Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1663/2024 18.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi və evə köçürülmə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X5 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X14 və Cavabdeh nümayəndəsi X3 və cavabdehin vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş torpaq sahəsinə payının müəyyən olunması, evə köçürülməsi və istifadə hüququnun tanıdılması tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-367/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. AZ-İİ № 100443 nömrəli Doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Fətəliyev Hüseyn Rafael oğlu xx.xx.2008-cı ildə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görnür ki, X10 adına Bərdə rayonu, Nəcəfqulubəyli kəndində mülkiyyətində olan 0.25 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 24.6 kv.m yaşayış və 35.7 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2007-ci il tarixli, ********* saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. xx.xx.2017-ci il tarixli AZ-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqısı Müqaviləsindən görünür ki, X11 Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti Bərdə rayon Ərazi İdarəsinin xx.xx.2007-ci il tarixli 4220 saylı arayışına və Seriya MH № ******* Dövlət Reystrindən çıxarışa əsasən Bərdə rayonu Nəcəfqulubəyli kəndində 0.25 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 60.3 kvm.yaşayış sahəsi 24.6 kvm olan bir otaqdan ibarət yaşayış evini X1.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********84-10301, qeydiyyat nömrəsi 180703047, qeydiyyat tarixi xx.xx.2007-ci il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Seriya MH № ******* saylı Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayonu, Nəcəfqulubəyli kəndində mülkiyyətində olan 0.25 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 24.6 kv.m yaşayış və 35.7 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X10 adina daşinmaz əmlakin dövlət reyestrində 5 nömrəli reyestr kitabinin 142 nömrəli vərəqində qeydiyyata alinmişdır.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bərdə Rayon Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi invertar nömrəsi 1593 olan Texniki Pasportundan görünür ki, Bərdə rayonu, Nəcəfqulubəyli kəndində 0.25 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 24.6 kv.m yaşayış və 35.7 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin hüquq subyekti X7r.
6. Bərdə Rayon Məhkəməsinin 2(021)-1478/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 06 avqust 2007-ci il tarixdə Sumqayıt şəhər Nikah evində 1174 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş 29 aprel 2008-ci il təvəllüdlü Fətəliyev Hüseyn Rafael oğlu anası İddiaçı yanında saxlanılması, tərəflərin birgə nikahından doğulmuş 29 aprel 2008-ci il təvəllüdlü Fətəliyev Hüseyn Rafael oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa 160 (yüz altmış) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulması qət olunmuşdur.
7. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2820/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiаçı Cavabdeh İddiaçı qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdeh Fətəliyeva (Məmmədova) Əfsanə Kamil qızına məxsus 15 adda cehiz əmlaklarının ona məxsus Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35, 179 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddiа təmin edilərək, iddiaçı X2 mülkiyyətində olan ünvan 1 ünvanındakı mənzildən cavabdeh İddiaçı məxsus 15 adda cehiz əşyaları çıxarılması qət olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X16 ilə birgə nikah dövründə əldə edilmiş ünvan 2 ünvanında 0.25 ha torpaq sahəsinin cavabdehlə onun arasında natura şəklində bərabər bölünərək onun payının verilməsi, ünvan 2 ünvanında 0.25 ha torpaq sahəsinin üzərində inşa edilmiş 1 mərtəbəli, 1 otaqlı, 24.6 kv.m yaşayış və 35.7 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə övladı ilə birlikdə köçürülməyi və fərdi yaşayış evindən istifadə hüququmun tanıdılması barədə qanuni qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X16 ilə xx.xx.2007-ci il tarixdə rəsmi olaraq ailə həyatı qurub evlənmişlər. Birgə nikah dövründən xx.xx.2008-ci il təvəllüdlü Fətəliyev Hüseyn Rafael oğlu adlı 1(bir) övladları anadan olmuşdur. Uzun müddət ər-arvad kimi normal münasibətlərdə yaşadıqdan sonra onların arasında olan münasibətlər pisləşməyə başlayıb və ailə münasibətlərini bərpa edə bilmədiklərindən rəsmi olaraq nikahları Bərdə rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Cavabdeh X16 ilə rəsmi olaraq ailəli olduqları zaman, yəni xx.xx.2007-ci il tarixdə ünvan 2 ünvanında 0.25 ha torpaq sahəsi üzərində tikilmiş 1 mərtəbəli, 1 otaqlı, 24.6 kv.m yaşayış və 35.7 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi almışlar. Həmin 0.25 ha həyatyanı torpaq sahəsi Rəfael Fətəliyevin xüsusi mülkiyyətində olaraq xx.xx.2007-ci il tarixdə ********* saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Çıxarışda verilmişdir. Hal-hazırda cavabdeh qeyd etdiyi ünvanda yaşayır. Qeyd etdiyi həyatyanı torpaq sahəsində və fərdi yaşayış evində evləndikləri gündən ailə münasibətlərinin pozulduğu günə qədər yaşamışlar. Hazırda isə övladı ilə birlikdə ailəsinin evində yaşayır. Ailəsinin evi balaca olduğu üçün isə X10 yaşadığı fərdi yaşayış evində köçüb yaşamaq və fərdi yaşayış evindən istifadə hüququnun təmin edilməsini istəyir. X13 xüsusi mülkiyyətində olan ********* saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış ünvan 2 ünvanında yerləşən 0.25 ha torpaq sahəsinin cavabdehlə onun arasında bərabər şəkildə bölünməsini istəyir.
10. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək, birgə nikah dövründə əldə edilmiş ünvan 2 ünvanında yerləşən 0.25 ha pay torpaq sahəsi üzrə payın 1⁄2 hissəsinin tanıdılması, payın naturada bölünməsi, ünvan 2 ünvanında 0.25 ha torpaq sahəsinin üzərində inşa edilmiş 1 mərtəbəli, 3 otaqlı, 1 zal, 1 kuxna və 1 hamamdan ibarət olmaqla 240 kv.m fərdi yaşayış evinə övladımla birlikdə köçürülməyim və fərdi yaşayış evindən istifadə hüququma yaradılmış maneələrin aradan qaldırılmasını xahiş etmişdir.
11. Bundan sonra İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair məhkəməyə ərizə təqdim edərək, birgə nikah dövründə əldə edilmiş ünvan 3 ünvanında yerləşən 0.25 ha torpaq sahəsi üzrə pay 1⁄2 hissəsinin tanıdılması, ünvan 2 ünvanında 0.25 ha torpaq sahəsinin üzərində inşa edilmiş 1 mərtəbəli, 3 otaqlı, 1 zal, 1 kuxna və l hamamdan ibarət olmaqla 240 kv.m fərdi yaşayış evinə övladı ilə birlikdə köçürülməyi və fərdi yaşayış evindən istifadə hüququnun tanınmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-367/2024 nömrəli qətnaməsi ilə (hakim Qamət Əbilov), İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 2ində yerləşən 0.25 ha torpaq sahəsinə 1/2 hissədə pay hüququ tanınması, İddiaçı azyaşlı övladı 29 aprel 2008-cı il təvəllüdlü Fətəliyev Hüseyn Rafael oğlu ilə birlikdə Bərdə rayonu, Nəcəfqulubəyli kəndində 0.25 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 1 zal, 1 kuxna və 1 hamamdan ibarət fərdi yaşayış evinə köçürülməsi və fərdi yaşayış evindən istifadə hüququnun tanınması, iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
13. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2, 32.2.1, 32.2.2, 33.1, 33.2, 33.3, 36.1 və 37.1-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 76.1, 77.1, 119.1, 216-220 və 227-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(021)-367/2024 nömrəli nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, 14 ildir ki, valideynləri mərhum atası X23 oğlu və anası X6 həqiqətən Bərdə rayonu, Nəcəfqulubəyli kəndində Raufun atasına məxsus 0.25 ha torpaq sahəsində 4 otaqlı fərdi yaşayış evi tikib, hazırda da anası - X6 həmin fərdi yaşayış evində yaşayır. Həyətin giriş hissəsində nənəsi - Nübar Fətəliyeva tərəfindən vəsiyyətnamə ilə verilən ünvan 2 1 mərtəbəli , 1 otaqlı , 24.6 kv.m yaşayış və 35.7 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi bir otaqlı çiy kərpicdən tikilmişdir ki, müddəti keçdiyinə görə həmin ev uçmuşdur. Hal-hazırda mübahisə edilən ev onun valideynlərinin vəsaiti hesabına tikilmişdir. Onlar isə uzun müddət Sumqayıt şəhəri 6-cı mkr, ev 35, mənzil 179-da yaşayırlar. Toydan sonra gəlnin bütün cehiz əşyaları Sumqayıt şəhəri 6-cı mikrorayon ev 35, mənzil 179-a gəlmişdir. Övladım xx.xx.2008-ci il təvəllüdlü Fətəliyev Hüseyn Rafael oğlu Sumqayıt şəhər 27 saylı orta məktəbdə təhsil alır. Onu da qeyd edir ki, mübahisə edilən ev valideynlərinin vəsaiti hesabına tikildiyindən və hazırda da valideynin orada yaşadığından evə dair heç bir çıxarış ala bilməmişlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili X9 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) X19 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
20. İş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
21. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
22. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
23. Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 27.2 On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
27. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
28. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.
29. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir;
30. Maddə 32.1 Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
31. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir.
32. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.
33. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.
34. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
35. Maddə 35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.
“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarı
36. Qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ərarvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakın daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır.
37. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 1/2024 nömrəli qərarı
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
38. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
44. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
45. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
46. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
47. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
48. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
49. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
51. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
53. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-367/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh 06 avqust 2007-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Onların birgə nikahlarından iki uşaqları doğulmuşdur. Tərəflər rəsmi nikah münasibətində olduğu dövr ərzində, yəni xx.xx.2017-ci ildə Bərdə rayonu Nəcəfqulubəyli kəndində 0.25 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 60.3 kvm.yaşayış sahəsi 24.6 kvm olan bir otaqdan ibarət yaşayış evini X16 almışdır. Məhkəmə qətnaməsi ilə tərəflərin arasında bağlanmış nikah qeydi xx.xx.2023-cü il tarixdə pozulmuşdur.
56. İşin hallarından göründüyü kimi, iddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakın 1/2 hissəsinin ona məxsus olmasına əsaslanaraq cavabdehdən tələb edir. Məhkəmə kollegiyası bununla bağlı işin hallarının qanunvericliyin aşağıda qeyd olunan normaları əsasında təhlil olunmasını zəruri hesab edir.
57. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi, məkhəmə kollegiyası ilk öncə birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi hissəsi ilə bağlı bildirir ki, əmlakın birgə nikah müddətində əldə olunmuş əmlak kimi bölünməsi üçün, qanunvericiliklə müəyyən olunmuş yuxarıda göstərilən dispozisiya şərtlərinin olubolmadığı araşdırılmalıdır.
58. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir .
59. Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir.
60. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur.
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: -əmlakın ər-arvadın nikah müddətində əldə olunması; -əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir.
62. Sadalanan normalar əsasında iş materiallarını araşdıran məhkəmə kollegiyası hesab edir ki, mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikah münasibətlərində əldə etdikləri əmlakdır. Çünki, cavabdeh X10 adına Bərdə rayonu, Nəcəfqulubəyli kəndində mülkiyyətində olan 0.25 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 24.6 kv.m yaşayış və 35.7 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2007-ci il tarixli, ********* saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
63. Belə olan halda məhkəmə kollegiyası cavabdehin mübahisəli fərdi yaşayış evinin valideynlərinin pulu hesabına alınması dəlillərini inandırıcı hesab etmir və əsassız sayır. Çünki, bu barədə cavabdeh tərəfindən məhkəmələrə mötəbər sübutlar təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsində hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olması göstərilmişdir.
64. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
65. Belə ki, Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
66. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
67. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
68. Bundan əlavə, məhkəmə kollegiyası iddianın mübahisəli fərdi yaşayış evinə köçürülməsi hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəsini əsaslı hesab edir.
69. Yuxarıda qeyd olunanlara əsasında müəyyən edilmişdir ki, iddiaçı mübahisəli yaşayış evindən payı olmaqla istifadə hüququ vardır və onun mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən toxunulmazdır və bu toxunulmazlığa təminat verilir.
70. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).
71. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
72. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli fərdi yaşayış evinin 1/2 hissəsi üzərində iddiaçının payı olduğundan (gözlənilən mülkiyyət), o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququ vardır və cavabdehin İddiaçı həmin hüququndan istifadəsinə mane olması sonuncunun mülkiyyət hüququna qanunsuz müdaxiləni özündə ehtiva edir. İddiaçının öz mülkiyyətindən müəyyən olunmuş hədlərdə sərbəst istifadə hüququ olduğundan, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir.
73. Eyni zamanda, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçını mübahisəli fərdi yaşayış evinə köçürən zaman iddiaçının himayəsində olan 29 aprel 2008-cı il təvəllüdlü Fətəliyev Hüseyn Rafael oğlu ilə birlikdə köçürülməsi qənaətinə gəlmişdir.
74. Çünki, Azərbaycan Respublikasının MM-in 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
75. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə faktlar nöqteyi-nəzərindən düzgün nəticəyə gəlmişdir.
76. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
78. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
79. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
80. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
81. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
82. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-367/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.