Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-320/2023 16.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı «torpaqdan çıxarılma, payların müəyyən edilməsi, naturada bölünməsi, sahiblik və istifadə hüququnun təmin edilməsi və pul» tələbinə dаir iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü ƏY YƏ N E TD İ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Mustafaağalı kəndində yerləşən birgə mülkiyyətində olan 5,02 ha pay torpaq sahəsinin ona düşən hissəsində payının müəyyən edilməsi, naturada ayrılması, sahiblik və istifadə hüququmun təmin edilməsi və Cavabdeh1 4416 manat (əldən çıxmış fayda) pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən ona və digər ailə üzvlərinə Bərdə Rayonu Mustafaağalı kəndində 5,02 ha pay torpaq sahəsi verilmişdir. Onlara həmin torpaq sahəsinə dair JN-267 KOD 61000078 saylı dövlət aktı verilmişdir. Ailə üzvlərindən X8 və X10 vəfat etmişdir. Həmin torpaq sahəsi xeyli müddətdir cavabdeh (atası) Cavabdeh1 tərəfindən becərilir. Ailə qurduqdan sonra o, Bərdə rayon Alpoud kəndində yaşayır. Hazırda maddi vəziyyəti ağırdır, ona düşən torpaq sahəsini əkib-becərmək istəyir. Lakin Cavabdeh1 həmin torpaq sahəsini əkib-becərməyə maneçilik törədir. Dəfələrlə cavabdehə torpaqdan çıxmasını və torpağın onun sahibliyinə qaytarmasını tələb etmişdir, lakin bir nəticəsi olmamışdır. Cavabdeh 20 ildən artıq müddətdir ona düşən pay torpaq sahəsindən istifadə etməklə gəlir əldə etmişdir. Hesab edir ki, həmin torpaq sahəsindən hər il yonca əkini əkib-becərməklə gəlir əldə edə bilərdi. Keçən müddət ərzində cavabdeh tərəfindən ona 4416 manat zərər vurulmuşdur. Cavabdeh tərəfindən ona vurulmuş zərər mütəxəsis rəyində də öz əksini tapmışdır. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Müşfiq Mehdiyev daha sonra məhkəmə iclasında iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək Cavabdeh1 5400 manat əldən çıxmış fayda şəklində pulun alınıb verilməsinə və birgə mülkiyyətlərində olan 5,02 ha torpaq sahəsinin onlara düşən hissəsində payın verilməsinə, naturada ayrılmasına və paylarından cavabdehlərin çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X7 iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş AA******* nömrəli, xxxxxxx FİN kodlu şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş İddiaçı yazılı müraciətinə əsasən 10 avqust 2022-ci il tarixdə “X9” MMC tərəfindən verilmiş 5 ha torpaq sahəsinə əkilən yonca bitkisinin qiymətləndirilməsinə dair mütəxəssis rəyindən görünür ki, 2012-ci il tarixdən 2021-ci il tarixə kimi ümumi torpaq sahəsinə əkilən yonca bitkisinin xərci çıxıldıqdan sonra cəmi dəyəri 4416 AZN təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair JN – 267, KOD 61000078 nömrəli dövlət aktından görünür ki, Bərdə rayon X5 31 avqust 1998-ci il tarixli qərarına əsasən 5.02 ha torpaq sahəsi Cavabdeh1, X8, X10, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X4, Cavabdeh5 və Cavabdeh6 adına rəsmləşdirilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Alpoud kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli, 390 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu, Alpoud kəndində yaşayır. İş materiallarına əlavə olunmuş 28 yanvar 2004-cü il tarixli, AZ – İ 093677 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X12 ilə X4 arasında 28 yanvar 2004-cü il tarixdə bağlanmış nikah 65 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-320/2023 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı «torpaqdan çıxarılma, payların müəyyən edilməsi, naturada ayrılması, sahiblik və istifadə hüququnun təmin edilməsi və pul» tələbinə dаir 2(021)-320/2023 nömrəli mülki iş üzrə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmıakın Dövlət Kadastrı və Reyetri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Rəydən görünür ki, "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılmışdır. Vətəndaşların mülkiyyətində olan torpaq sahələri torpaq islahatı zamanı texniki, qüsurlu hazırlanmış, naturaya uyğun gəlməyən DWG fayllarında olan uyğunsuzluqlar aradan qaldırılaraq faktiki istifadə vəziyyətinə uyğun olaraq torpaqların elektron kadastrı uçotu məlumat bazasına yerləşdirilmişdir. Qeyd edilənləri nəzərə alaraq Bərdə rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2(021)-320/2023 nömrəli qərardadı ilə mübahisəli torpaq sahələrinə dair rəy, elektron kadastr məlumat bazasında mövcud olan Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən hazırlanmışdır. İddiaçı və cavabdehlərin iştirakı ilə mübahisəli torpaq sahəsinin koordinatları naturada təyin edilərək TEKUİS məlumat bazasına əsasən müqayisə edilmişdir.
1. Sual: Cavabdeh1 adına verilmiş JN-267 KOD 61000078 nömrəli Torpağa Mülkiyyət Hüquna X19 ilə Cavabdeh1, X8, X10, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X4, Cavabdeh5 Cavabdeh6 mülkiyyətlərinə verilmiş Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən 5.02 ha torpaq sahəsindən iddiaçı X1 payına düşən 1/9 hissə payın naturada bölünməsi mümkündürmü? Cavab: TEKUİS məlumat bazasına əsasən JN-267 KOD 61000078 nömrəli Torpağa Mülkiyyət Hüquna X19 ilə Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş pay torpaq sahəsi 2 hissədən ibarətdir. Suvarma istiqaməti və bölgü layihəsi nəzərə alınmaqla bölünməsi mümkündür.
2. Sual: Əgər mübahisəli torpaq sahəsinin naturada bölünməsi mümkündürsə həmin torpaq sahəsinin İddiaçı düşən payın sərhədləri müəyyən edilsin. Cavab: iddiaçı X1 və digərlərinin hər birinə düşən payın, birinci hissədə 0.0757 ha olmaqla, ikinci hissədə isə 0.48 ha olmaqla sərhədləri rəyə əlavə edilmiş bölgü sxemində öz əksini tapmışdır. Beləliklə, iddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Mustafaağalı kəndində yerləşən birgə mülkiyyətində olan 5,02 ha pay torpaq sahəsinin ona düşən hissəsində payının müəyyən edilməsi, naturada ayrılması, sahiblik və istifadə hüququmun təmin edilməsi və Cavabdeh1 4416 manat (əldən çıxmış fayda) pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi Müşfiq Mehdiyev məhkəmə iclasında iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək Cavabdeh1 5400 manat əldən çıxmış fayda şəklində pulun alınıb verilməsinə və birgə mülkiyyətlərində olan 5,02 ha torpaq sahəsinin onlara düşən hissəsində payın verilməsinə, naturada ayrılmasına və paylarından cavabdehlərin çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının (bundan sonra Konstitusiyanın) 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və X6 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və X6 haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Məhkəmə hesab edir ki, mütəxəsis rəyinə əsasən mübahisələndirilən torpaq sahələrinin naturadan ayrılıb müəyyən edilməsi mümkün olduğundan iddia tələbi qismən təmin edilməklə torpaq sahəsinin iddiaçıya düşən payı naturadan ayrılıb ona tanıdılmalı və həmin torpaq sahəsi iddiaçının sahiblik və istifadəsinə verilməli, cavabdehlər iddiaçıya məxsus pay torpaq sahəsindən çıxarılmaqla iddiaçının öz pay torpaq sahəsinə dair sahiblik və istifadə hüququ təmin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia pul tələbinə dair hissədə təmin edilməməlidir. Belə ki, İddiaçı ilk əvvəl Cavabdeh1 və qeyrilərindən 4416 manat (əldən çıxmış faydanın) pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, sonradan iddia tələbinin həcmini artıraraq 5400 manat əldən çıxmış faydanın alınıb iddiaçıya verilməsini xahiş etmiş, lakin iddiaçı cavabdehlərdən 5400 manat pulun alınaraq ona verilməsinə əsas ola biləcək sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi sübut olan qiymətləndirmə rəyi digər yanaşı sübutlarla təsdiq edilmir və iddiaçının digər cavabdehlərdən uzun illər əvvəl torpaq sahəsindən çıxmasını tələb etməsi və bununla bağlı tədbirlər görməsi, habelə əldən çıxmış faydanı tələb etməsinə dair müvafiq tədbirlər görməsi (alıcılarla danışıqlar aparması və müqavilə bağlaması, alıcılarla yonca kiplərinin satılmasına dair razılıq əldə edilməsi, real təkliflər və ya ofertaların olması) dair müvafiq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, mütəxəsiss rəyində 0,60 ha torpaq sahəsinə əkilən yonca bitkisinin becərilməsi üçün çəkilən xərc və gəlirlərin hansı kriteriyalara əsasən və hansı meyarlara əsaslanmaqla müəyyən edilməsini təyin etmək mümkün olmur. Belə ki, mütəxəssis lazımi qaydada əsaslandırma aparmadan qiymət təyin etmişdir ki, bu qiymət də məhkəmə qarşısında sual doğurur. Qeyd edilənlərdən cavabdehlərin hansı tarixdən iddiaçının ona məxsus payın mövcud olduğu paylı mülkiyyətdə olan torpaq sahəsindən istifadə edə bilməməsi və hüquqlarının pozulmasının, onun hansı tarixdən torpaq sahəsinə buraxılmamasının tarixini dəqiq müəyyən etmək mümkün olmur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqlarının və X6 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 12 nömrəli qərarına əsasən verilmiş JN-267 KOD 61000078 nömrəli Torpağa Mülkiyyət Hüquna X19 ilə Cavabdeh1, X8, X10, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X4, Cavabdeh5 və Cavabdeh6 mülkiyyətlərinə verilmiş Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən 5.02 ha torpaq sahəsindən iddiaçı X1 payına düşən 1/9 hissə naturada ayrılaraq İddiaçı naturada tanıdılsın və həmin sahə ayrılaraq iddiaçının sahiblik və istifadəsinə verilsin, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 İddiaçı payına düşən 1/9 hissə pay torpaq sahəsindən çıxarılsınlar. TEKUİS məlumat bazasına əsasən JN-267 KOD 61000078 nömrəli Torpağa Mülkiyyət Hüquna X19 ilə Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş pay torpaq sahəsi 2 hissədən ibarətdir olduğundan bölünmə suvarma istiqamətləri və bölgü layihəsi nəzərə alınmaqla həyata keçirilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Fuad Babaşov