3075/2025

28.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3075/2025 28.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iştirakı ilə, İddiaçı Cavabdeh1 ğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 “miras əmlakdan payın naturada ayrılması” tələbinə dair ərizəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 ğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 29 may 2012-ci ildə vəfat etmiş X1 miras qalmış Bərdə rayonu Kətəlparaq kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində onun payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materillarını araşdırıb məhkəmə hesab edir ki, mülki iş baxılmamış saxlanmalıdır. Belə ki, iş materillarından görünür ki, iddiaçı iddia ərizəsində miras əmlakdan payın ayrılması tələbini etsə də iddia ərizəsinin xahiş etdi hissəsində miras qalmış Bərdə rayonu Kətəlparaq kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində onun payının naturada ayrılmasını xahiş etmişdir. Həmin torpaq sahəsində iddiaçının payı daxil olmaqla paylı mülkiyyətdə olmasına dair sənəd əlavə edilməmişdir. Həmin sənədin məhkəməyə təqdim edilməsi barədə iddiaçıya yazılı, iddiaçının nümayəndəsinə isə məhkəmə iclasında şifahi qaydada müraciət olunsa da, iddiaçı həmin sənədi məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda. məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259,260-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 “miras əmlakdan payın ayrılması” tələbinə dair mülki iş baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılsın (Mədaxil qəbzi №**********, büdcə təsnifat kodu: ********). Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar