Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3489/2022 05.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlu, İddiaçı cavabdeh Bərdə rayon Mərkəzi Xəstəxanasına və müstəqil tələb irəli sürən Bərdə regional Asan Xidmət 1 saylı Notariat Kontoruna qarşı “məhkəmə tibbi ekspertizası və Xəttşünaslıq Ekspertizası təyin edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə-xəttşünaslıq ekspertizası və məhkəmə- tibbi ekspertizası təyin edilməsi, ekspertizaların rəyinə əsasən X1 ilə Cavabdeh1 Rafail oğlu arasında olan bağışlanmaya ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddiaçı ərizəsində məhkəmə- xəttşünaslıq ekspertizası və məhkəmə-tibbi ekspertizası təyin edilməsini, ekspertizaların rəyinə əsasən X1 ilə Cavabdeh1 Rafail oğlu arasında olan bağışlanmaya ədalətli qərar verilməsini xahiş etməklə, iddia ərizəsini qanunvericilikdə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən tərtib etmişdir. İddiaçıya izah olunmalıdır ki, məhkəmə ekspertizanı işə baxılarkən işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə təyin edə bilər. Bundan başqa iddia ərizəsində həmin ekspertizaların rəyinə əsasən X1 ilə Cavabdeh1 Rafail oğlu arasında olan bağışlanmaya ədalətli qərar verilməsini xahiş etməklə mahiyyəti aydın olmayan tələb irəli sürmüşdür. Belə ki, iddia tələbində bağışlanmaya ədalətli qərar verilməsi tələbi bağışlanma müqaviləsinə dair qanunla müəyyən edilmiş tələblərə əməl olunmasını xahiş etməsi müəyyən olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-nin 152.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən tərtib edildikdə iddia ərizəsi geri qaytarılır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bərdə rayon Mərkəzi Xəstəxanasına və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Dövlət Notariat Kontoruna qarşı “məhkəmə tibbi ekspertizası və məhkəmə xəttşünaslıq ekspertizası təyin edilməsi, ekspertizaların rəyinə əsasən X1 ilə Cavabdeh1 Rafail oğlu arasında olan bağışlanmaya ədalətli qərar verilməsi ” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 149-152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Bərdə rayon Mərkəzi Xəstəxanasına və müstəqil tələb irəli sürən Bərdə regional Asan Xidmət 1 saylı Notariat Kontoruna qarşı “Məhkəmə tibbi ekspertizası və Xəttşünaslıq Ekspertizası təyin edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 1** (bir yüz) manat ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hakim : Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-3489/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3489/2022
05.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver