Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3494/2022 06.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qızına qarşı “əmlakın həbsdən azad olunması və onun siyahıdan çıxarılması ” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzrdən keçirərək, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1in CRUZE markalı ** DY *** dövlət qeydiyyat nişanlı avtomaşın 1*.*1.2*22-ci il tarixdən onun faktiki sahibliyində olduğu üçün borclu Cavabdeh2 üzərinə həbs qoyulmuş əmlak siyahısından çıxarılmasına və CRUZE markalı ** DY *** dövlət qeydiyyat nişanlı avtomaşından istifadə etmək hüququnun dərhal bərpa olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, İddiaçı hazırkı tələbini forma və məzmun baxımından Azərbaycan Respublikası MPM-in tələblərinə riayət edilmədən iddia ərizəsi kimi tərtib etmiş və qətnamə qəbul olunmasını xahiş etmişdir. MPM-nin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçı izah olunmalıdır ki, maraqlarına toxunan şəxs sözügedən tələblə bağlı ərizə formasında müraciət etməklə, qərardad qəbul olunmasını xahiş etməlidir. Odur ki, hazırkı iddia ərizəsi MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qızına qarşı “əmlakın həbsdən azad olunması və onun siyahıdan çıxarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149,152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qızına qarşı “əmlakın həbsdən azad olunması və onun siyahıdan çıxarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 1* gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim : Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-3494/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3494/2022
06.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver