Məhkəmə qərarları › İş №2(021)-317/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-317/2024

17.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-317/2024 17.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Mutafayeva Lalə Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılıb tanıdılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü ƏY YƏ N E TD İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bərdə rayon Alpoud kəndində yerləşən mərhum həyat yoldaşına məxsus 0,03 ha həyətyanı pay torpağının 1⁄2 hissəsinə X1 övladı X5 müəyyən edilmiş miras payının naturada tanınaraq naturada bölünməsinə dair qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X13 ilə rəsmi olaraq 2008-ci il tarixdə ailə qurub evlənmişdir. Birgə nikah dövründən 01 yanvar 2009-cu il təvəllüdlü X14 adlı 1 övladları doğulmuşdur. Aralarında yaranmış narazılığa görə 2012-ci il tarixdən ayrı yaşamışlar. Həyat yoldaşı Elmidar Hüseynov 18 iyul 2018-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşı vəfat etməmişdən öncə Bərdə rayon Alpoud kəndində onun adına 0.15 ha həyatyanı torpaq sahəsi verilmişdir. Onlar həmin torpaq sahəsinin bir hissəsində ev də tikmişdirlər. Lakin nikahları pozulduqdan sonra həmin evi sökmüşlər və evin bütün materiallari da ordadır. Həyat yoldaşı Elmidar Hüseynov vəfat etdikdən sonra Bərdə rayon Alpoud kəndində yerləşən 0.15 ha həyatyanı torpaq sahəsini hazırki iş üzrə cavabdeh qaynanası Cavabdeh istifadə etmişdir, hal-hazırda da istifadə edir. Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-124/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bərdə rayonu, Alpoud kəndində yerləşən mərhum həyat yoldaşına məxsus 0,03 ha həyətyanı pay torpağının 1/2 hissəsinə X1 anası Cavabdeh Ələsgər qızı və oğlu X5 miras payları müəyyən edilmişdir.Məhkəmə qətnaməsinə əsasən paylar müəyyənləşməsinə baxmayaraq, qətnamənin icra olunaraq oğlunun payına düşən torpaq sahəsinə Çıxarış alınması üçün Bərdə 7 saylı Daşınmaz Əmlaka müraciət etdiyi üçün Daşınmaz Əmlak tərəfindən Bərdə rayon Alpoud kəndində yerləşən torpaq sahəsinə baxış keçirilərək torpaq sahəsi bölünəcəkdi. Lakin qaynanası Cavabdeh torpaq sahəsinin ölçülməsinə icazə vermədiyi üçün 7 saylı Bərdə ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli bildiriş ilə Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatna alınmasından imtina edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Alpoud kənd Nazırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 587 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Alpoud kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- İİİ 168334 nömrəli xx.xx.2023-cü il tarixli Arayışdan müəyyən olunur ki, X14 01 yanvar 2009-cu ildə doğulmuşdur, atası X13, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş AZ-1 944668 nömrəli, xx.xx.2023-cü il tarixli Arayışdan müəyyən olunur ki, X13 18 iyul 2018-ci ildə ölmüşdür. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 2(021)124/2023 saylı 28 fevral 2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Bərdə rayonu, Alpoud kəndində yerləşən mərhum həyat yoldaşına məxsus 0,03 ha həyətyanı pay torpağının 1/2 hissəsinə X1 anası Cavabdeh Ələsgər qızı və oğlu X5 miras paylarının müəyyən edilməsi qət olunmuşdur. Həmçinin həmin qətnamədən görünür ki: Torpağın mülkiyyətə verilməsinə dair JN 023A Kod 61001018 olan şəhadətnamənin surətindən müəyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 saylı qərarı ilə X6, X7, Cavabdeh, X8 və X10 mülkiyyətində Bərdə rayonu, Alpoud kəndində 0.15 ha torpaq sahəsi verilmişdir. X24 Xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş 220/2022 saylı, 01 fevral 2023-ci il tarixli arayışdan müəyyən olunur ki, Bərdə rayonu, Alpoud kəndində qeydiyyatda olan X4 17 iyul 2018-ci il tarixdə ölməsi barədə X24 Xidmət Mərkəzi notariat ofisinə daxil olan məlumat vərəsəlik hüququ haqqında olmuşdur, təqdim edilmiş sənədlərə və məlumatlara əsasən şəhadətnamənin verilməsinə dair müraciət etmiş şəxslər anası Cavabdeh Ələsgər qızı və oğlu X2 Elmidar Həsən oğlunun qanun üzrə vərəsələri kimi tanınmaq hüququna malikdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2023-cü il trixli Bildirişdən görünür ki, İddiaçı Bərdə rayonu Alpoud kəndində yerləşən həyətyanı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli ərizəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi idarəsində baxılmışdır. Ərizənin icrası ilə bağlı həyətyanı torpaq sahəsinə müayinə baxışı keçirilməsi məqsədilə idarənin mütəxəssisi yuxarıda qeyd edilən ünvanda olmuşdur. Lakin yerində müayinə baxışı keçirilən zaman daşınmaz əmlak ilə bağlı mübahisənin olduğu müşahidə olunmuş və inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina olumuşdur. İş materiallarından görünür ki, mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(021)-3991/2023 saylı qərardadı ilə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində göstərilmişdir ki; Bərdə rayon Məhkəməsinin 2(021)-3991/2023 saylı, 17 noyabr 2023-cü il tarixli mülki işi üzrə İddiaçı Cavabdeh qarşı Bərdə rayonu Alpoud kəndində yerləşən mərhum həyat yoldaşına məxsus 0.03 ha torpaq sahəsinin naturada tanıdılması və bölünməsi ziyan tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 07 noyabr 2023-ci il tarixli 2(021)- 3991/2023 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasinin keçirilməsini təmin edib mütəxəssis rəyinin verilməsi ilə əlaqədar araşdırma aparılmışdır; -İddiaçı və cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinin koordinatları naturada təyin edilərək TEKUİS məlumat bazasına əsasən müqayisə edilmişdir; -Bərdə Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli 2(021)-1026/2022 nömrəli qərardadına əsasən tərtib edilmiş bölgü sxemində nəzərdə tutulan X1 payına düşən 0.03 ha həyətyanı torpaq sahəsinin 1⁄2 hissəsinin övladı X5 müəyyən edilmiş miras payının naturada bölünməsi mümkündür; -Torpağın Mülkiyyyətə verilməsinə dair JN-023 sayylı şəhadətnaməyə əsason cavabdehlerin birgə mülkiyyətinə verilmiş 0.15 ha həyətyanı torpaq sahəsinin kənd arası yola çıxışı nəzərə alınmaqla X3 naturada paylarının ayrılması mümkündür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə mütəxəsis rəyini əsas götürərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, mütəxəsiss rəyində qeyd olunmuşdur ki, X1 payına düşən 0.03 ha həyətyanı torpaq sahəsinin 1⁄2 hissəsinin övladı X5 müəyyən edilmiş miras payının naturada bölünməsi mümkündür. Məhkəmə hesab edir ki, mütəxəssis rəyinə əsasən torpaq sahəsinin naturadan ayrılıb müəyyən edilməsi mümkün olduğundan torpaq sahəsinin X9 düşən payın naturadan ayrılıb ona tanıdılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqlarının və X12 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, X1 payına düşən 0.03 ha həyətyanı torpaq sahəsinin 1⁄2 hissəsinin övladı X5 müəyyən edilmiş miras payı naturada ayrılıb ona tanıdılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılıb tanıdılması” tələbi təmin edilsin. X1 payına düşən Bərdə rayonu, Alpoud kəndində yerləşən 0.03 ha həyətyanı torpaq sahəsinin 1⁄2 hissəsinin övladı X5 müəyyən edilmiş miras payı naturada ayrılaraq ona verilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar