Məhkəmə qərarları › İş №2(021)-3503/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3503/2023

13.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3503/2023 13.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X3 iclas kаtibliyi ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 qarşı “paylı mülkiyyət hüququ əsasında payların müəyyən edilərək naturada ayrılması” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayonu, Xəsili kəndində yerləşən ümumi paylı mülkiyyətlərində olan 4,84 ha pay sahəsinin 1/7 hissəsinə payının müəyyən edilib naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, mülki işin baxılmamış saxlanması, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkn hesab etmişdir. Məhkəmə ərizələri və işdə olan sənədləri araşdırıb, belə hesab edir ki, iddia ərizəsi MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 26807 saylı ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı məhkəmədə işə baxlması üçün xx.xx.2023-cü il tarixdə 100 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı, ümumilikdə 101 manat ödəniş etmişdir. Belə ki, MPM-in 259.0.11-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 qarşı “paylı mülkiyyət hüququ əsasında payların müəyyən edilərək naturada ayrılması” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. İddiaçı xx.xx.2023-cü il tarixli, 26807 saylı ödəniş qəbzi ilə Bərdə Rayon Məhkəməsinin xeyrinə ödədiyi 100 (yüz) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar