Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3201/2021 26.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibiBayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Nəsib oğluna qarşı birgə nikah dövründə əldə edilmiş 8 ha torpaq sahəsinin bölünməsi və evə köçmə tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Nəsib oğluna qarşı birgə nikah dövründə əldə edilmiş 8 ha torpaq sahəsinin bölünməsi və evə köçmə tələbinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı qızı iddia tələbini onunla əsaslandırmışdır ki, o, hazırkı iş üzrə cavabdehlərin oğlu Mamedov Anar Nəsib oğlu ilə 2003-cü il tarixdə rəsmi olaraq ailə qurub evlənmişdir. Birgə nikah dövründə 25 may 2004-cü il təvəllüdlü X4, 24 oktyabr 2011-ci il təvəllüdlü Məmmədov Ayxan Anar oğlu, 2000-ci il təvəllüdlü Məmmədova Leylaxanım Anar qızı anadan olmuşdur. Aralarında olan narazılıqlara görə xeyli vaxtdır ki, ailə münasibətləri pozulmuşdur və rəsmi olaraq 28 yanvar 2020-ci il tarixdən ayrılmışlar. Cavabdeh3 ilə ailə həyatı qurduqları vaxt cavabdeh Cavabdeh1 mülkiyyətində olan Bərdə rayonu, Nazırlı kəndində yerləşən 2 otaqlı, 40 kv.m bir yardımçı binadan ibarət fərdi yaşayış evinə gəlin köçmüşdür. Sabiq həyat yoldaşı Cavabdeh3 onu bir həyat yoldaşı kimi saymayıb, teztez evdə əsassız söz-söhbətlər yaratmışdır. Aralarında olan narazılıqlara görə rəsmi olaraq nikahları pozulduqdan sonra hazırkı iş üzrə cavabdehlər və sabiq həyat yoldaşı dəfələrlə onunla dalaşmışlar və əsassız söz-söhbətə görə onu övladları ilə birlikdə evdən qovmuşdur. Hal-hazırda onun övladları ilə birlikdə başqa yaşamağa yeri yoxdur və o, müvəqqəti olaraq qohumlarının evində məskunlaşmışdır. Dəfələrlə cavabdehlərə övladları ilə birlikdə gəlib həmin evdə yaşamağı bildirsə də, gedib hətda yaşamaq istəsə də, heç bir nəticəsi olmamışdır, ona həmin evdə yaşamağa icazə verməmişlər. Həmçinin Cavabdeh3 Nəsib oğlunun Bərdə rayonu Nazırlı kəndində 8 ha torpaq sahəsi var. Onlar həmin torpaq sahəsini birgə nikah dövründə almışlar, həmin torpaq sahəsinin yarı hissəsini tələb edir. Buna görə də məcbur olub, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı Şahbaz qızı iddianı müdafə edərək, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Nəsib oğluna məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Nəsib oğlunun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Seriya AZE 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Hüseynova Asimə Şahbaz qızı xx xxxxxxx 1978-ci ildə doğulmuşdur, Tərtər rayonu, Təzəkənd kəndində qeydiyyatdadır. İş materiallarında olan Seriya AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 25 may 2004-cü ildə doğulmuşdur. İş materiallarında olan AZE 11287807 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X20 24 oktyabr 2011-ci ildə doğulmuşdur. İş materiallarında olan Tərtər rayon İcra Hakimiyyəti Başçısının Dəmirçilər kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 363 nömrəli, 26 avqust 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Tərtər rayonu, Ağkənd kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayon İcra hakimiyyəti Başçısının Şatırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 410 nömrəli, 16 avqust 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X21 hal-hazırda ərazidə qeydiyyatdadır, ərazidə yaşadığı ev atası Cavabdeh1 Məhərrəm oğlunun adındadır, iki otaqdır, Anar Nəsib oğlunun 0.8 ha həyətyanı torpaq sahəsi var. İş materiaallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin məktubundan müəyyən olunur ki, X9, Hüseynova Rasimə Şahbaz qızının, Mamedova Leylaxanım Anar qızının, X6 və Məmmədov Ayxan Anar oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində əmlak qeydiyyata alınmamışdır. İş materiallarında olan İlkin Mediasiya Sessiyasında iştiraka edilməsi barədə arayışdan müəyyən olunur ki, İddiaçı Şahbaz qızı ilkin mediasiyada iştirask etmişdir. İş materiallarında olan Bərdə rayon İcra hakimiyyəti Başçısının Şatırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 428 nömrəli, 02 sentyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X24 ərazidə qeydiyyatda olmasına baxmayaraq, Rusiya Fedarasiyasında yaşayır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin məktubundan müəyyən olunur ki, Abbasov Anar Nəsib oğlu və Abbasov Təbib Məhərrəm oğlunun adına Bərdə rayon, 2-ci Nazırlı kəndində 4 nəfər ailə üzvü ilə birflikdə JN 0016 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 2.15 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir. Abbasov Təbib Məhərrəm oğlunun adına Bərdə rayon 2-ci Nazırlı kəndində 3 nəfər ailə üzvü ilə birlikdə JN-053A torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.10 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir. İş materiallarında olan AZ-İ 366223 nömrəli çıxarışdan müəyyən olunur ki, Məmmədov Anar Nəsif oğlu ilə İddiaçı Şahbaz qızı arasında olan nikah 28 yanvar 2020-ci ildə pozulmuşdur, nikah pozulduqdan sonra arvada Hüseynova soyadı verilmişdir. İş materiallarında olan JN 0016 nömrəli, KOD 61022028 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 12 nömrəli qərarı ilə Bərdə rayonu Nazırlı kəndində Abbasov Rəbib Məhərrəm oğluna, Cavabdeh2 Soltan qızına, X11 və X31 oğluna 2.15 ha pay torpaq sahəsi verilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı qızı ilə Cavabdeh3 2003-cü il tarixdə nikaha daxil olmaqla , rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahlarından üç uşaqları anadan olmuşdur. Tərəflər birlikdə Bərdə rayonu, Nazırlı kəndində yaşamışlar. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Qanunvericiliyin yuxarıda qeyd edilmiş normalarından da müəyyən edildiyi kimi, yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). Eyni zamanda, yaşayış binasından istifadə hüququnun əmələ gəlməsi və ya xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti kimi vəzifələri, eyni zamanda onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması hüququ vardır. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanunvericiliyin anologiya üzrə tətbiqi adlanan 11-ci maddəsinə istinad etməklə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin mənzil sahəsi üzərində istifadə hüququnun həyata keçirilməsi barədə müvafiq maddələrinin tətbiq edilməsi məqsədəuyğundur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qaununvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Göründüyü kimi iddiaçı mübahisəli evə köçürülən zaman heç bir qeyd-şərt müəyyən edilməmiş və bu barədə cavabdehlər tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Eyni zamanda iddiaçının köçmək istədiyi fərdi yaşayış evi heç kimin adına qeydiyyatda deyil. Yəni iddiaçı və cavabdeh arasında iddianın predmetini təşkil edən münasibətlər yarandığı vaxt ev heç kimin adına qeydiyyatda olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Azərbaycan Respublikasının Konstitusiyanın 43-cü maddəsinin İ bəndinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qaydada olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, mübahisə predmeti olan fərdi yaşayış evi hazırda heç kimin adına qeydiyyatda deyil və həmin ev üzərində İddiaçı övladları ilə birlikdə yaşamaq hüququ var. Odur ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı övladları 25 may 2004-cü il təvəllüdlü X4, 24 oktyabr 2011-ci il təvəllüdlü Məmmədov Ayxan Anar oğlu, 2000-ci il təvəllüdlü Məmmədova Leylaxanım Anar qızı ilə birlikdə Cavabdeh1 Məhərrəm oğluna məxsus Bərdə rayonu Nazırlı kəndində yerləşən fərdi yaşayış evinə köçürülməlidir. İddiaçı İddiaçı Şahbaz qızı 8 ha torpaq sahəsini birgə nikah dövründə almalarını sübut edə bilmədiyindən, bu barədə iddia tələbinə heç bir sənəd əlavə etmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Nəsib oğluna qarşı evə birgə nikah dövründə əldə edilmiş 8 ha torpaq sahəsinin bölünməsi və evə köçmə tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. İddiaçı 26 sentyabr 2014-cü il təvəllüdlü Qaraşova Ofelya Mehman qızı və 15 avqust 2015-ci il təvəllüdlü 25 may 2004-cü il təvəllüdlü X4, 24 oktyabr 2011-ci il təvəllüdlü Məmmədov Ayxan Anar oğlu və 2000-ci il təvəllüdlü Məmmədova Leylaxanım Anar qızı ilə birlikdə Bərdə rayon Nazırlı kəndində Cavabdeh1 məxsus evə köçürülsünlər. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-3201/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3201/2021
26.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver