Məhkəmə qərarları › İş №2(039)-886/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-886/2022

14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-886/2022 14.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv ediməsi, fərdi yaşayış evinin boşaldılaraq Banka təhvil verilməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə bağlanmış 22 oktyabr 2019-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, İddiaçı ASC-nin mülkiyyətində olan Yevlax şəhəri, X3 küçəsində, 0.0512 hektar torpaq sahəsi və onun üzərində 64 ünvanında yerləşən ümumi sahəsi 116.64 m2, yaşayış sahəsi 28.79 m2, yardımçı sahəsi 87.85 kv.m olan 1 otaqlı fərdi yaşayış evinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" İKB ASC ilə (hazırkı İddiaçı ASC) ilə Cavabdeh arasında 22 oktyabr 2019-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır və həmin müqavilə Bərdə Regional “Asan xidmət” mərkəzində notariat ofisində notarial qaydada təstiq edilmişdir. Həmin müqaviləyə əsasən Yevlax şəhəri, X3 küçəsində, 0.0512 hektar torpaq sahəsi və onun üzərində 64 ünvanında yerləşən ümumi sahəsi 116.64 m2, yaşayış sahəsi 28.79 m2, yardımçı sahəsi 87.85 m2 olan 1 otaqlı fərdi yaşayış evinin nisyə alqı-satqı qaydasında 16,000 manata Cavabdeh satılması nəzərdə tutulmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh ilkin olaraq 7,000 manat məbləğində pulu alğı-satqı müqaviləsi rəsmiləşdirilən gün satıcının - İddiaçı ASC-nin hesabına ödəyir, qalan 9,000 manatı isə hər ay 200 manat olmaqla xx.xx.2023-cü il tarixədək İddiaçı ASC-yə tam ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən 7,000 manat məbləğində vəsait İddiaçı ASC-yə ödənildikdən sonra həmin yaşayış evi Cavabdeh istifadəsinə verilmişdir. Müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamışdır, müqavilənin icrası ilə bağlı İddiaçı ASC-yə lazımi qaydada ödəniş edilməmişdir. "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh arasında 22 oktyabr 2019-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin şərtlərinə əsasən müqaviləyə dəyişikliklər və əlavələr olunması, yaxud onun ləğv edilməsitərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Həmçinin həmin müqavilənin digər şərtinə əsasən tərəflərin bu müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Mübahisənin məhkəmədən kənar qaydada həll olunması üçün yazılı xəbərdarlıq məktubu 21 dekabr 2021-ci il tarixdə Cavabdeh poçt vasitəsilə göndərilmiş, o xəbərdarlıq məktubunun xx.xx.2021 -ci il tarixdə poçt qəbzinə imza etməklə qəbul etmişdir. Lakin buna baxmayaraq Cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamış, müqavilənin icrası ilə bağlı İddiaçı ASC-yə lazımi qaydada ödəniş edilməmiş, fərdi yaşayış evi boşaldılaraq Banka təhvil verilməmişdir. Tərəflərin izahatları: İddiaçı Yelo Bank” ASC-nin nümayəndəsi Mirumud Seyidov məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, bu müddət ərzində Cavabdeh borclu olduğu məbləğdən cəmi 470 manat ödəniş etmişdir. Lakin qalan məbləği, edilmiş xəbərdarlıqlara baxmayaraq ödəməmişdir. Bu da müqavilə üzrə öhdəliklərin hələ də icra edilməməsi deməkdir. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: Təqdim edilmiş "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 22 oktyabr 2019-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surəti ilə müəyyən olunur ki, Yevlax şəhəri, X3 küçəsində, 0.0512 hektar torpaq sahəsi və onun üzərində 64 ünvanında yerləşən ümumi sahəsi 116.64 m2, yaşayış sahəsi 28.79 m2, yardımçı sahəsi 87.85 m2 olan 1 otaqlı fərdi yaşayış evi nisyə alqı-satqı qaydasında 16,000 manata Cavabdeh satılmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh oğlu ilkin olaraq 7,000 manat Bankın hesabına ödəmiş, qalan 9,000 manatı isə hər ay 200 manat olmaqla xx.xx.2023-cü il tarixinədək satıcıya tam ödəməyi öhdəsinə götürmüşdür. Xəbərdarlıq məktubundan müəyyən olunur ki, Cavabdeh borcun yaranması barədə xəbərdarlıq edilmişdir. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 567. alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1 alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4 Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1 Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 421.1 Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Maddə 739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" İKB ASC (hazırda İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış 22 oktyabr 2019-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında, Yevlax şəhəri, X3 küçəsində, 0.0512 hektar torpaq sahəsi və onun üzərində 64 ünvanında yerləşən ümumi sahəsi 116.64 m2, yaşayış sahəsi 28.79 m2, yardımçı sahəsi 87.85 m2 olan 1 otaqlı fərdi yaşayış evi nisyə alqı-satqı qaydasında 16,000 manata Cavabdeh satılmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh oğlu ilkin olaraq 7,000 manat Bankın hesabına ödəmiş, qalan 9,000 manatı isə hər ay 200 manat olmaqla xx.xx.2023-cü il tarixədək satıcıya tam ödəməyi öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh yaşayış evini qəbul etsə də, ödəməli olduğu məbləği müqavilədə qeyd edilən qaydada ödəməmiş, bununla da müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən iddiaçının müqavilənin ləğv edilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələbi baxımından tələb əsaslıdır, iddia təmin edilməli, tərəflər arasında bağlanmış müqavilə ləğv edilməklə, müqavilə predmeti olan yaşayış evi iddiaçıya təhvil verilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı "xxxx" İKB ASC ilə Cavabdeh arasında 22 oktyabr 2019-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilsin. İddiaçı ASC-nin mülkiyyətində olan Yevlax şəhəri, X3 küçəsində, 0.0512 hektar torpaq sahəsi və onun üzərində 64 ünvanında yerləşən ümumi sahəsi 116.64 m2, yaşayış sahəsi 28.79 m2, yardımçı sahəsi 87.85 m2 olan 1 otaqlı fərdi yaşayış evi boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar