Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-367/2024 28.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili X7, Cavabdeh, nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş torpaq sahəsinə payının müəyyən olunması, evə köçürülməsi və istifadə hüququnun tanıdılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X13 ilə birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında 0.25 ha torpaq sahəsinin cavabdehlə onun arasında natura şəklində bərabər bölünərək onun payının verilməsi, ünvan 1 ünvanında 0.25 ha torpaq sahəsinin üzərində inşa edilmiş 1 mərtəbəli, 1 otaqlı, 24.6 kv.m yaşayış və 35.7 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə övladı ilə birlikdə köçürülməyi və fərdi yaşayış evindən istifadə hüququmun tanıdılması barədə qanuni qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X13 ilə xx.xx.2007-ci il tarixdə rəsmi olaraq ailə həyatı qurub evlənmişlər. Birgə nikah dövründən xx.xx.2008-ci il təvəllüdlü X8 adlı 1(bir) övladları anadan olmuşdur. Uzun müddət ər-arvad kimi normal münasibətlərdə yaşadıqdan sonra onların arasında olan münasibətlər pisləşməyə başlayıb və ailə münasibətlərini bərpa edə bilmədiklərindən rəsmi olaraq nikahları Bərdə rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Cavabdeh X13 ilə rəsmi olaraq ailəli olduqları zaman, yəni xx.xx.2007-ci il tarixdə ünvan 1 ünvanında 0.25 ha torpaq sahəsi üzərində tikilmiş 1 mərtəbəli, 1 otaqlı, 24.6 kv.m yaşayış və 35.7 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi almışlar. Həmin 0.25 ha həyatyanı torpaq sahəsi Rəfael Fətəliyevin xüsusi mülkiyyətində olaraq xx.xx.2007-ci il tarixdə ********* saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Çıxarışda verilmişdir. Hal-hazırda cavabdeh qeyd etdiyi ünvanda yaşayır. Qeyd etdiyi həyatyanı torpaq sahəsində və fərdi yaşayış evində evləndikləri gündən ailə münasibətlərinin pozulduğu günə qədər yaşamışlar. Hazırda isə övladı ilə birlikdə ailəsinin evində yaşayır. Ailəsinin evi balaca olduğu üçün isə X6 yaşadığı fərdi yaşayış evində köçüb yaşamaq və fərdi yaşayış evindən istifadə hüququnun təmin edilməsini istəyir. X11 xüsusi mülkiyyətində olan ********* saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən 0.25 ha torpaq sahəsinin cavabdehlə onun arasında bərabər şəkildə bölünməsini istəyir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən 0.25 ha pay torpaq sahəsi üzrə payın 1⁄2 hissəsinin tanıdılması, payın naturada bölünməsi, ünvan 1 ünvanında 0.25 ha torpaq sahəsinin üzərində inşa edilmiş 1 mərtəbəli, 3 otaqlı, 1 zal, 1 kuxna və 1 hamamdan ibarət olmaqla 240 kv.m fərdi yaşayış evinə övladımla birlikdə köçürülməyim və fərdi yaşayış evindən istifadə hüququma yaradılmış maneələrin aradan qaldırılmasına c Daha sonra İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək birgə nikah dövründə əldə edilmiş ünvan 2 ünvanında yerləşən 0.25 ha torpaq sahəsi üzrə pay 1⁄2 hissəsinin tanıdılması, ünvan 1 ünvanında 0.25 ha torpaq sahəsinin üzərində inşa edilmiş 1 mərtəbəli, 3 otaqlı, 1 zal, 1 kuxna və l hamamdan ibarət olmaqla 240 kv.m fərdi yaşayış evinə övladı ilə birlikdə köçürülməyi və fərdi yaşayış evindən istifadə hüququnun tanınmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, bildirdi ki, birgə nikah dövründə sözügedən əmlakı almışlar, torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı ev mövcud idi. Sonradan həmin evi söküb yerində 3 otaqlı ev tikmişlər.İddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X14 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, İddiaçı ünvan 1ində yaşayır. Mülki işə əlavə edilmiş AZ-İİ № 100443 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.2008-cı ildə anadan omuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən vrilmiş 05.4.2023-cü il tarixli məktubdan görnür ki, X6 adına Bərdə rayonu, Nəcəfqulubəyli kəndində mülkiyyətində olan 0.25 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 24.6 kv.m yaşayış və 35.7 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2007-ci il tarixli, ********* saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2017-ci il tarixli AZ-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqısı Müqaviləsindən görünür ki, X9 Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti Bərdə rayon Ərazi İdarəsinin xx.xx.2007-ci il tarixli 4220 saylı arayışına və Seriya MH № ******* Dövlət Reystrindən çıxarışa əsasən Bərdə rayonu Nəcəfqulubəyli kəndində 0.25 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 60.3 kvm.yaşayış sahəsi 24.6 kvm olan bir otaqdan ibarət yaşayış evini X1. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********84-10301, qeydiyyat nömrəsi 180703047, qeydiyyat tarixi xx.xx.2007-ci il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Seriya MH № ******* saylı Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayonu, Nəcəfqulubəyli kəndində mülkiyyətində olan 0.25 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 24.6 kv.m yaşayış və 35.7 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X6 adina daşinmaz əmlakin dövlət reyestrində 5 nömrəli reyestr kitabinin 142 nömrəli vərəqində qeydiyyata alinmişdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bərdə Rayon Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi invertar nömrəsi 1593 olan Texniki Pasportundan görünür ki, Bərdə rayonu, Nəcəfqulubəyli kəndində 0.25 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 24.6 kv.m yaşayış və 35.7 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin hüquq subyekti X5r. Mülki işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 2(021)1478/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 06 avqust 2007-ci il tarixdə Sumqayıt şəhər Nikah evində 1174 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş 29 aprel 2008-ci il təvəllüdlü X8 anası İddiaçı yanında saxlanılması, tərəflərin birgə nikahından doğulmuş 29 aprel 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa 160 (yüz altmış) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulması qət olunmuşdur. Mülki işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 2(021)2820/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiаçı Cavabdeh İddiaçı qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdeh Fətəliyeva (Məmmədova) Əfsanə Kamil qızına məxsus 15 adda cehiz əmlaklarının ona məxsus Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35, 179 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddiа təmin edilərək, iddiaçı X2 mülkiyyətində olan ünvan 3 ünvanındakı mənzildən cavabdeh İddiaçı məxsus 15 adda cehiz əşyaları çıxarılması qət olunmuşdur. Mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən olundu ki, tərəflər arasında ailə münasibətləri olmuş, birgə nikah dövründə, xx.xx.2017-ci il Bərdə rayonu Nəcəfqulubəyli kəndində 0.25 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 60.3 kvm.yaşayış sahəsi 24.6 kvm olan bir otaqdan ibarət yaşayış evini X13 almışdır. Tərəflər arasında nikah Bərdə Rayon Məhkəməsinin 2(021)1478/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Mübahisə predmeti Bərdə rayonu, Nəcəfqulubəyli kəndində yerləşən 0.25 ha torpaq sahəsi və 1 mərtəbəli, 3 otaqlı evdir. Ev əvvəllər 1 otaqlı olmuş və çıxarışda verilmişdir. Lakin sonradan tərəflərin nikah dövründə ev sökülmüş, yerində 3 otaqlı ev tikilmişdir. Hazırda həmin evə dair çıxarış əldə edilməmişdir. Torpaq sahəsinə dair isə çıxarış mövcuddur. İddia tələbi ünvan 2 ünvanında yerləşən 0.25 ha torpaq sahəsi üzrə 1⁄2 hissədə pay hüququnun tanıdılması, ünvan 1 ünvanında 0.25 ha torpaq sahəsinin üzərində inşa edilmiş 1 mərtəbəli, 3 otaqlı, 1 zal, 1 kuxna və l hamamdan ibarət olmaqla 240 kv.m fərdi yaşayış evinə iddiaçının övladı ilə birlikdə köçürülməsi və fərdi yaşayış evindən istifadə hüququnun tanınmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu qəbul etdiyi bir çox qərarlarında qeyd etmişdir ki, beynəlxalq hüquqda (İnsan hüquqları haqqında ümumi Bəyannamənin 8-ci maddəsi, Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir (MPM-in 9.1, 9.3 və 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 33.2. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə sadalanan maddi hüquq normalarının işin mübahisəli hallarına tətbiq edərək qeyd edir ki, İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 1ində yerləşən 0.25 ha torpaq sahəsinə 1\2 hissədə pay hüququ tanınması hissəsində iddia tələbi təmin olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbinin İddiaçı azyaşlı övladı 29 aprel 2008-cı il təvəllüdlü X8 ilə birlikdə Bərdə rayonu, Nəcəfqulubəyli kəndində 0.25 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 1 zal, 1 kuxna və 1 hamamdan ibarət fərdi yaşayış evinə köçürülməli və fərdi yaşayış evindən istifadə hüququnun tanınmalıdır. İşin faktiki halı ondan ibarətdir ki, ev birgə nikah dövründə alınan zaman 1 otaqlı olmuş, sonradan nikah dövründə sökülərək 3 otaqlı ev tikilmişdir. Məhkəmə iddia ilə bağlı mövqeyini bildirərək qeyd edir ki iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə məhkəmə qeyd edir ki, 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Məhkəmə qeyd edir ki, hazıki vəziyyətə iddiçının yaşadığı yerdən məhrum edilməsi qanunsuzdur. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş torpaq sahəsinə payının müəyyən olunması, evə köçürülməsi və istifadə hüququnun tanıdılması” tələbinə dair iddiası təmin olunsun. İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 1ində yerləşən 0.25 ha torpaq sahəsinə 1\2 hissədə pay hüququ tanınsın. İddiaçı azyaşlı övladı 29 aprel 2008-cı il təvəllüdlü X8 ilə birlikdə Bərdə rayonu, Nəcəfqulubəyli kəndində 0.25 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 1 zal, 1 kuxna və 1 hamamdan ibarət fərdi yaşayış evinə köçürülsün və fərdi yaşayış evindən istifadə hüququ tanınsın. İş üzrə ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-367/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-367/2024
28.03.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Torpaq mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver