Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-342/2025 04.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X5 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər Cavabdeh1 (bundan sonra cavabdeh və ya Cavabdeh1) və Cavabdeh2 (bundan sonra cavabdeh və ya Cavabdeh2) qarşı “xx.xx.2022-ci il tarixli ********** saylı çıxarışın etibarsız hesab edilməsi və aralarında bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ya 35000 manat pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhumə X1 ilə aralarında 04 dekabr 2001-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin qanuni hesab edilməsinə, xx.xx.2022-ci il tarixli ********** saylı çıxarışın etibarsız hesab edilməsinə, bu olmadığı təqdirdə cavabdehlərdən 35000 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün saymışdır. İddiaçı məhkəməyə ərizə göndərərək X2 ilə aralarında razılığa gəldiklərindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəməyə ərizə göndərərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılmasına və mülki işin baxılmamış saxlanılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb, iddiaçının və cavabdehin ərizəsinə qiymət verib belə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 259.0.11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan qanunvericiliyin tələbinə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xx.xx.2022-ci il tarixli ********** saylı çıxarışın etibarsız hesab edilməsi və aralarında bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ya 35 000 manat pul tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılmalı və sənədlər İddiaçı qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xx.xx.2022-ci il tarixli ********** saylı çıxarışın etibarsız hesab edilməsi və aralarında bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ya 35000 manat pul tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın və sənədlər İddiaçı qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-342/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-342/2025
04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver