Məhkəmə qərarları › İş №2(021)-3107/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3107/2022

31.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3107/2022 31.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlu, İddiaçı cavabdeh X2 qarşı sənəd tələbinə dair iddia ərizəsini nəzərdən keçirib məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 X4 adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Bərdə rayonu, Böyük Göyüşlü kəndində 0,25 ha həyətyanı torpaq sahəsinin çıxarışının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı məhkəmədə cavabdeh X1 X4 adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Bərdə rayonu, Böyük Göyüşlü kəndində 0,25 ha həyətyanı torpaq sahəsinin çıxarışının alınaraq ona verilməsinə dair iddia qaldırmış, bununla da iddiaçı Azərbaycan Respublikasının MPM-nin 153.2 və 153.2.1-ci maddələrinin tələblərini pozmuşdur. İddiaçı tələb olunan sənədin mövcud olması və bu sənədin cavabdehdə olmasını, həmin sənədin cavabdehdən alınaraq ona verilməsi barədə tələblə birbaşa məhkəməyə müraciət etməmişdən əvvəl müvafiq dövlət orqanına müraciət etməsi və bunun nəticəsinin olmaması, yəni həmin çıxarışın əsli yaxud dublikatının əldə edilməsi üçün DƏDRX-nin 7 saylı Ərazi İdarəsinə müraciət etməsi və bundan imtina edilməsi barədə sənədi ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. MPM-nin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. İddiaçı cavabdeh X4 adına verilmiş sənədin cavabdehdən alınaraq ona verilməsini tələb etmiş, lakin sənədin əsli, yaxud dublikatının əldə edilməsi ilə bağlı birbaşa səlahiyyətli dövlət orqanına müraciət etməmişdir və buna görə də belə bir tələbə mülki məhkəmə icraatı qaydasında baxılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının MPM-nin 153.6-cı maddəsinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən məhkəmə hesab edir ki, İddiaçı sənəd tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respubilkası MPM-nin 153, 263-264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R V E R D İ: İddiaçı cavabdeh X2 qarşı sənəd tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçı DƏDRX-nin 7 saylı Ərazi İdarəsinə müraciət etməli olması izah edilsin. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar