Məhkəmə qərarları › İş №2(021)-311/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-311/2022

08.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-311/2022 08.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X9 oğlunun iclas katibliyi, İddiaçı və vəkili X5 iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı “payların ayrılması və naturada ayrılması“ tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Alpoud kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsindən 01 yanvar 2009-cu il təvəllüdlü oğlu X3 payının ayrılıb naturada tanlnması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdeh X1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə olan sənədləri araşdırıb müəyyən etmişdir ki, İddiaçı mərhum əri X2 qalmış mirasın qəbul edilməsi və ya ondan imtina olunması barədə müvafiq notarial orqana müraciət olunması, notarius tərəfindən vərəsəlik işinin açılıb-açılmaması barədə heç bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinin tələbinə görə məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçıya izah olunmalıdır ki, mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi üçün müvafiq notarial orqana müraciət etməli olduğu halda , qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl olunmamışdır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X1 qarşı “payların ayrılması və naturada ayrılması “ tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasi Mulki Prossesual Məcəlləsinin 259.0.1, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: İddiaçı cavabdeh X1 qarşı “payların ayrılması və naturada ayrılması" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar